Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kapitalizm ya da Sərmayəçilik — marksizm nəzəriyyəsinə görə, ictimai quruluş, bəzi iqtisadçıların və siyasətçilərin tarixi inkişafda ayırdığı ictimai-iqtisadi f

Kapitalizm

  • Ana Səhifə
  • Vikipediya
  • Kapitalizm

Kapitalizm ya da Sərmayəçilik — marksizm nəzəriyyəsinə görə, ictimai quruluş, bəzi iqtisadçıların və siyasətçilərin tarixi inkişafda ayırdığı ictimai-iqtisadi formasiya. Nəzəriyyə istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməkdən istifadəyə əsaslanır. İzafi dəyərin mənimsənilməsi kapitalist istehsalın məqsədini və kapitalistlərin varlanmasını təmin edir. Burada əsas istehsal vasitələri muzdlu fəhlələr sinfini (proletariatı) istismar edən kapitalistlər sinfinin (burjuaziyanın) mülkiyyətidir. İstehsal olunmuş nemətlərin bölgüsü bazar vasitəsilə həyata keçirilir. Digər elmi nəzəriyyələr kapitalizmi başqa cür də təsvir edirlər (məsələn, azad sahibkarlıq, açıq rəqabət sistemi kimi). Kapitalizm dedikdə elə siyasi, sosial və iqtisadi sistem başa düşülür ki, burada kapital aktivlərinin daxil olduğu mülkiyyətə xüsusi şəxslər sahibdirlər və onu idarə edirlər. Əmək isə əmək haqqı ilə alınır, resursların bölgüsü sərbəst qiymətlər mexanizmi vasitəsi ilə həyata keçirilir. Bazar mexanizminin istifadə dərəcəsini kapitalizmin müxtəlif formaları müəyyən edir. Kapitalizm — xüsusi mülkiyyət və azad rəqabətin hökm sürdüyü iqtisadi sistemdir. Daha çox Avropa, ABŞ, Yaponiya, Avstraliyada geniş inkişaf etmişdir. Kapitalizm termini digər iqtisadi termin — kapitaldan başlanğıc alır. Onun ilk əlamətləri Qədim Romada müşahidə olunmuş və ticarətin, sənayeləşmənin, bank işinin təşəkkülü ilə XV əsrdə daha təzahürlü gerçəkliyə çevrilmişdir. XVII əsrin sənaye inqilabı kapitalist münasibətlərinin inkişafında yeni amil olmuşdur. Kapitalizm azad sahibkarlıq və yaxud "xalis kapitalizm" formasında daha çox XIX əsrdə Böyük Britaniya iqtisadiyyatında görünmüşdür.

Liberalizm
İdeyalar
Siyasi azadlıq
Kapitalizm • Bazar iqtisadiyyatı
İnsan hüquqları
Hüquqi dövlət
İctimai müqavilə
Bərabərlik • Millət
Plüralizm • Demokratiya
İdeyadaxili hərəkatlar
Libertarianlıq
Neoliberalizm
Sosial liberalizm

[şablon]

Mündəricat

Kapitalın hərəkət balansı

ölkənin tədiyə balansının bir hissəsidir ki, burada uzunmüddətli və qısamüddətli kapitalların ölkədən aparılması və ölkəyə gətirilməsi əks olunur. Tədiyə balansının "Birbaşa investisiyalar və digər uzunmüddətli kapital" bölməsində uzunmüddətli kapitalın: a) birbaşa investisiyalar;

b) portfel investisiyaları;

c) Digər uzunmüddətli investisiyalar formasında uzunmüddətli kapitalın aparılması və gətirilməsi haqqında göstəricilər göstərilmişdir.

"Qısamüddətli kapital" bölməsində qısamüddətli kapitalın aparılması və gətirilməsi haqqında göstəricilər ehtiva olunur. Xarici investisiyalardan əldə olunan gəlirlər haqqında və xarici investisiya gəlirlərinin xaricə köçürülməsi haqqmda göstəricilər cari əməliyyatlar balansında verilmişdir və adı çəkilən bölmələrdə əks olunmamışdır.

Kapitallaşdırılmış dividend

  1. əsas kapitalın artımına yönəldilmiş dividend;
  2. pul kapitalının ssudaya veriləcəyi halda səhmlər üzrə alınan dividendə bərabər məbləğdə gəlir verən səhmlərin məzənnəsi.

Kapitallaşdırma norması

Kapitallaşdırma vaxtı istifadə edilən faiz dərəcəsi kapitallaşdırma norması deyilir.

Bazar kapitallaşdırmasının formalaşması

Kapitallaşma

  1. İzafi dəyərin, mənfəətin, gəlirin kapitala çevrilməsi, onun genişlənməsi üçün istifadə edilməsi.
  2. Orta borc faizi kimi sahibkarlıq fəaliyyətindən gələn gəlirin nəzərdən keçirilməsi və bu borc faizi ilə kapitalın müəssisənin dəyərinin kəmiyyətinə bərabər hesablanması əsasında müəssisənin dəyərinin qiymətləndirilməsi metodu.
  3. İndiki zamana (indiki xalis dəyərə) gələcəkdəki xalis mənfəətin əlavə edilməsi yolu ilə iqtisadi dəyərin qiymətləndirilməsidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kapitalizm haqqında məlumat. Kapitalizm nədir? Kapitalizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    17 yanvar

  • Fevral 23, 2026

    Qot

  • Fevral 23, 2026

    2 iyun

  • Fevral 21, 2026

    Simvol

  • Fevral 23, 2026

    Materializm

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst