İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr, inanclar və ya prinsiplər toplusu. İdeologiyalara dünyanı və həyatı anlamağa, izah etməyə və dəyişməyə çalışan sistemlər kimi baxmaq mümkündür.
İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur.
Etimologiyası
Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir.ideologiya sözü fransızca idéologie (tələffüz: [ideoloʒiː]) (idée - fikir; düşüncə, ologie -elm) sözündən yaranmışdır. Sonrakı tarixi gedişatda bu söz digər Avropa dillərinə - ingilis, italyan və almaq dillərinə, daha sonralar isə, demək olar ki, bütün dünya dillərinə daxil olaraq beynəlxalq sözlərdən birinə çevrildi.
Tarixi
İdeologiya və din
İdeologiya ilə din anlayışları həqiqəti sorğuladıqları və idarəçilik funksiyalarından dolayı tez-tez yanaşı işlənir. Ancaq iman, ibadət, ilahi borc, mistikvə mifik anlayışlarında dolayı dinin siyasi proqram kimi praktiki tətbiqi çətindir. İdeoloiyanın tətbiqi isə daha asandır. Çünki o, dünyəvi dəyərlərə və ictimai reallıqlara əsaslanaraq birbaşa siyasi idarəetmə mexanizmlərinə çevrilə bilir.
Həmçinin bax
- Din
- Siyasi ideologiyalar siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İdeologiya haqqında məlumat. İdeologiya nədir? İdeologiya nə deməkdir?