Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Əhmədov Malik oğlu 22.01.1941-ci il Qəbələ şəhərində anadan olmuşdur. 1948–1958-ci illərdə Qəbələdə 1 saylı orta məktəbində oxumuş, sonra 1963-cü ildə Azə

Vaqif Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Əhmədov

Vaqif Əhmədov Malik oğlu (22 yanvar 1941, Qutqaşen) — kimyaçı, kimya elmləri doktoru, professor.

Vaqif Əhmədov
Vaqif Malik oğlu Əhmədov
Doğum tarixi 22 yanvar 1941(1941-01-22) (85 yaş)
Doğum yeri
  • Qutqaşen, Qutqaşen rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi
  • kimya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

Həyatı

Vaqif Əhmədov Malik oğlu 22.01.1941-ci il Qəbələ şəhərində anadan olmuşdur. 1948–1958-ci illərdə Qəbələdə 1 saylı orta məktəbində oxumuş, sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti

1963-cü ildə SSRİ EA Element-üzvi Birləşmələr İnstitutunun (Moskva) aspiranturasına daxil olmuş və 1967-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

1967–1983-cü illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır.

1977-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, "Kimya elmləri doktoru" elmi dərəcəsini, 1982-ci ildə isə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adını almışdır.

1984–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Neft Kimyası" və "Yüksəkmolekullu Birləşmələr Kimyası" kafedralarının müdiri vəzifələrində ışləmışdır.

2011–2013-cü illərdə AMEA-nın M. F. Nağıyev adına KPİ-da elmi işlər üzrə direktor müavini, "Nanometal tərkibli kompozitllər" laboratoriyasının müdiri vəzifələrində işləmişdir.

2014-cü ildən etibarən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokompozit katalizatorlar" laboratoriyasının müdiri vəzifəsində işləyir.

Bir sıra xariji ölkələrin: Oksford (İngiltərə) (1973–1974), Roma (İtaliya) (1983), Kanzas (ABŞ) (1986–1987), Ankara Orta Doğu (Türkiyə) (1994–1997), Ər-Riyad (Saudiyyə Ərəbistanı) (2000–2008) Universitetlərinin professoru və elmi araşdırıcısı işləmişdir.

Çox funksiyalı nanometal-kompleks katalizatorların yeni alınma üsullarının işlənib hazırlanması və onların kimyəvi sintezin müxtəlif sahələrində tədqiqi; müxtəlif sintetik və təbii polimerlər əsasında kimyəvi və bioloji aktivliyə malik materialların hazırlanması; tərkibində metal olmayan və təbii biokatalizatorları imitasiya edə bilən yüksək aktivliyə, spesific selektivliyə və ekoloji cəhətdən təmiz, yeni sinif nanoquruluşlu üzvi mənşəli katalizatorların hazırlanması və onların praktiki əhəmiyyət daşıyan bir sıra proseslərdə tətbiqi.

Pedaqoji fəaliyyəti

1984–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Neft Kimyası" və "Yüksəkmolekullu Birləşmələr Kimyası" kafedralarının müdiri vəzifələrində ışləmışdır. Onun rəhbərliyi ilə 1 doktorluq və 15 namizədlik dissertasiyaları yerinə yetirilmişdir. Hazırda o, aspirant və dissertantların elmi işlərinə rəhbərlik edir, magister kursu üzrə təhsil alan tələbələrə "Nanokataliz" fənnindən dərs deyir. Bir sıra PhD və doktororluq elmi dərəcəsi almaq üçün dissertasiya işlərinə, xarici jurnallara və Beynəlxalq konfranslara təqdim olunan elmi məqalələrə rəyçi kimi fəaliyyət göstərir. Mühazirə və çıxışlarını üç dildə- azərbaycan, ingilis və rus dillərində sərbəst aparır.

Əsas elmi nailiyyətləri

  • Yeni nano-quruluşlu katalizatorların sintezi və onların karbohidrogenlərinin selektiv çevrilmələrində tədqiqi.
  • Butadiyenin tsiklik oliqomerlərinin alınması və onların sənayedə tədqiqi.
  • Yüksək oktan ədədli komponentlərin paraffinlərdən bir başa sintezi.

Mükafatları

  1. "International Scientist of the Year" — 2002, Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İngiltərə)
  2. "Who is Who in Science & Engineering" (Marquis Edition), 2000
  3. Fəxri kimya sənayesi işçisi (Medal), 1979

Elmi məqalələri

  1. Исследование циклотримеризации бутадиена в циклододекатриен // Журнал Органической хим. 2, 998–1004, (1966).
  2. Atoms of transition metals as catalysts of oligomerization of butadiene // J. Chem. Soc., Chem. Commun., 1974, p. 777.
  3. Study of butadiene oligomerization in the presence of free atoms of transition metals // J. Chem. Soc., Dalton Trans.., 1975, v. 14, p. 1412.
  4. Paramagnetic products of [Ni(C4H6)2]n; interaction with diethyl-aluminum chloride // React. Kinet. Catal. Lett., vol.32, 1, 227–232 (1986).
  5. Low temperature Hydrocracking of Hydrocarbons on Ni-supported Catalysts // Applied Catalysis, A: General, 181, 51–61 (1999).
  6. Recent advances and future aspects in the low temperature activation of C-H and C-C bonds in Hydrocarbons, Catal. Reviews Science and Engineering 44(3), 455–498 (2002).
  7. Recent advances and future aspects in the selective isomerization of high n- paraffins // Catalysis Reviews Science and Engineering 49, 1, 33–139 (2007).
  8. Ru–C–ZnO composite catalysts for the synthesis of methyl isobutyl ketone via single step gas phase acetone self-condensation, Catalysis Letters, 3, 2014, p. 1–11.
  9. Catalytic Activation of C–C and C–H Bonds in Alkanes under Mild Conditions, Catalysis in Industry, vol. 6 No. 4, 253–259, 2014.
  10. Polymeric carbon nitrides as metal-free multipurpose organic catalysts, Azerbaijan Chemical Journal, 2016, № 2, p. 165–174.
  11. Synthesis, properties, and application of polymeric carbon nitrides. Russian Chemical Bulletin, International Edition. Vol. 66, No.5, may 2017.

Əsas elmi-praktiki nəticələr

  1. QİAP (Moskva) proyekt təşkilatı ilə birlikdə yeni tipli sintetik lif və plastik kütlələr istehsalı üçün mühüm olan tsiklododekatriyenin sintez texnologiyası işlənib hazırlanmış və bu proses 1976-cı ildə "Kuybışevazot" istehsalat birliyi, Sterlitamak şəh., Azottuk zavodunda istehsal gücü 2000 T/il olan sənaye qurğusu yaradılmışdır.
  2. İlk dəfə olaraq olefin və diyenlərin oliqomerlərləşmə və polimerləşmə proseslərində yüksək aktivliyə və selektivliyə malik çoxfunksiyalı nanometal-kompleks katalizatorların yeni birbaşa metal parçalardan sintez üsulu işlənib hazırlanmış və ilk dəfə belə qurğu NKPİ-da yaradılmışlır. Bu üsul Rusiya Elmlər Akademiyasının Kimyəvi-Fizika və Element-Üzvi Birləşmələr İnstitutları kimi aparıcı elmi mərkəzlərində, AMEA-nin Neft-Kimya Prosesləri İnstitutunda və Bakı Dövlət Universitetində geniş istifadə olunmuşdur. Bu yeni üsul əsasında ilk dəfə olaraq nano-metal komplekslərin müxtəlif üzvi və qeyri-üzvi materiallar üzərində immobilizə olunmuş heterogen analoqlarının in situ şəraitdə sintezinin mümkünlüyünü göstərmişdir. Səthində nanometal hissəciklərini daşıyan heterogen kompozitlər homogen analoqlarının yüksək aktivliyə və selektivliyə malik mühüm xassələrini özündə saxlamaqla bərabər uzun müddətli stabilliyə malikdirlər ki, bu da nano-quruluşlu katalizatorların praktikada tətbiqinə geniş imkanlar yaradır. Propilenin bu tipli nanometal-kompozitlər üzərində oliqomerləşməsi yüksək oktan ədədli benzin komponentlərini sintez etməyə imkan verir. Bu proses Neft-Kimya Prosesləri İnstitutunun təcrübi-pilot zavodunun model qurğusunda müvəffəqiyyətlə uzunmüddətlı sınaqdan keçirilmişdir.
  3. Nanometal kompozit katalizatorlar üzərində n-parafinlərindən mülayim şəraitdə bir mərhələdə yüksək oktan ədədli benzin komponentlərinin sintezi prosesinin elmi əsasları işlənib hazırlanmışdır. Karbohidrogen zəncirli makromolekulalar və parafinlər nanometal kompozitlər üzərində 150–2200C intervalda dərin izomerləşməyə və destruksiyaya uğrayırlar. Bu nəticələr neft emalında çətin emal edilə bilən təbii qaz və n-parafinlər və polimer tullantıları əsasında yüksək oktan ədədinə malik benzin komponentlərinin az enerji sərf edən və ekoloji cəhətdən əlverişli yeni birmərhələli istehsal üsulunun yaradılması üçün real imkanlar açır.
  4. Son illər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokompozit katalizatorlar" laboratoriyasında tərkibində metal olmayan və təbii biokatalizatorları imitasiya edə bilən yüksək aktivliyə, spesifik selektivliyə və ekoloji cəhətdən təmiz, yeni sinif nanoquruluşlu katalizatorların hazırlanması və onların praktiki əhəmiyyət daşıyan bir sıra proseslərdə tətbiqi istiqamətində intensiv axtarışlar aparılır. İlk dəfə olaraq tərkibində metal olmayan nanoquruluşlu karbon nitridin hidrogen molekulunu aktivləşdirmək xassəsi müəyyən edilmiş və bu katalizatorun iştirakı ilə asetilen karbohidrogenlərini metal iştirakı olmadan selektiv hidrogenləşdirmək mümkün olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif əhmədov sözünün mənası, vaqif əhmədov haqqında məlumat. vaqif əhmədov nədir? vaqif əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trastamar sülaləsi

  • Fevral 27, 2026

    Çənab çayı

  • Fevral 27, 2026

    Zəngəzur nahiyəsi

  • Mart 06, 2026

    Apsara

  • Fevral 27, 2026

    Nokia 6300

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst