Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təbriz Universiteti — (farsca: دانشگاه تبریز, Dāneshgāh-e Təbriz) İranın ali təhsil müəssisələrindən biri.

Təbriz Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Təbriz Universiteti

Təbriz Universiteti — (farsca: دانشگاه تبریز, Dāneshgāh-e Təbriz) İranın ali təhsil müəssisələrindən biri.

Təbriz Universiteti
Loqonun şəkli
Əsası qoyulub 1947
Tələbə sayı 19,000
Ölkə İran
Şəhər Təbriz
Ünvan دانشکده علوم انسانی و جغرافیا-عص, بلوار ۲۹ بهمن, میدان دانشگاه, تبریز, بخش مرکزی شهرستان تبریز, شهرستان تبریز, استان آذربایجان شرقی, ۵۱۶۵۶ء۹۸۵۱۳, ایران
Sayt tabrizu.ac.ir
38°03′49″ şm. e. 46°19′43″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Azərbaycan Universiteti açılan günlər (1947)

1946-cı ildə Cənubi Azərbaycan milli hökuməti qurulandan sonra, baş nazir Seyid Cəfər Pişəvərinin fərmanı ilə 12 iyunda Təbrizdə Azərbaycan Universiteti adında ilk universitet təsis olundu. Nüsrətulla Cahanşahlı Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunub.

Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı oldu. Yenidən fəaliyyətə başladıqda isə universitetin adı Daneşqah-e Azərabadeqan - a dəyişdirildi. İranda islam inqilabının qələbəsindən sonra universitet 5 il müddətinə bir daha fəaliyyətini dayandırdı və fəaliyyətə başladıqda Daneşqah-e Təbriz "Təbriz Universiteti" adlandırıldı.

Təbriz Universiteti Elm, Tədqiqat və Texnologiya Nazirliyinə tabe olan dövlət universitetlərindən biridir və Təbriz şəhərində yerləşir. Universitet 25 fakültədən ibarətdir və ümumilikdə 29 akademik mərkəz və tədris kompleksinə malikdir. Təbriz Universitetini tanıdarkən diqqət etməli olduğunuz başqa bir məqam da professor-müəllim heyətinin və tələbələrin sayının çoxluğudur. Təbriz Universitetində 800-dən çox professor-müəllim heyəti var və bu universitetdə tələbələrin sayı təxminən 24.000 nəfərdir. Təbriz Universitetində tələbələr aşağıdakı sahələr üzrə təhsil ala bilərlər: 4 Önlisans - 164 Bakalavr dərəcəsi - 322 Magistr dərəcəsi - 209 Doktorluq dərəcəsi. Təbriz Universiteti Aras Beynəlxalq Kampusu və Təbriz Muxtar Kampusu adları olan iki kampusdan ibarətdir. Şanxay Tematik Reytinqində universitet Maşınqayırma sahəsində 201-300 Elektrik və Elektron Mühəndisliyi 401-500 Avtomatlaşdırma və İdarəetmə, 151-200, Elm və Texnologiya Alətləri 101-150-ci yerdədir İnşaat mühəndisliyi, 151-200, Kimya mühəndisliyi 301-400 Elm və energetika 201-300, Su Ehtiyatları 76-100 , Qida Texnologiyası 201-300-cü yerdədir.

Mövqeyi

Təbriz Universiteti Təbriz şəhərində yerləşir və Tehran universitetlərindən sonra İranın ən böyük təhsil ocaqlarından biri sayılır.

Məşhur məzunları

  • Səməd Behrəngi
  • Əzim Qeyçisaz
  • Qulamhüseyn Saidi
  • Mehdi Bakiri
  • İsmayıl Cabbarzadə

Rektorları

  • Məhəmmədrza Purməhəmmədi

Xarici əlaqələri

Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Həmçinin bax

П: "Universitet" portalı

Ədəbiyyat

  • Ağayeva, Gözəl. Təbriz ədəbi mühiti (az.). Bakı: Nurlar NPM. 2004. səh. 168. ISBN 9952403356.
  • Behzadi, Behzad. Demokratik Azərbaycan - Azərbaycanda 1324-1325-ci illərdə baş vermiş hadisələrə baxış (fars). Tehran: Düzgün xəbər nəşriyyatı. 2004. səh. 0.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təbriz Universiteti haqqında məlumat. Təbriz Universiteti nədir? Təbriz Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trabzon konfransı

  • Fevral 25, 2026

    Çay (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Kontrabas

  • Fevral 27, 2026

    Timsah

  • Fevral 27, 2026

    Mozalan (kinojurnal)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst