Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə

İlahiyyat

  • Ana Səhifə
  • Vikipediya
  • İlahiyyat

Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır.

Mündəricat

Ümumi məlumat

Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər.

Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.

Xristianlıq teologiyası

Xristianlığın əsas ehkamlarında eyni mövqeyi tutan pravoslav, katolik və protestant kilsələri bir çox detallarda fərqli təlimlərə etiqad edirlər, buna görə də bir məzhəbin içində belə sistematik teologiyanın bir neçə variantı ola bilər. Protestant müəlliflərin arasında P. Tillix, U. Qrudəm kimi müəlliflərin sistematik teologiya əsərləri xeyli yayılmış və başqa dillərə tərcümə olunmuşdur. Rus baptist ilahiyyatçısı M. V. İvanovun "Sistematik teologiyanın əsasları" əsərində baptist təlimləri öz əksini tapmışdır. Pravoslav kilsəsində V. N. Losskiyin "Doqmatik teologiya" adında sanballı əsəri şöhrət qazanmışdır.

Teologiya bir çox sahələrdən ibarət olan mürəkkəb elmdir. Müxtəlif xristian məzhəblərində teologiyanın sahələrə, fənlərə bölünməsi fərqlidir, lakin ümumiyyətlə xristian teologiyasında aşağıdakı əsas sahələri qeyd etmək olar: Allah haqqında təlim olaraq "xüsusi teologiya" (o cümlədən Üç Üqnum, Allahın adları və sifətləri), vəhy, yaradılış, teodiseya (şərin mövcudluğunu izah edən elm), Bibliya antropologiyası, hamartiologiya (günah haqqında təlim), xristologiya (Məsihin şəxsiyyəti haqqında təlim), pnevmatologiya (Müqəddəs Ruh haqqında təlim), soteriologiya (xilas haqqında təlim), ekklesiologiya (kilsəni tədqiq edən elm), missiologiya, esxatologiya (dünyanın axırı haqqında təlim), sakramentologiya (vəftiz və Rəbbin süfrəsi kimi "sakramentlər" (müqəddəs mərasimlər) haqqında təlim), patrologiya (kilsə atalarını tədqiq edən elm), angelologiya və demonologiya (mələkləri və cinləri tədqiq edən elm).

Xristian teologiyası, dəyişməz təməl əqidələri sabit qaldığı halda, daim inkişaf edən və dəyişən bir hadisədir. Ehkamçı teologiya bütün dövrlərin mütəfəkkirləri tərəfindən tənqid edilmişdir. Bu səbəbdən xüsusilə son əsrlərdə teoloqların elmə və tənqidə daha çox açıq olmaları teologiyanı getdikcə ifrat ehkamçılıqdan uzaqlaşdırır, məzhəblər və dinlər arasında sağlam dialoqun artmasına zəmin yaradır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlahiyyat haqqında məlumat. İlahiyyat nədir? İlahiyyat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Dəniz

  • Fevral 22, 2026

    ISO 639

  • Fevral 23, 2026

    9 may

  • Fevral 17, 2026

    Dekabr

  • Fevral 23, 2026

    Təmsil

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst