Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin e

Minarxizm

  • Ana Səhifə
  • Vikipediya
  • Minarxizm

Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır.

Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir.

Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizm və sağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir. Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür. Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar.

Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır. Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir.

Mündəricat

Etimologiya

Qarovulçu dövlət (alm. Nachtwächterstaa‎) termini almaniyalı sosialist filosof Ferdinand Lassal tərəfindən 1862-ci ildə Berlin şəhərində söylədiyi nitq zamanı yaradılmışdır. O, burjua liberal məhdud hökumətli dövlət modelini tənqid etmiş, yeganə məqsədi oğurluğun qarşısına almaq olduğundan onu gecə qarovulçusuna bənzətmişdir. Baxmayaraq ki, liberalizm getdikcə dövlətin məişətdə daha çox iştirakını və daha böyük bir məsuliyyətinə sahib olmasını dəstəkləyən bir ideologiyaya çevrilirdi, bu ifadə yenə də tez bir zamanda kapitalist hökumətin izahına çevrilmişdir.

Lüdviq fon Mizes daha sonra Lassalın məhdud hökumətli dövlət modelini cəfəngiyyət kimi göstərmək istədiyini, ancaq onun "kələm turşusunun hazırlanması, şalvar düymələrinin istehsalı və ya qəzetlərin çap edilməsi" ilə məşğul olan hökumətlər qədər cəfəng olmadığını demişdir.

Qarovulçu dövlət modelinin tərəfini saxlayanlar minarxistlər adlanır. Bu termin "minimum" və "-xiya" birləşməsindən əmələ gəlmişdir. "Arxi" (q.yun. ἀρχή) yunan sözüdür və mənası "birinci yer, güc", "hökumət metodu", "imperiya, səltənət", "səlahiyyətlilər" və ya "idarə etmək"dir. Minarxizm termini Semyuel Edvard Konkin tərəfindən yaradılmışdır.

Fəlsəfə

Minarxistlər adətən hücum etməmə prinsipinə sadiq qalması şərti ilə dövlətə haqq qazandırırlar. Onlar iddia edirlər ki, anarxo-kapitalizm hücum etməmə prinsipini tətbiq etməkdə əlverişli olmadığına görə qeyri-praktikdir, çünki qanunların tətbiqi anarxizm altında rəqabətə açıqdır. Başqa populyar arqument özəl müdafiə və məhkəmə firmaları onlara daha çox pul ödəyənlərin maraqlarını təmsil etməyə meyillidir.

Bəzi minarxistlərin fikrinə görə, dövlətin mövcudluğu qaçınılmazdır və anarxiya hər halda nəticəsiz olacaq. Minimal dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında populyarlaşdırılmışdır. O, bu kitabda qarovulçu dövlətin fundamental fərdi hüquqlara hörmət edən hər hansı bir siyasi sistem üçün çərçivəni yaratdığını irəli sürmüşdür və buna görə də dövlətin mövcudluğuna mənəvi olaraq haqq qazandırmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, minarxizm sözünün mənası, minarxizm haqqında məlumat. minarxizm nədir? minarxizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qalanın dibində

  • Fevral 26, 2026

    Oyunlar nəzəriyyəsi

  • Fevral 27, 2026

    Vladimir Kryuçkov

  • Fevral 23, 2026

    Romanizasiya

  • Fevral 27, 2026

    Exolot

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst