Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arası

Oyunlar nəzəriyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Oyunlar nəzəriyyəsi

Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərilməlidir] [mənbə göstərilməlidir]

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat
  • b
  • m
  • r

Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər. Bu nəzəriyyə süni intellekt və kibernetika üçün çox böyük önəm daşıyır.

Oyunlar nəzəriyyəsi çərçivəsində oyun növləri:

1.Eyni maraqlarla olan oyun - rasional oyunçuların arasında əməkdaşlıq əsasında oynanılır.

2.Əks maraqlarla olan oyun - rasional oyunçuların arasında münaqişəli şəraitdə oynanılır.

3.Qarışıq maraqlarla olan oyun - həm əməkdaşlıq, həm də münaqişəli şəraitdə ola bilər.

Mündəricat

Oyunların təsvir üsulları

Hər hansı bir oyunu təsvir etmək üçün oyunun oyunçularını, informasiyanı, oyunçuların seçimlərin və bu seçimlərə uyğun nəticələri (mükafatları) təyin etmək lazımdır.

Ekstensiv forma

Ekstensiv formada oyunlar oyun ağacında təsvir olunur. Ağacın hər bir nöqtəsi oyunçuların seçimlərini göstərir. Ağac həmçinin oyunçuların seçim ardıcıllıqlarını və sonunda qazanclarını da təsvir edir.

Normal forma

Normal formada əsasən oyunlar matris şəklində göstərilir. İki oyunçudan ibarət oyunda, bir oyunçunun seçimləri sətirlərdən, digərinin isə sütunlar ibarət olur. Oyunçuların seçimlərinə uyğun qazancları müvafiq sətr və sütunların kəsişməsində göstərilir.

Xarakteristik funksional forma

Bu formada qazanclar müvafiq funksional formada göstərilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oyunlar nəzəriyyəsi haqqında məlumat. Oyunlar nəzəriyyəsi nədir? Oyunlar nəzəriyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Vladimir Putin

  • Fevral 27, 2026

    1919-cu il

  • Fevral 23, 2026

    3 noyabr

  • Fevral 27, 2026

    Sultan

  • Fevral 27, 2026

    Novruzlu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst