Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyə

Slavoy Jijek

  • Ana Səhifə
  • Vikipediya
  • Slavoy Jijek

Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir.

Slavoy Jijek
sloven. Slavoj Žižek
Doğum tarixi 21 mart 1949(1949-03-21)[…] (76 yaş)
Doğum yeri
  • Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR
İstiqaməti Hegelçilik, marksizm, Freydo-Marksizm, Qitə fəlsəfəsi
Əsas maraqları ideologiya, politologiya, marksizm, film nəzəriyyəsi, ontologiya, psixoanaliz, teologiya, Freydo-Marksizm, fəlsəfə, kulturologiya
Təsirlənib Lui Altüsser, Alen Badyu, Gilbert Çesterton, Ziqmund Freyd, Georq Vilhelm Fridrix Hegel, Martin Haydeqqer, Fredrik Ceymson, Jak Lakan, Ernesto Laklau, Vladimir Lenin, Karl Marks, Maksimillian Robespyer, Fridrix Şellinq, İmmanuel Kant, Fridrix Nitsşe, Valter Benyamin, Teodor Adorno, Sorn Kyerkeqor, Mao Tsedun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır.

Mündəricat

Həyatı

İlk illəri

1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır.

Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.

Siyasi fəaliyyəti

1980-ci illərdə Mladina qəzetində yazmağa başlamış, İosip Broz Tito rejimini tənqid etmişdi. 1988-ci ilin oktyabrında 32 sloven intellektualla birlikdə Lyublyana prosesi vaxtı etiraz olaraq Sloveniya Kommunist Partiyası sıralarını tərk etmiş,1990-cı ildə Sloveniya prezidentliyinə keçirilən seçkilərdə namizədliyini verərək 5-ci yerdə qərar tutmuşdur. Sağçı və millətçi yazarların tənqidçisi olmuş, bir dəfə onların yığışdığı bir məclisə bomba atılıb partladılmasını ironiyayla təklif etmişdi. 2008-ci ildə jurnalist Emi Qudmanla müsahibəsində özünü "ixtisaslı kommunist" kimi gördüyünü demiş, 2009-cu ildə isə özünü "radikal solçu" kimi qələmə vermişdir. 2013-cü ildə həbsdə olan Nadejda Tolokonnikova ilə məktublaşmaları kitab halında çap olunmuşdur.

Akademik fəaliyyəti

Akademik həyatına Tito dövründə başlamış olan Jijek, fransız filosoflarını oxumağa başlamış, 1967-ci ilk dəfə Jak Derridanın bir məqaləsini sloven dilinə tərcümə etmişdir. Lyublyanada Bojidar Debenyakdan dərs almış, "Praksis", "Tribuna" və "Problemi" kimi jurnallarda yazmışdır. 1971-ci ildə magistr işi "marksist olmadığı üçün" qəbul olunmamış, ondan sonra Karlovatsda hərbi xidməti yerinə yetirmişdir. 1980-ci illərdə Jak Lakan, Freyd və Altusserdən tərcümələrlə məşğul olmuşdur. 1988-ci ildə kino nəzəriyyəsi haqqında ilk kitabını yayımlamışdır. Əsasən "Lacanian Ink", "In These Times", "New Left Review", "London Review of Books", "Mladina" jurnallarında yazır, "Dnevnik" və "Delo" qəzetlərində çıxış edir.

Düşüncəsi

Jijekə görə, filosof nəzəriyyə yaradaraq suallara cavab verən şəxsdir.

Ontologiya və ideologiya

Karl Marksın Alman ideologiyası əsərini tənqid edərək, insanların saxta şüura sahib olmadığını deyir. Jijekin fikrincə, insanların ən dərin motivləri şüursuzdur və ideologiya mövcud olan ictimai qayda-qanunlar üçün bəraət kimi bir funksiya daşıyır. Reallıq isə simvolik real (təkcə metaforalarla anlaşılan reallıq), xəyali real (qorxulu gerçəklik) və real real (subliminal həqiqət) anlayışı olmaqla üç yerə bölünür.

Jijek şüurun qeyri-şəffaf olduğunu düşünür, onun fikrincə, bir insanın şüurunun mövcud olub-olmadığını yaxud onun bir mim olub-olmadığını heç vaxt bilə bilmərik və bu şübhənin özü şüurun mövcudluğunun göstəricisidir.

Dövlətçilik

Jijekin fikrincə, dövlət insanların davranışını tənzimləyən qurumlar sistemidir. Onun kollektiv davranış xaricində gücü yoxdur və əsasən simvolikdir. Yəni qanun əslində cəmiyyətin öz arasındakı təyin etdiyi yazılmamış qanunlardır. Buna görə də siyasi qərarlar əslində təbii nəticələrdir. Məsələn, əgər dövlət məişət xərclərində azaltma haqda qanun qəbul edir və bunu obyektiv səbəblərdən etdiyini iddia edirsə, demokratiyadan və vətəndaş fəaliyyətindən bəhs edirsə, əslində burada yenə də əsas subyekt sərmayədir. Jijekin fikrincə, ən adi sosial problemləri belə böyütmək labüddür. Jijekə görə, siyasət cəmiyyət strukturunda rolu olanlar və olmayanlar arasında bir mübarizədən ibarətdir.

Post-modernizm

Jijek postmodern subyektin rəsmi qurumlara sinik baxdığını, həmçinin konspirologiyaya da inandığını deyir. Jijekin fikrincə, insanlar əsl azadlığı daddıqdan sonra azad olmaqdan qorxduğu üçün "Digər" adlı anlayışla onları hələ də başqalarının idarə etdiyinə inandırmağa çalışır. Onun fikrincə, insan xüsusən kapitalist rejimdə yaşayırsa və ona yalan danışıldığını bilirsə, bu bəs etmir. Bir insan nə etdiyini bilsə belə, bu o demək deyil ki, o doğru olanı edir.

Din

Jijek dinin düşmən olduğunu düşünmür, lakin onun fikrincə, din də bir mübarizə meydanıdır. Onun fikrincə, dindarlar, heç də "allahsız stalinist kommunistlər"dən fərqlənmir, hər ikisi əxlaqi və etik hərəkətlərdənsə, ilahi düşüncəyə daha çox önəm verirlər.

Filmoqrafiya

İl Adı Rolu
2004 Virtualın reallığı Özü
2005 Zizek! Özü
2006 Bir pozğunun film bələdçisi Özü
2012 Bir pozğunun ideologiya bələdçisi Özü

Digər filmlər

İl Adı Qeyd
1996 Liebe Dein Symptom wie Dich selbst! Jijek haqda sənədli film
2006 Alien, Marx & Co. — Slavoj Žižek, Ein Porträt Jijek haqda sənədli film
2006 Possibility of Hope Özü
2008 Examined Life Bir səhnədə rolda iştirak edir
2009 Terror! Robespierre and the French Revolution Özü
2011 Marx Reloaded Filmdə marksistlərdən bəhs edilərkən, haqqında söhbət gedir.

Haqqındaki kitablar

  • Kelsey Wood, Zizek: A Reader's Guide (Wiley-Blackwell: 2012).
  • Warren Breckman, Adventures of the Symbolic: Postmarxism and Radical Democracy (New York: Columbia University Press, 2013)
  • Sean Sheehan, Žižek: A Guide for the Perplexed (London: Continuum, 2012).
  • Christopher Hanlon, "Psychoanalysis and the Post-Political: An Interview with Slavoj Žižek." New Literary History 32 (Winter, 2001).
  • Tony Myers, Slavoj Žižek (London: Routledge, 2003).
  • Sarah Kay, Žižek: A Critical Introduction (Cambridge: Polity, 2003).
  • Ian Parker, Slavoj Žižek: A Critical Introduction (London: Pluto Press, 2004).
  • Matthew Sharpe, Slavoj Žižek, a little piece of the Real (London: Ashgate, 2004).
  • Rex Butler, "Slavoj Žižek: Live Theory" (London: Continuum, 2005).
  • Jodi Dean, Žižek's Politics (London: Routledge, 2006).
  • Walter A. Davis, "Slavoj Zizek, or the Jouissance of the Abstract Hegelian" in Death's Dream Kingdom (London: Pluto Press, 2006).
  • Peter Klepec: Ad… Fəsil: Slavoj Žižek, Poskusiti znova — spodleteti bolje (Ljubljana: Cankarjeva založba 2011), p. 442–485 (Jijekin və digər Lakanianist filosofların slovencə və ingiliscə əsərlərinə istinad olunan 70 əsas ideya)
  • Adam Kotsko, Žižek and Theology (New York: T & T Clark, 2008).
  • Marcus Pound, Žižek: A (Very) Critical Introduction (Interventions) (Grand Rapids: Eerdmans, 2008).
  • Adrian Johnston, Žižek's Ontology: A Transcendental Materialist Theory of Subjectivity (Evanston: Northwestern University Press, 2008).
  • Adrian Johnston, Badiou, Žižek, and Political Transformations: The Cadence of Change (Evanston, Northwestern University Press, 2009).
  • Dominik Finkelde, Slavoj Žižek zwischen Lacan und Hegel. Politische Philosophie, Metapsychologie, Ethik (Wien: Turia + Kant, 2009).
  • Paul A. Taylor, Žižek And The Media (Cambridge: Polity Press, 2010).
  • Raoul Moati (ed.), Autour de S., Žižek, Psychanalyse, Marxisme, Idéalisme Allemand, Paris, PUF, "Actuel Marx", 2010
  • Fabio Vighi, On Žižek's Dialectics: Surplus, Subtraction, Sublimation, (Continuum, 2010).
  • Matthew Sharpe and Geoff Boucher "Zizek's and Politics: A Critical Introduction" (Edinburgh University Press, 2010)
  • Chris McMillan, "Žižek and Communist Strategy: On the Disavowed Foundations of Global Capitalism" (Edinburgh University Press, 2012)
  • Matthew Flisfeder, The Symbolic, The Sublime, and Slavoj Žižek's Theory of Film (New York: Palgrave Macmillan, 2012).
  • Matthew Flisfeder and Louis-Paul Willis (eds.), Žižek and Media Studies: A Reader (New York: Palgrave Macmillan, 2014).

Müəllifi olduğu əsas əsərlər

  • İdeologiyanın əzəmətli obyekti — 1989
  • Simptomundan zövq al! — 1992
  • Zövq metaztazları — 1993
  • Əsl gözyaşlarının qorxusu — 2001
  • İnanc haqqında — 2001
  • Parallaks görüntü — 2006
  • Lakanı necə oxumalı — 2006
  • Son dövrləri yaşamaq — 2010
  • Jijekin lətifələri — 2014
  • Nadya və Slavoyun həbs məktubları — 2014

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Slavoy Jijek haqqında məlumat. Slavoy Jijek nədir? Slavoy Jijek nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gülüş

  • Fevral 27, 2026

    Albizia adianthifolia

  • Fevral 27, 2026

    Marı vilayəti

  • Mart 01, 2026

    Anarxo-kapitalizm

  • Fevral 25, 2026

    Komandir

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst