Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rapsodiya (yun. ῥαψῳδία - nəğmə qoşan ) — xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes.

Rapsodiya

  • Ana Səhifə
  • Vikipediya
  • Rapsodiya

Rapsodiya (yun. ῥαψῳδία - nəğmə qoşan ) — xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes.

Mündəricat

Tarixçə

Qədim Yunanıstanda epik poemaları (dastan) nəğmə oxuyan musiqiçilərə rapsod deyirdilər. Qədim rapsodiyalardan biri Homer və "İliada", "Odisseya" antik rapsodiyalardan sayılır. XIX yüzillikdə macar bəstəkarı və pianoçusu Ferens List xalq mövzuları əsasında fortepiano üçün rapsodiyalar bəstələyir. List qaraçı xalq musiqisi əsasında yazılmış 19 "Macar rapsodiyaları", eləcə də "İspan rapsodiyası"nın müəllifidir. Listdən öncə fortepiano rapsodiyası janrına X. F. D. Şubart (1786), V. R. Qallenberq (1802), V. Y. Tomaşek (1813), V. Y. Vorjişek (1814) də müraciət etmişlər.

Daha sonra orkestr rapsodiyaları janrı ortaya çıxır və inkişaf edir. Orkestr üçün rapsodiyaların müəllifləri Antonin Dvorjak, Aleksandr Qlazunov, Corce Enesku, Moris Ravel və b.; orkestr və solist alət üçün rapsodiyaların müəllifləri isə Yohans Brams (+ xor), Eduard Lalo, Sergey Raxmaninov, Sergey Lyapunov, Corc Gerşvin olmuşlar.

Dünya bəstəkarlarının rapsodiyaları

  • Ferens List – fortepiano üçün "Macar rapsodiyaları" (19 dənə, 1847-1885); "İspan rapsodiyası" (1863)
  • Yohans Brams – fortepiano üçün "Solo-alt, kişi xoru və orkestr üçün rapsodiya" (1869, Hötenin sözlərinə)
  • Antonin Dvorjak – orkestr üçün "Slavyan rapsodiyaları" (3 dənə, 1878)
  • Eduard Lalo – skripka və orkestr üçün "Norveç rapsodiyası" (1879)
  • Aleksandr Qlazunov – orkestr üçün "Şərq rapsodiyası" (1889)
  • Sergey Raxmaninov – fortepiano üçün "Rus rapsodiyası" (1891), fortepiano və orkestr üçün "Paqanini mövzusunda rapsodiya" (1934)
  • Corce Enesku – orkest üçün "Rumın rapsodiyaları" (2 dənə, 1901)
  • Moris Ravel – orkestr üçün "İspan rapsodiyası"(1907)
  • Sergey Lyapunov – fortepiano və orkestr üçün "Ukrayna rapsodiyası" (1907)
  • Corc Gerşvin – fortepino və orkestr üçün "Blyuz stilində rapsodiya" («Rhapsody in Blue», 1924)
  • Sergey Prokofyev – "Ural rapsodiyası" ("Daş çiçək haqqda dastan" baletindən, 1951)
  • Aram Xaçaturyan – "Konsert-rapsodiyalar" (üçlük) – skripka üçün (1961), violonçel üçün (1963), fortepiano üçün (1968)

Azərbaycan bəstəkarlarının rapsodiyaları

  • Üzeyir Hacıbəyov - simfonik orkestr və fortepiano üçün "Cəngi" rapsodiyası
  • Asəf Zeynallı - fortepiano üçün "Çahargah rapsodiyası"
  • Həsən Rzayev - Çahargah rapsodiyası
  • Müslüm Maqomayev - orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Şüştər", "Rəqs", "Şəlalə" rapsodiyaları
  • Süleyman Ələsgərov - "Qarabağ" rapsodiyası
  • Qara Qarayev - fortepiano üçün “Azərbaycan rapsodiyası” (1940), böyük simfonik orkestr üçün "Alban rapsodiyası" (1952)
  • Tofiq Bakıxanov - skripka və simfonik orkestr üçün "Türk rapsodiyası"
  • Xəyyam Mirzəzadə - "Mərakeş rapsodiyası"

Qaynaqlar

  1. "Douglas Harper. Online Etymology Dictionary - Rhapsody". 4 mart 2016 tarixində . İstifadə tarixi: 28 iyul 2013.
  2. Əfrasiyab Bədəlbəyli. - İzahlı monoqrafik musiqi lüğəti - Rapsodiya 2021-04-23 at the Wayback Machine
  3. "Рапсодия". 31 mart 2022 tarixində . İstifadə tarixi: 28 iyul 2013.
  4. . 30 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2013.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rapsodiya sözünün mənası, rapsodiya haqqında məlumat. rapsodiya nədir? rapsodiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prosessual hüquq

  • Fevral 26, 2026

    Berta Morizo

  • Fevral 27, 2026

    Ordu-Balıq

  • Mart 01, 2026

    Nəcməddin Mürvətov

  • Fevral 27, 2026

    Traktor FK

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst