Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publ

Məmmədağa Sərdarov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədağa Sərdarov

Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist.

Məmmədağa Sərdarov
Doğum tarixi 1 yanvar 1941(1941-01-01) (85 yaş)
Doğum yeri
  • Gədəzeyxur, Qusar rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti alim

Mündəricat

Həyatı

Məmmədağa Əhmədkərim oğlu Sərdarov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Qusar rayonunun Gədəzeyxur kəndində anadan olub. 1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,1963-cü ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini əyani bitirib. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayıb. 1962-ci ildən 1966-cı ilə qədər İsmayıllı və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işləmiş, 1966-cı ildə komsomol işinə irəli çəkilmiş, Qaradağ rayon Komsomol Komitəsində şöbə müdiri, rayon partiya komitəsində təlimatçı və rayon komsomol komitəsinin birinci katibi işləyəndən sonra 1971-ci ildə Komsomolun Mərkəzi Komitəsində informasiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Üç il burada çalışandan sonra ona Respublika Xalq Nəzarəti Komitəsində işləməyi tövsiyə edilir və orada 17 il əvvəl inspektor, sonra baş inspektor vəzifələrində çalışıb. Bu orqan ləğv edildiyindən o, Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə Nazirlər Kabinetində yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin məsələləri üzrə şöbəsində böyük referent işləyib. Həmin illərdə işlədiyi təşkilatların mükafatları ilə yanaşı "Rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Ailəsi

Üç övladı, 6 nəvəsi var

Həyat yoldaşı — Pakizə Əliş qızı Sərdarova 1945-ci ildə anadan olmuş, 2004-cü ildə vəfat etmişdir.

  • Elçin Məmmədağa oğlu Sərdarov – 1969-cu il təvəllüdlü, ali təhsillidir, Təhsil Nazirliyində işləyir,
  • Emin Məmmədağa oğlu Sərdarov – 1971-ci il təvəllüdlü, ali təhsillidir, Respublika Dövlət Arxivinin direktorudur.
  • Şahin Məmmədağa oğlu Sərdarov – 1976-cı il təvəllüdlü, ali təhsillidir, reklam sahəsində çalışır.

Fəaliyyəti

Elmi fəaliyyətə 1999-cu ildən başlamışdır. 2006-cı ildə "Müasir dövrdə Azərbaycanda miqrasiya prosesləri: siyasi aspekt" mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda aparıcı elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru. Dörd monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir.

Tələbəlik illərindən ədəbi yaradıcılığa maraq göstərmiş, ilk şeiri 1961-ci ildə Bakı şəhərindəki 44 №-li məktəbin divar qəzetində dərc edilib. 1966-cı ildən mətbuatda çıxış edir. İlk məqaləsi 1966-cı ildə "Molodyoj Azerbaydjana" qəzetində çap edilmişdir. İndiyə qədər 170-ə yaxın məqalə, oçerk və felyetonu dərc olunub. Altı bədii-publisist kitabın müəllifidir.

Elmi əsərləri

  • 1. Azərbaycan: məcburi miqrantların sosial-iqtisadi vəziyyəti və xaricdən yardım
  • 2. Miqrasiya anlayışının genezisi və müəyyənləşdirilməsi
  • 3. Azərbaycan Xalq Cumhuriyyəti dövründə siyasi mühacirət və qaçqınlar problemi
  • 4. Miqrasiya prosesləri və tənzimləmə
  • 5. "Əsrin müqaviləsi"- nin imzalanmasına gətirib çıxardan Azərbaycan tarixi haqqında
  • 6. Azərbaycanda miqrasiya problemlərinin həllində beynəlxalq təşkilatların rolu
  • 7. Böyük dövlət xadimi və görkəmli siyasətçi
  • 8. Qloballaşma və miqrasiya prosesləri
  • 9. Miqrasiya problemləri və bələdiyyə
  • 10. Milli təhlükəsizlik və miqrasiya siyasəti

Kitabları

  • 2001 — Öz yolum — düz yolum
  • 2004 — Azərbaycan Miqrasiya Prosesləri
  • 2005 — Məhəbbət rəmzi
  • 2005 — Воспоминания об Иване Гассиеве
  • 2007 — Həsrətli günlər
  • 2010 — Qloballaşma və miqrasiya siyasəti
  • 2011 — Ölməzlik nümunəsi
  • 2012 — Öz yolunu tapan insan
  • 2014 — Doğmalarım, əzizlərim
  • 2015 — Azərbaycan Milli Elmlər Akademiyası −70
  • 2015 — Əlimdə gül dəstəsi
  • 2016 — Müdriklik dövrünü yaşayan insan
  • 2017 — С сердцем наедине
  • 2019 — Həsənağa Sərdarov (haqqında xatirələr)
  • 2020 — Mahir Siyasətçi, Müdrik Rəhbər
  • 2021 — Elə yaşa ki…
  • 2024 — Doğma kəndim Gədəzeyxur, Зи хайи хуьр - ГадацӀийихуьр, Родное село - Гедезейхур.

Haqqında

  • 2012 — Öz yolunu tapan insan. Kitab (70 illik yubileyi münasibətilə)
  • 2016 — Müdriklik dövrünü yaşayan insan. Kitab (75 illiyi münasibətilə)

Təltif və mükafatlar

  • 1. Rəşadətli əməyə görə medalı ilə təltif edilmişdir.
  • 2. Azərbaycan Komsomolunun 50 illiyi münasibətilə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının yubiley nişanı ilə təltif edilmişdir.
  • 3. Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsi tərəfindən Komsomolda fəal işinə görə döş nişanı ilə təltif edilmişdir.
  • 4. Xalq nəzarəti orqanlarında uzun müddət və qüsursuz fəaliyyətinə görə SSRİ Xalq Nəzarəti Komitəsinin Döş nişanı ilə təltif edilmişdir.
    Məmmədağa Sərdarov iş başında.jpg
  • 4. Respublikanın xalq nəzarəti orqanlarının işində fəal iştirak etdiyinə görə və sovet dövlətində nəzarət orqanlarının altmış illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
  • 5. Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin mərkəzi aparatında baş inspektor kimi uzun illər fəal işlədiyinə görə Komitənin fəxri fərmanı ilə təltif edilmişdir.
  • 6. Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı tərəfindən yüksək elmi fəaliyyətinə, həmkarlar ittifaqının işində göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilmişdir.
  • 7 Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Diplomu ilə təltif edilmişdir.
  • 8. Azərbaycan KİV işçiləri həmkarlar ittifaqının rəyasət heyətinin qərarı ilə Qızıl qələm media mükafatı laureatı diplomu ilə təltif edilmişdir.

İştirak etdiyi tədbirlər

  • Gədəzeyxurda təntənə
  • Alimin 70 illik yubileyi qeyd edilmişdiqlər
  1. 2012 — "Öz yolunu tapan insan" (70 illik yubileyi münasibətilə)
  2. "Müdriklik dövrünü yaşayan insan" (75 illiyi münasibətilə)-2016 Bakı, ADPU-nin mətbəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədağa Sərdarov haqqında məlumat. Məmmədağa Sərdarov nədir? Məmmədağa Sərdarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vensan Kassel

  • Fevral 24, 2026

    Zülali yemlər

  • Fevral 23, 2026

    Sər-i Pul

  • Fevral 27, 2026

    Xuluf

  • Fevral 27, 2026

    Keşlə FK

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst