Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (15 mart 1919, Duraqlı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, pr

Qulamhüseyn Beqdeli

  • Ana Səhifə
  • Vikipediya
  • Qulamhüseyn Beqdeli

Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (15 mart 1919, Duraqlı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.

Qulamhüseyn Beqdeli
Qulamhüseyn Fətulla xan oğlu Beqdeli
Doğum tarixi 15 mart 1919(1919-03-15)
Doğum yeri
  • Duraqlı
Vəfat tarixi 1998(1998) (78–79 yaşında)
Vəfat yeri
  • Kərəc, Mərkəz bəxşi[d], Kərəc şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri
  • İmamzadə Tahir qəbiristanlığı[d]
Təhsili
  • Bakı Ali Partiya Məktəbi (–1958)

Mündəricat

Həyatı

Qulamhüseyn Beqdeli 1919-cu ildə Duraqlı kəndində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.

Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti

Milli Hökumət dağıldıqdan sonra 1946-cı ildə siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olub. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kolımaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. "Q.Azad" təxəllüsündən istifadə edib.

1979-cu il inqilabından sonra fəaliyyəti

Qulamhüseyn Beqdelinin İmamzadə Tahir Qəbiristanlığındakı məzarı

1979-cu il İran İslam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Əbdülkərim Mənzuri Xamnə, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan, Cavad Heyət ilə birlikdə "Varlıq" jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.

Ölümü

1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində vəfat etmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulamhüseyn Beqdeli haqqında məlumat. Qulamhüseyn Beqdeli nədir? Qulamhüseyn Beqdeli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Koryak dili

  • Fevral 27, 2026

    Xudafərin körpüsü

  • Fevral 27, 2026

    Avrora

  • Fevral 27, 2026

    Prussiya

  • Fevral 27, 2026

    Anesteziya

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst