Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin ö

Təcnis

  • Ana Səhifə
  • Vikipediya
  • Təcnis

Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri.

Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri:

Bəlkə məni nəzərindən salan var,
Yada salmaz üç il, beş il, on beş il.
Heç deməzmi mənim dərdim çəkən var,
Həsrət qalar üç il, beş il, on beş il.

Dərya elmim vermək olmaz ay ada,
Təbib olan, çağır gəlsin aya da,
Göz görməsə, ağıl salmaz a yada,
Gəl görməyə üç il, beş il, on beş il.

Aşıq Söyün qalıb dərd ayağında,
Xəstə şəfa bular dərd ayağında,
Ahu seyr eləyər dərd ayağında,
Ovçu gözlər üç il, beş il, on beş il.

Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.

Aşıq poeziyasındakı digər populyar şeir şəkilləri kimi təcnislər də bir sıra poetik dəyişmələrə məruz qalmış, onların cığalı təcnis, dodaqdəyməz təcnis, nəfəsçəkmə təcnis və s. formaları meydana çıxmışdır.

Həmçinin bax

  • Ayaqlı təcnis
  • Cığalı təcnis
  • Nəfəsçəkmə təcnis

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təcnis haqqında məlumat. Təcnis nədir? Təcnis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İlkağızlılar

  • Fevral 27, 2026

    Bərgüşad (çay)

  • Fevral 27, 2026

    Afina hersoqluğu

  • Fevral 26, 2026

    Şuəra surəsi

  • Fevral 27, 2026

    Amitis

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst