Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Öskemen (qaz. Өскемен, rus. Усть-Каменогорск) - Qazaxıstanda şəhər. Şərqi Qazaxıstan vilayətinin mərkəzi. Ölkənin şərqində ən böyük yaşayış məntəqəsi.

Öskemen

  • Ana Səhifə
  • Vikipediya
  • Öskemen

Öskemen (qaz. Өскемен, rus. Усть-Каменогорск) - Qazaxıstanda şəhər. Şərqi Qazaxıstan vilayətinin mərkəzi. Ölkənin şərqində ən böyük yaşayış məntəqəsi.

Öskemen
Өскемен
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
49°57′ şm. e. 82°37′ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Vilayət Şərqi Qazaxıstan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1720
Sahəsi 540 km²
Mərkəzin hündürlüyü 283 ± 1 m
İqlimi kəskin kontinental
Saat qurşağı UTC+6
Əhalisi
Əhalisi 346,127 nəfər
Rəsmi dili Qazax dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 7232
Poçt indeksi F0*****
Öskemen xəritədə
Öskemen
Öskemen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Öskemen şəhəri nisbətən gəncdir. Şəhərin yerləşdiyi ərazidə vaxtilə qıpçaq və nayman tayfaları yaşayırdılar. Bu tayfalar XV əsrdə Qazax xanlığının hakimiyyəti altına girmişlər. XVIII əsrdə cunqarlarla baş verən müharibə nəticəsində xanlıq bu torpaqları itirmişdir.

Öskemenin qurulma tarixi 30 avqust 1720-ci il hesab edilir. Beləki bu zaman Rusiya imperiyası İrtış çayı yaxınlığında Ust-Kamenoqorsk qalasını saldırmışdır. Elə həmin illərdən qala ətrafına köç başlayır. Gəlmələr arasında Sibir kazakları üstünlük təşkil edirdilər. 1762-ci ildə Polşaya qaçmış "Köhnə inananlar" təriqətinin üzvlərinin yenidən ölkəyə qayıtmalarına və yeni salınan qalanın ətrafında yaşamağa icazə verilir. 1868-ci ildə Ust-Kamenoqorsk şəhər statusu aldı.

İmperiyanın süqutundan sonra Ust-Kamenoqorskda kommunistlərin əlinə keçir. Onlar şəhərdə iki sovet yaradırlar. Bir qrum eser və menşeviklərdən, digəri isə bolşeviklərdən ibarət idi. Ancaq birinci sovet hökumətinin ömrü qısa olur. 10 iyun 1918-ci ildə rus kazak dəstələri şəhəri ələ keçirirlər. Sovet hakimiyyəti ikinci dəfə 10 dekabr 1919-cu ildə Qızıl ordunun sayəsində qurulur.

26 avqust 1920-ci ildə RSFSR tərkibində Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası yaradılır. Ust-Komenoqorsk da bu bölgənin tərkibinə qatılır. 1939-cı ildə şəhər Şərqi Qazaxıstan vilayətinin mərkəzinə çevrilir.

Müasir dövrdə Qazaxıstanda şəhər rəsmi olaraq Öskemen adlandırılır. Bu ad əsasən qazaxlar tərəfindən istifadə edilir. Şəhərdə yaşayan ruslar isə əvvəlki kimi Ust-Kamenoqorsk adını işlədirlər.

Coğrafiyası

Öskemen paytaxt Astanadan 947 km qərbdə, Ulba çayının İrtışa töküldüyü ərazidə yerləşir. Şəhər kəskin kontinental iqlimə malikdir. Maksimum temperaturun ən böyük göstəriciləri iyulda +43°, yanvarda +8°, minumum temperaturun ən kiçik göstəriciləri isə yanvarda -49°, iyulda isə +4° olmuşdur.

Əhalisi

Etnik quruluşu

2020-ci ilin qeydiyyatına əsasən şəhər əhalisi 346127 nəfərdir. Bu göstərici ilə Öskemen Qazaxıstanın ən böyük 8-ci şəhəridir. Tarixən şəhər əhalisinin payında ruslar üstünlük təşkil etmişdir. Son zamanlar qazaxların sayı artır.

Milli tərkib (2020)
Millət Əhalinin sayı
(nəfərlə)
Əhalinin faizlə göstəricisi
ruslar
176 606
51,02 %
qazaxlar
158 057
45,66 %
almanlar
2557
0,74 %
tatarlar
2539
0,73 %
ukraynalılar
1399
0,40 %
azərbaycanlılar
881
0,25 %
çeçenlər
612
0,18 %
koreyalılar
601
0,17 %
özbəklər
418
0,12 %
belaruslar
354
0,10 %
ermənilər
312
0,09 %
qırğızlar
167
0,05 %
uyğurlar
156
0,05 %
digərləri
1468
0,42 %
Ümumi
346 127
100,00 %

Din

Öskemen əhalisinin əksəriyyəti islam dininə mənsubdur (70%). Şəhərdə 5 məscid fəaliyyət göstərir. İkinci böyük icma isə xristianlardır. Xristianların provaskav, protesnat və katolik kilsələri mövcuddur. Kilsələrin ümumi sayı isə 21-dir. Həmçnin şəhərdə azsaylı yəhudilər üçün sinaqoq tikilmişdir.

İqtisadiyyatı

Qazaxıstanın şərq rayonları faydalı qazıntıları ilə zəngindir. Hələ orta əsrlərdən bu ərazilərdə dəmir filizi, qızıl, mis, qurğuşun, sink, kobalt və s. digər metalların yataqları olması məlumdur. Öskemen şəhəri ölkənin əlvan metalurgiya mərkəzi hesab edilir.. İkinci dünya müharibəsindən sonra burda qurğuşun-sink kombinatı və Ulba metelurgiya zavodu istifadəyə verilir. Bu müəssisələr indi də fəaliyyət göstərir.

1952 və 1960-cı ildə Öskemen SES və Buxtarma SES-ləri işə salınmışdır. Şəhər həm də Şərqi Qazaxıstanın əsas energetika mərkəzi adını qazanmışdır. Maşınqayırma sənayesi XX əsrin 50-ci illərindən inkişaf edir. 1958-ci ildə tikilən "Vostokmaşzavod" ilk belə zavoddur. 2003-cü ildə Qazaxıstanda ən böyük avtomobil yığılması üzrə "Asiya-Avto" zavodu inşa edilmişdir.

Ekologiyası

Sənayenin inkişaf etdiyi şəhər çirklənməyə məruz qalmışdır. Əsasəndə metalurgiya müəssisələri ətrafa zərərli tulantılar buraxırlar. Bunlara azot dioksidi, fenol, benzol, hidroksid natriya, sink, xlor və s. digər maddələri aid etmək olar. Öskemenin Qazaxıstanda tənəffüs və immunitet sistemi xəstələrinin sayına görə liderdir. Qazaxıstanın ən çirkli çayları Şərqi Qazaxıstan vilayəti ərazisindən keçən çaylardır. Su hövzələrini sənaye və şəhər tullantıları ilə çirklənir. Zavod və fabriklərin ətrafındakı torpaqlar tullatılardan əkin yararsız hala gəlmişdir. Sənaye inkişaf etdikcə çirklənən sahələr də artır.

Nəqliyyat

Şəhərdə iki avtovağzal işləyir. Bu avtovağzallardan həm ölkənin digər bölgələrinə, həm də xarixi ölkələrə səfərlər həyata keçirilir. Şəhər daxilində həmçinin tramvay fəaliyyət göstərir. Ancaq onun sərnişin daşınmasında payı azdır. Bununla yanaşı 4 dəmiryol stansiyası tikilmişdir. Öskemen Beynəlxalq Hava Limanı 1998-ci ildən fəaliyyətdədir. Hava limanı 2018-ci ildə 393034 sərnişinə xidmət göstərmiş və 662 ton yük daşımışdır.

Mədəniyyət

Şərqi Qazaxıstan dram teatrı

Öskemendə Şərqi Qazaxıstan vilayətinin dram teatrı,flarmoniyası, 3 mədəniyyət və idman sarayı, 3 muzey, 5 kitabxana və 3 kinoteatr fəaliyyət göstərir.

Şəhərdə ən məşhur idman növü buzüstü hokkeydir. 1955-ci ildə yaradılmış "Torpeda" klubu Öskemeni SSRİ məkanında təmsil edirdi. Klub bu idman növündə flaqman ünvanını indidə saxlayır.

Qazaxıstanın "Altay" və "Atameken" telekanalları qərargahı Öskemendə yerləşir. Bundan başqa şəhər 9 radio və 10-dan artıq qəzetə malikdir.

Qardaşlaşmış şəhərlər

  • Cənubi Koreya Kannın, Cənubi Koreya
  • Türkiyə Bursa, Türkiyə
  • Rusiya Barnaul, Rusiya
  • Belarus Barnaul, Belarus
  • Monqolustan Ölgi, Monqolustan
  • İsrail Yokneam İlit, İsrail

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, öskemen sözünün mənası, öskemen haqqında məlumat. öskemen nədir? öskemen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    5-O-MetilMirisetin

  • Fevral 27, 2026

    Eyxler dağlaləsi

  • Fevral 27, 2026

    Telanqana

  • Fevral 23, 2026

    17 mart

  • Fevral 27, 2026

    Njörd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst