Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu.

Məhəmmədəli Fərzanə

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmmədəli Fərzanə

Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu.

Məhəmmədəli Fərzanə
Doğum tarixi 1923
Doğum yeri Təbriz
Vəfat tarixi 17 yanvar 2006 (82–83 yaşında)
Vəfat yeri Göteborq İsveç İsveç
Həyat yoldaşı Əxtər Bədustani
Fəaliyyəti yazıçı

İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub.

Mündəricat

Həyatı və təhsili

Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib.

Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabxanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub.

Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M. Ə. Qövsi" təxəllüsü ilə çıxış edirdi. İlk əsərləri olan "Füzuli lirikasına bir baxış" və "Divani-lüğət-it-türk" əsərində atalar sözü və məsəllər" məqalələri "Vətən yolunda" qəzetində çap olunub. Bu qəzetin redaksiyasında yaradılmış "Şairlər məclisi"-nin üzvü olub. Azərbaycan Milli Hökuməti dövründə bir il ərzində ana dilində 40-a yaxın elmi-publisistik məqalə çap etdirir və folklor nümunələri eləcə də ədəbiyyat tariximizə dair materiallar toplayır.

1964-cü ildə "Bayatılar" və iki cildlik "Azərbaycan dilinin qrammatikası" kitabları nəşr edilib.

1977-ci ildə qardaşı Yusiflə birlikdə "Fərzanə" nəşriyyat evi yaradır. Burada 50-dən artıq dərslik, ədəbiyyat və tarix kitabları, o cümlədən milli hökumət dövründə özünün yazdığı "Ədəbi qiraət" adlı dərsliyi, S. C. Pişəvərinin məqalə və nitqləri, M. Ə. Sabirin "Hophopnamə"si, üçcildlik "Klassik şeirlərdən seçmələr", "Səməd Vurğun", Ə. Babayevanın "Haradasan, dost, harada?", N. Axundovun "Azərbaycan satirik ruznamələri" bu nəşriyyatda çap olunur.

1979-cu ildən nəşr olunan Varlıq jurnalının heyətinin ilk üzvlərindən olub və daim bu jurnal üçün məqalələr yazıb.

İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub.

Professor Məhəmmədəli Fərzanə 2006-cı il yanvarın 17-də İsveçdə vəfat edib. O öz vəsiyyətinə uyğun Təbriz şəhərində dəfn olunub.

Ailəsi

Atası Təbrizili, anası isə Qaradağda yaşayan Çobanilər tayfasından olub. Atası Əkbər Fərzanə Məşrutə inqilabının iştirakçısı olub.

1976-cı ildə Əxtər Bədustani ilə ailə qurub. Əxtər xanım Məhəmmədəli Fərzanənin ölümündən sonra onun əsərlərinin nəşr etdirib, illərlə radio proqramlar hazırlayıb və Azərbaycan mədəniyyəti və ədəbiyyatını təbliğ edib. Ömrünün son illərində Avropa və Amerikada yayımlanan azərbaycandilli radio və televiziyalarda Azərbaycan mədəniyyəti barədə proqramlar hazırlayıb və müsahibələr verib. Bir neçə il İsveçdə Azərbaycan radiosunda mədəniyyət və ədəbiyyata aid proqramlar hazırlayıb. 2017-ci il dekabrın 8-də Tehranın Kəsra xəstəxanasında boynundan əməliyyat olunub və xəstəxanada dünyasını dəyişib.

Əsərləri

Nəşr olunmuş kitabları

  • Məqalələr
  • Bayatılar
  • Dədəmin kitabı
  • Təmsillər və məsəllər
  • Azərbaycan el sözlərı
  • Azərbaycan el mahnıları
  • Azərbaycan uşaq folkloru
  • Molla Nəsrəddin lətifələri
  • Azərbaycan aşıqları antologiyası
  • Mirzə Baqir Hacizadədən çap olunmuş xatirələr
  • Ana dilimiz və milli varlığımız haqqında xatirələr

Fars dilinə tərcümələri

  • Zəbani dəstur zəbane Azərbaycan (farsca)
  • Gozidehayi əz Təranehaye (tərcümə) (farsca)
  • Çenin bud əmma çenin nəxahəd bud (tərcümə) (farsca)
  • Guşehayi əz Xaterat Və çənd dastan əz Cəlil Məmmədquluzadə (farsca)
  • Şəhriyar və Heydər Baba (farsca)
  • Rəsul Rzanın şerlərinin farsca tərcüməsi (farsca)
  • Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası) (farsca)
  • Azərbaycan dilinin qirameri (qrammatikası)
  • Vajenameye Avayi (Azərbaycan dili barəsində) (farsca)
  • Fərhənge Loğate Azərbaycan

Ədəbiyyat

  • Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah nəşriyyatı. 2015. 200. ISBN 978-9952-453-43-0.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmmədəli Fərzanə haqqında məlumat. Məhəmmədəli Fərzanə nədir? Məhəmmədəli Fərzanə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Baranlı sülaləsi

  • Fevral 27, 2026

    Analitika

  • Fevral 27, 2026

    Kaxeti diyarı

  • Fevral 27, 2026

    Qaziosmanpaşa

  • Fevral 23, 2026

    Süveyş kanalı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst