Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair.

Rza Bərahəni

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Bərahəni

Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair.

Rza Bərahəni
fars. رضا براهنی‎
Doğum tarixi 13 dekabr 1935(1935-12-13)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 25 mart 2022(2022-03-25) (86 yaşında)
Vəfat yeri
  • Toronto, Ontario, Kanada
Həyat yoldaşı Sanaz Sehhəti
Uşaqları Oktay Bərahəni
Ərsalan Bərahəni
Fəaliyyəti yazıçı, şair, romançı, ədəbi tənqidçi
Əsərlərinin dili fars dili, Azərbaycan dili, ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir.

1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur.

1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır.

O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir.

Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur.

Xatirələri

Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır:

" 4-cü sinfə başlayanda gördüm ki, ilk dəfə olaraq evdə danışdığım dillə məktəbdə oxuduğum dil arasında heç bir fərq yoxdur. Buna görə həmin bir il ərzində, öz-özümə yad olmaq kimi hiss keçirmədim. Lakin sonra Tehran ordusu gəldi və yenidən məktəbdə dil fars dili oldu. "
" Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: "Niyə tutqunsan?". Mən hadisəni ona danışdım. Anamın mənə dediyi "Oğul, türkcə yaz" - sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. "

1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır:

" Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari(Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub, gecələri isə onun küçələrinə asfalt örtən fədailər - demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, biz uşaqların gözləri önündə onlardan arxalarına baxmadan yerimələrini istəyirdilər və sonra bizim gözümüzün önündə arxadan onlara güllə açıb, cəsədlərini küçədəki nova atırdılar. "

Həmçinin bax

  • Cavad Heyət
  • Həmid Nitqi
  • Varlıq (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Bərahəni haqqında məlumat. Rza Bərahəni nədir? Rza Bərahəni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    CTOL

  • Fevral 27, 2026

    Kerala

  • Fevral 27, 2026

    Ukrayna SSR

  • Fevral 27, 2026

    Trabzon

  • Fevral 27, 2026

    Nemezida

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst