Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Neoliberalizm — siyasi iqtisad və fəlsəfə elmlərinin birgə yeni istiqaməti. 1930-cü illərdə Birləşmiş Ştatlar böyük depressiya adlandırılan çox ciddi bir böhran

Neoliberalizm

  • Ana Səhifə
  • Vikipediya
  • Neoliberalizm

Neoliberalizm — siyasi iqtisad və fəlsəfə elmlərinin birgə yeni istiqaməti. 1930-cü illərdə Birləşmiş Ştatlar böyük depressiya adlandırılan çox ciddi bir böhran keçirdi. Çox insanlar bu depressiyanı istehlak problemi kimi, pulla əsaslandırılmış tələb çatışmazlığı problemi kimi başa düşürdülər. Əmtəə istehsal etmək imkanı mövcud idi, lakin bu əmtəələri satın almaq imkanı yox idi. 30-cu illərin əvvəlində Ruzvelt prezident seçiləndə dövlət hakimiyyətindən, iqtisadiyyatı dirçəltmək üçün istifadə etməyə çalışırdı. Bu işə yaramadı: depressiya davam edirdi, lakin müvvəqqəti olaraq o, İkinci Dünya müharibəsi ilə dəf olunmuşdu. İkinci dünya müharibəsi dərhal bazar, hərbi istehsal yaratdı. Bu, artıq əmək problemini də dərhal həll edirdi, belə ki, çox sayda insanı sadəcə olaraq müharibəyə çağırdılar. Bu, işsizlik, istehsal problemlərini həll edirdi. Lakin müharibənin sonunda paradoksal vəziyyət yaranır. Müharibə yaxşı vaxt idi, lakin müharibədən sonra depressiyanın qayıtması təhlükəsi var idi. Bu problemi necə həll etməli? Növbəti dəfə kapitalist siniflər özlərini tələdə hiss edirlər. İqtisadi cəhətdən onlar bu hissi 30-cu illərdə yaşamışdılar. İndi dövlət hakimiyyəti onları dirçəltməyə müvəffəq oldu. 

Liberalizm
İdeyalar
Siyasi azadlıq
Kapitalizm • Bazar iqtisadiyyatı
İnsan hüquqları
Hüquqi dövlət
İctimai müqavilə
Bərabərlik • Millət
Plüralizm • Demokratiya
İdeyadaxili hərəkatlar
Libertarianlıq
Neoliberalizm
Sosial liberalizm

[şablon]

Mündəricat

Məzmunu

Neoliberalizm liberalizmdən fərqli olaraq iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə etiraz etmir. O da liberalizm kimi bazar münasibətlərinə və azad rəqabətə iqtisadi inkişafın və sosial ədalətin əsas vasitəsi kimi baxır.

Neoliberalizm qloballaşmanın ikinci dövrünün başlanması ilə yarandı. O XX əsrdə bizneslə əmək arasında əməkdaşlığı və rəqabətlə dövlət tənzimlənməsinin vəhdəti nəzərdə tutan sosial-liberalizm ideyasına etiraz kimi yarandı.

Nəzəri əsasları

Neoliberalizmin nəzəri əsasları mоnetarizm praktikası və Robert Mandel, Markus Fleminq və digərilərinin əsərlərindəki fikirlərə söykənir. O aşağıdakı pinsiplərlə izah edilə bilər:

  • azad bazarın hərtərəfli inkişafı;
  • onun beynəlxalq sərhədlərdən və məhdudiyyətlərdən azad edilməsi;
  • azad bazarın həyatın bütün sahələrinə sərbəst təsiri.

Neoliberalizm qloballaşma ilə bir çox sahələrdə, xüsusilə də iqtisadiyyatda çox yaxındır.

İqtisadi siyasət

Neoliberalizmin iqtisadi siyasəti iqtisadiyyata hər hansı dəstəyi tam inkar edir. Onların fikrincə bazar həm daxildə, həm də xaricdən tam açıq olmalı və eksporta istiqamətlənməlidir. Bu onunla izah edilir ki, qabaqcıl texnologiya sərbəst yayılmalıdır, həmçinin milli hökumətlər iri milli və transmilli şirkətlər in fəaliyyətini tənzimləyə bilmir.

Neoliberalizmin iqtisadi siyasəti Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bankının və Ümumdünya Ticarət Təşkilatının fəaliyyət prinsiplərində əks etdirilibdir.

Sosial mahiyyəti

Neoliberalizmin sosial mahiyyəti bütün ictimai münasibətləri bazar prinsipləri ilə bağlamağındadır.Hər bir kəsə öz həyatını alq-satqı müəssisəsi kimi ortaya qoyan sahibkar kimi baxılır.Hər bir sosial əlaqə isə kontrakt aktı kimi qiymətləndirilir.

Hətta ailə daxilindəki münasibətlər belə bazar rəqabəti növü hesab edilir.Neoliberalizm nəzəriyyəsinə görə millət və dövlət belə beynəlxalq aləmdə müəssisə kimi çıxış edirlər.Nəzəriyyənin düşüncəsinə görə bazar qanunları eтikanın baza pinsipləri hesab edilməlidir. Neoliberalizmə görəbazar iqtisadiyyatı ilə bazar cəmiyyəti eyni anlayışlardır.

Neoliberalizmin qüsurları

Neoliberalizmin tənqidçiləri bildirirlər ki, nəzəriyyənin iqtisadi proqramı və ona yaxın olan qlobalizm iqtisadi böhran vəziyyətini həll etmir. Sosial ədalət yaddan çıxır, əmək bölgüsündə merkantilizmə yol verilir.Ətraf mühit effektivli qorunmur. Neoliberalizm tərəfdarlarının Argentinada keçirdikləri siyasət uğursuzluğa məruz qaldıqdan sonra, onların tənqidi daha da güclənib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Neoliberalizm haqqında məlumat. Neoliberalizm nədir? Neoliberalizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antropomorfidlər

  • Fevral 26, 2026

    Süjet

  • Fevral 28, 2026

    Ussuri çayı

  • Fevral 27, 2026

    Sintaktik əlaqələr

  • Fevral 27, 2026

    Məhəmməd Əsədov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst