Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günay Elçin qızı Əfəndiyeva — Azərbaycanlı ictimai–siyasi xadim, diplomat. Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini, Qırğız Respublikasını

Günay Əfəndiyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Günay Əfəndiyeva

Günay Elçin qızı Əfəndiyeva — Azərbaycanlı ictimai–siyasi xadim, diplomat. Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini, Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi. Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti (2015–2023), Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı.

Günay Əfəndiyeva
Günay Elçin qızı Əfəndiyeva
Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı
Vəzifədədir
2024-cü ildən
    Seçki dairəsi2024 — 14 saylı Xəzər - Pirallahı
    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
    11.09.2015 – 28.11.2023
    Əvvəlkivəzifə təsis edildi.
    SonrakıAktotı Raimkulova
    Şəxsi məlumatlar
    Doğum tarixi 20 oktyabr 1973 (52 yaş)
    Doğum yeri Bakı Azərbaycan SSR, SSRİ
    Milliyyəti azərbaycanlı
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Təhsili Azərbaycan Tibb Universiteti
    Fəaliyyəti dövlət rəsmisi
    Atası Elçin Əfəndiyev

    Təltifləri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

    Mündəricat

    Həyatı

    Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olmuşdur.

    1991-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirmişdir. 1997-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla həkimlik ixtisası üzrə bitirmişdir. 1997–1998-ci illərdə Bakı şəhəri Respublika Diaqnostika Mərkəzində fuksional diaqnostika üzrə internatura keçmişdir.

    Ailəsi

    • Azərbaycanın görkəmli yazıçısı, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini Elçin Əfəndiyevin qızıdır.
    • Azərbaycanın görkəmli yazıçısı, Azərbaycan Respublikasının xalq yazıçısı İlyas Əfəndiyevin nəvəsidir.
    • Sənətşünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi Timuçin Əfəndiyevin qardaşı qızıdır.
    • Tanınmış hüquqşünas,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyevanın bacısıdır.

    İş fəaliyyəti

    2004–2008-ci illərdə Azərbaycan Respublikasının İstanbul Baş konsolosluğunda vitse–konsul, konsul vəzifələrində çalışaraq başlamışdır. 2009–2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə AR Milli Komissiyasının birinci katibi, müşaviri, baş katibi vəzifələrində çalışmışdır. 2015-ci ilin 11 sentyabr tarixində Türk Şurasının (Türk Dövlətləri Təşkilatı) Dövlət Başçılarının Astana zirvə görüşü zamanı qəbul etdikləri qərəra əsasən, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunmuş, 2023-cü ilin noyabr ayına qədər bu vəzifədə çalışmışdır.

    06 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

    Siyasi fəaliyyəti

    Günay Əfəndiyeva 2024-cü il növbədənkənar parlament seçkilərində Bitərəf kimi 14 saylı Xəzər–Pirallahı seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Seçkidə qələbə qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilib.

    23 sentyabr 2024-cu ildə Milli Məclisin Mədəniyyət komitəsinin (sədr: Polad Bülbüloğlu) sədr müavini, Səhiyyə komitəsinin üzvüdür.

    Türk Dövlətləri Parlament Assambleyasının üzvüdür.

    Günay Əfəndiyeva Azərbaycan–Bolqarıstan, Azərbaycan–Braziliya, Azərbaycan–Çin, Azərbaycan–İtaliya, Azərbaycan–Macarıstan, Azərbaycan–Özbəkistan, Azərbaycan–Polşa, Azərbaycan–Rumıniya, Azərbaycan–Yaponiya parlamentlerarası əlaqələr üzrə işçi quruplarının üzvüdür

    Mükafatları

    06.07.2009-cu il tarixində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)”, 09.07.2019-cu il tarixində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalları ilə təltif olunmuşdur.

    Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı (2023), Y.Balasagın adına Qırğız Milli Universitetinin Fəxri Professoru (2022), Nəzir Torekulov adına Qazaxıstanın Ali diplomatik medalı (2023), TÜRKSOY 30-cu il medalı (2023), Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi (2023), Manas medalı (2023), Çingiz Aytmatov medalı (2021), Abay Kunanbayev medalı (2020) və bir çox digər medal və fəxri adlarla təltif olunmuşdur.

    2024-cü ilin oktyabrında Macarıstanın ali mükafatlarından biri olan “Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub.

    2025-ci ildə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Günay Əfəndiyeva haqqında məlumat. Günay Əfəndiyeva nədir? Günay Əfəndiyeva nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Bavariyalı İzabel

    • Fevral 27, 2026

      Vəsfi-hal

    • Fevral 23, 2026

      Türk dili

    • Fevral 27, 2026

      Aran

    • Fevral 27, 2026

      Bulak xan

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst