Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Toğrul Nemət oğlu Şahtaxtinski (22 oktyabr 1925, Bakı – 8 oktyabr 2010, Bakı) — kimyaçı alim, texnoloq, kimya elmləri doktoru (1968), professor (1968), Əməkdar

Toğrul Şahtaxtinski

  • Ana Səhifə
  • Vikipediya
  • Toğrul Şahtaxtinski

Toğrul Nemət oğlu Şahtaxtinski (22 oktyabr 1925, Bakı – 8 oktyabr 2010, Bakı) — kimyaçı alim, texnoloq, kimya elmləri doktoru (1968), professor (1968), Əməkdar elm xadimi (1991), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1976), Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü (2000).

Toğrul Şahtaxtinski
Doğum tarixi 22 oktyabr 1925(1925-10-22)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 8 oktyabr 2010(2010-10-08) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri İkinci Fəxri xiyaban
Atası Nemətulla bəy Şahtaxtinski[d]
Anası Zəhra Şahtaxtinskaya
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru (1968)
Elmi adları professor, akademik
İş yeri AMEA Kimya Problemləri İnstitutu (2002–2010)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1976)
  • Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü (2000)
Mükafatları "Xalqlar dostluğu" ordeni — 1986 "Şərəf nişanı" ordeni — 1980 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "İstiqlal" ordeni — 2005 "Şöhrət" ordeni — 2000
Azərbaycan Respublikasının əməkdar elm xadimi — 1991

Mündəricat

Həyatı

Toğrul Nemət oğlu Şaxtaxtinski 22 oktyabr 1925-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Nemət Şaxtaxtinski keçən əsrin əvvəllərində Ali Texniki Məktəbi bitrdikdən sonra uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, anası biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Şaxtaxtinskaya isə Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri işləyib.

Toğrul Şaxtaxtinski orta məktəbi bitirdikdən sonra ali təhsilini 1943–1949-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb. Kimyaçı-mühəndis ixtisasına yiyələnən Şaxtaxtinski elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda aspiranturaya daxil olub və 1952-ci ildə oranı bitirib.

Əmək fəaliyyəti

Toğrul Şaxtaxtinski 1961–1962-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini, 1962–1967-ci illərdə laboratoriya müdiri olub. O, 1962–1975-ci illərdə Monomerlər şöbəsinə rəhbərlik edib, o cümlədən 1971–1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri olub.

Toğrul Şaxtaxtinski 1975–2002-ci illərdə Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun, 2002–2010-cu illərdə isə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru vəzifəsini icra edib. 1973–1981, 1990–2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001–2007-ci illərdə AMEA-nın akademik-katibi olub. Toğrul Şahtaxtınski 1975–2010-cu illərdə "Azərbaycan kimya jurnalı"nın baş redaktoru olub və dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib.

Akademik fəaliyyəti

Toğrul Şahtaxtinski 1959-cu ildə kimya üzrə fəlsəfə doktoru və 1968-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını alıb. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilib. 2000-ci ildə isə Gürcüstan Milli EA-nın xarici üzvü (akademiki) seçilib.

Alim 510 elmi əsərin, o cümlədən 140-dən çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 12 elmlər doktoru və 48 fəlsəfə doktoru hazırlanıb. 1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu Azərbaycanda neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparıb.

Kitabları

Toğrul Şahtaxtinskinin dünyanın ən iri elmi nəşriyyatlarından biri olan "Perqamon Press" tərəfindən 1962-ci ildə "Neftdən sintetik materiallar" adlı kitabı çap olunub. Bu kitab Londonda ingilis dilində nəşr olunub. 1980-ci ildə ingilis dilində "C4 karbohidrogenləri və onların sənaye törəmələri" adlı daha bir kitabı nəşr olunub. Kitab Londonda "Ernst Ben LTD" nəşriyyatında buraxılıb. Alimin əsərləri nüfuzlu beynəlxalq elmi nəşrlərdə (İngiltərə, AFR, Macarıstan, Rumıniya və s.) çap olunub.

Sədri olduğu şuralar

Toğrul Şahtaxtinski 1976-cı ildə KTNPİ-nin nəzdində "Kimya texnologiyasının proses və aparatları" və "Kimyəvi kinetika və kataliz" ixtisasları üzrə namizədlik dərəcəsi verən İxtisaslaşdırlımış Müdafiə Şurasının, 1984-cü ildən həmin ixtisaslar üzrə, 1995–2010-cu illərdə isə üç ixtisas üzrə — "Kimya texnologiyasının proses və aparatları", "Kimyəvi kinetika və kataliz" və "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisasları üzrə elmlər doktoru alimlik dərəcəsi verən İxtisaslaşdırlımış Şuranın sədri olub.

Elmi işlərinin əsas istiqamətləri

Akademik Toğrul Şahtaxtinski elmi fəaliyyəti kimya texnologiyasının nəzəri əsaslarının inkişaf etdirilməsi, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, üzvi və neft-kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması ilə əlaqəli geniş problemləri əhatə edir.

Alim öz əməkdaşları ilə birlikdə n-butilenlərin və n-butanın malein anhidridinə, izobutilenin metakril turşusuna, propanın sirkə turşusuna birbaşa oksidləşdirilməsi, toluol, ksilollar və başqa karbohidrogenlərin maye fazalı oksidləşdirici ammonolizi proseslərini, həmçinin müxtəlif monomerlərin və üzvi sintezin aminlər, amidlər, imidlər kimi yarımməhsullarının, çoxfunksiyalı halogen tərkibli birləşmələrin alınma üsullarını işləyib hazırlayıb.

İştirak etdiyi beynəlxalq konqres və simpoziumlar

  • Almaniya −1963, 1969, 1971, 1996;
  • Rumıniya −1996;
  • Yaponiya −1974, 1975, 1998, 2000;
  • Fransa −1980;
  • Bolqarıstan −1983;
  • Macarıstan −1983, 1986, 1989;
  • ABŞ −1977, 1979, 1990, 1997;
  • Türkiyə −1992, 1993, 1996;
  • Hollandiya −1996;
  • Belçika −1998, 2000;

Mühüm elmi işləri

  • Synthetik Materials from Petrolium — London, New-York, Paris: Perqamon Press, Oxford, 1962. Co-aut: Topchiev A. V., Nagiyev M. F.
  • Heterogeneous Catalytis Oxidation of Ethylenc to Asetaldehyde-VI Amer-Sov. Symposium on Chemikal Catalysts, USA-1979. New Jersew, Cherru Hill. Co-aut: Aliyev A. M.
  • Методика исследования промышленных реакторов с катализаторами нестационарной активности — II Всесоюзн.конф. "Нестационарные процессы в химич.реакторах", Новосибирск, 1982. Соавторы: Талышинская М. А., Алиев А. М., Гусейнова А. М.
  • Oxidation chlorinated butens on surface oxide catalysts-III-rd world Congress on oxidation catalysts-1997 — San Diego, California. Co-aut: Efendiev A. J.
  • The development of the polyfunctional metalzeolite catalysts for the combined reaktions of oxidation of alkyl alcohols into carboxylic acids and their esterification "Industrial application of zeolites, Brugge, Belgium, October 2000. Co-aut: A. M. Aliyev and other.

Ölümü

Toğrul Şahtaxtinski 8 oktyabr 2010-cu ildə vəfat edib və İkinci Fəxri xiyabanda dəfn edilib.

Mükafatları

  • "Şöhrət ordeni";
  • "İstiqlal" ordeni;
  • "Müstəqillik" ordeni;
  • "Şərəf nişanı" ordeni;
  • "Xalqlar dostluğu" ordeni;
  • "Fədakar əməyə görə" medalı;
  • "Əməkdar elm xadimi" fəxri adı;
  • AR Ali Sovetinin Fəxri Fərmanı;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, toğrul şahtaxtinski sözünün mənası, toğrul şahtaxtinski haqqında məlumat. toğrul şahtaxtinski nədir? toğrul şahtaxtinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 19, 2026

    Subantarktika qurşağı

  • Mart 06, 2026

    Antrasen

  • Mart 06, 2026

    Moldova ilanbaşı

  • Fevral 25, 2026

    Fransızca

  • Fevral 27, 2026

    Lev Kamenev

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst