Zəngəzur nahiyəsi — XIV–XIX əsrlərə aid inzibati ərazi. 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə.
- 1. Xınzurək erm. kəndi (15 ailə)
- 2. Goris erm. kəndi (20 ailə)
- 3. Kiği. Başqa adı Əliquludur
- 2 azər. ailəsi + 1 er. ailəsi
- 4. Kərəhinç erm. kəndi (10 ailə)
- 5. Daşkənd erm. kəndi (2 ailə)
- 6. Dığ erm. kəndi (3 ailə)
- 7. Həsənədərə erm. kəndi (3 ailə)
- 8. Məlik Əhmədli azərb. kəndi (dağıdılıb)
- 9. Korad məzrəəsi azərb. kəndi (dağıdılıb)
- 10Yenicə məzrəəsi azərb. kəndi (dağıdılıb)
- 11. Kürü azərb. kəndi (dağıdılıb)
- 12. Şeyx Səbilli məzrəəsi azərb. kəndi (dağıdılıb)
- 13. Həsənquşçu məzrəəsi azərb. kəndi (dağıdılıb)
- 14 Yeməzli məzrəəsi. Boyacılı kəndi yaxınlığındadır azərb. kəndi (dağıdılıb)
- 15. Keşiş məzrəəsi (dağıdılıb)
- 16. Ağalı məzrəəsi azərb. kəndi (dağıdılıb)
- 17Boyacılı azərb. kəndi (dağıdılıb)
- 18 İzzəddinli azərb. kəndi (dağıdılıb)
- 19 Şixav kəndi. Obadaş və Bacyol məzrəələri azərb. kəndi (dağıdılıb)
1728-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə
1840-cı ildə Şuşa qəzasının nahiyəsi olmuşdur. Zəngəzur nahiyəsi qəzanın şimal-şərq hissəsini təşkil edir. Cənubdan və cənub-qərbdən (Bazarçayın axarı boyunca) Qafan nahiyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyəsi İlizin (Lçen) çayının axarı, İşıqlı dağı və Mıxtökən yaylası boyunca Sisyan nahiyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyəsi dörd dairəyə (okruq) bölünmüşdü: Hacısamlı, Alyanlı, Bərgüşad və Həkəri dairələri. Bu nahiyənin landşaftını orta hündürlüklü dağlar, sıx meşələr, bərəkətli qara və şabalıdı torpaqlar təşkil edir. Zəngəzurun qəza mərkəzi, Gorus şəhəri bu nahiyədə yerləşirdi 1867-ci il dekabr tarixli fərmana əsasən Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. 1867-ci il dekabr tarixli fərmana əsasən Zəngəzur nahiyəsi Zəngəzur qəzası nın nahiyəsi olmuşdur. Zəngəzur qəzasının eyniadlı nahiyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSRnin tərkibində sahəsi 752 km2 olan Gorus rayonu və 1930-cu il avqustun 8-də isə Azərbaycan SSR-nin tərkibində sahəsi 1883 km² olan Laçın rayonu təsis edilmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəngəzur nahiyəsi haqqında məlumat. Zəngəzur nahiyəsi nədir? Zəngəzur nahiyəsi nə deməkdir?