Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səməd Sərdarniya (12 may 1947, Təbriz – 10 aprel 2008, İran) — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi.

Səməd Sərdarniya

  • Ana Səhifə
  • Vikipediya
  • Səməd Sərdarniya

Səməd Sərdarniya (12 may 1947, Təbriz – 10 aprel 2008, İran) — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi.

Səməd Sərdariniya
Doğum tarixi 12 may 1947(1947-05-12)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 10 aprel 2008(2008-04-10) (60 yaşında)
Vəfat yeri
  • İran
Təhsili
  • Tehran Universiteti,
  • Təbriz Universiteti

Mündəricat

Həyatı

Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib.

Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehran Milli Universitetində hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb.

Fəaliyyəti

Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran İslam İnqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Əbdülkərim Mənzuri Xamnə, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan "Varlıq" jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib.

Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı. Bu kitabların adlarına baxmaq belə, onların milli tariximiz və gələcəyimiz üçün əhəmiyyətini təsəvvür etməyə imkan yaradır:

"Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları" (2 cilddə), "İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur", "Təbriz – birincilər şəhəri", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", «Təbriz Tənbəki üsyanı illərində», «Əli Müsyo», «Azərbaycan teatrının tarixi», «Bağır xan Salari-Milli», "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində", "İstiqlal qəhrəmanı Siqqətülislam" və s.

Səməd Sərdariniya Güney Azərbaycanda tariximizə yeni baxış təqdim edən, onu təhriflərdən, qərəzlərdən təmizləyib elmi təməl üzərində qurmağa çalışan tarixçilər nəslinin görkəmli nümayəndəsi idi. Araşdırmalarında daim Azərbaycanı bütöv, vahid götürürdü. Buna görə onun əsərləri Quzeydə də diqqətlə izlənilir və layiqincə qiymətləndrilirdi. 2002-ci ildə o, Bakıdakı Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülüb.

Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir. 2006-cı ildə alimin "Arazın hər iki tayında müsəlmanların soyqırımı" adlı kitabı AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatı tərəfindən nəşr edilmişdir.

Digər "İrəvan müsəlman sakinli vilayət olmuşdur" kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin siyasətçilərinin, tarixçi alimlərinin yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb. Kitab İnstitut tərəfindən tərcümə olunaraq nəşr edilmişdir. Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran–Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və "məşəqqətlər görmüş millətə" hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyiblər. Yeri gəlmişkən, alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad edib. Kitab İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış memarlıq quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub.

Ölümü

Səməd Sərdariniya 22 aprel 2008-ci ildə vəfat edib.

2010-cu ildə vandallar tərəfindən qəbri üzərindəki əksi qoparılıb və yerinə boya tökülüb.

Əsərləri

Səməd Sərdariniyanın məzarı
  • Azərbaycan Məşrutə dönəmində
  • Məşrutə dönəmində Azərbaycan qəzetləri
  • Əli Müsyo
  • Bağır xan Salari-Milli
  • Qarabağ müharibəsi
  • Azərbaycan teatrının tarixi (1979)
  • Azərbaycanın məşhurları (I cild) (1992)
  • Molla Nəsrəddin Təbrizdə (1993)
  • Təbriz Tənbəki üsyanı illərində (1999)
  • Azərbaycanın məşhurları (II cild) (2000)
  • İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur (2002)
  • Təbriz — birincilər şəhəri (2003)
  • Arazın hər iki tayında müsəlmanların soyqırımı (2004)
  • Qarabağ tarixin gedişində (2005)
  • Təbriz — İranda çap sənətinin beşiyi (2005)

Həmçinin bax

  • Varlıq (jurnal)
  • Cavad Heyət
  • Rza Bərahəni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səməd Sərdarniya haqqında məlumat. Səməd Sərdarniya nədir? Səməd Sərdarniya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Coquimbo

  • Fevral 27, 2026

    Abbas Əzimov

  • Fevral 27, 2026

    İraq türkmanları

  • Fevral 27, 2026

    Marağa

  • Fevral 27, 2026

    Hadi (xəlifə)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst