Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qusar (ləzgi.КцIар,Kċar) — Azərbaycan Respublikasının Qusar rayonunun Qusar şəhər inzibati ərazi dairəsində şəhər, Qusar rayonunun inzibati mərkəzi.

Qusar

  • Ana Səhifə
  • Vikipediya
  • Qusar
Bu məqalə Qusar şəhəri haqqındadır. Rayon üçün Qusar rayonu səhifəsinə baxın.

Qusar (ləzgi.КцIар,Kċar) — Azərbaycan Respublikasının Qusar rayonunun Qusar şəhər inzibati ərazi dairəsində şəhər, Qusar rayonunun inzibati mərkəzi.

Şəhər
Qusar
41°25′19″ şm. e. 48°25′17″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Qusar rayonu
İcra başçısı Məmmədxanov Sahir
Tarixi və coğrafiyası
Yaşayış məntəqəsi statuslu 1938-ci ildən
Mərkəzin hündürlüyü 680 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 21 341 nəfər (2023)
Milli tərkibi azərbaycanlılar, ləzgilər və b.
Dini tərkibi müsəlmanlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2338
Poçt indeksi AZ 3800
Nəqliyyat kodu 38
Digər
qusar-ih.gov.az
Qusar xəritədə
Qusar
Qusar
Qusar xəritədə
Qusar
Qusar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Bakı şəhərindən məsafəsi 180 km-dir.

Dünyada ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər.

Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir.

Daha əvvəllər "Yeni Quba" adlanmışdır.

Mündəricat

Etimologiya

İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(Kċаr) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.

Tarixi

1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Məhəmməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə rus çarına Qazavat elan edirlər. Bölgəsinin bütün ləzgi soyları bu üsyanda iştirak etdi, ümumilə 12.000 mürid var idi.

1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.

Mədəniyyəti

Mətbəx

Qusar mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir.

Mətbuat

1932-ci ildə Qusar rayonunda, Azərbaycanda ilk ləzgi dilində nəşr olunan indiki "Qusar" adlı qəzet (keçmişdə "Sosializm tempi" və "Qızıl Qusar") nəşrə başlamışdır.

Abidələr

Qusarda soyqırım abidəsi 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmışdır.

Əhalisi

01.01.2023-cu il siyahıyaalınmasına əsasən Qusar şəhərində yaşayanların sayı 21 341 nəfər olmuşdur.

Şəhər ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.

Ləzgi uşağların arasında ləzgi dilini sərbəst danışanların faizi (3-5 yaş arası)
2000 2005 2010 2015 2020
98,72 % 87,26 % 48,25 % 39,22 % 28,79 %

Son 10 ildə (2009-2019) ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.

Ana dili və sərbəst danışdığı dil (2009)
Etnik qrup Ləzgi dili

ana dili saymayan

Ləzgi dili

sərbəst danışan

Azərbaycan dili

sərbəst danışan

Rus dili

sərbəst danışan

ləzgi 9.10% 91.70% 96.30% 23.70%
Ana dili və sərbəst danışdığı dil (2019)
Etnik qrup Ləzgi dili

ana dili saymayan

Ləzgi dili

sərbəst danışan

Azərbaycan dili

sərbəst danışan

Rus dili

sərbəst danışan

ləzgi 24.90% 85.20% 96.10% 38.90%
Qusar şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa. Nisbəti, 1970 sa.
cəmi11 144100.0 %
ləzgi8 25774.1 %
azərbaycanlı1 41312.7 %
rus və ukraynalı9738.7 %
yəhudi3132.8 %
erməni650.6 %
tatar280.3 %
gürcü60.1 %
avar10.1 %
İlSayı
1926 1.994
1939 4.329
İlSayı
1959 7.366
1970 11.144
İlSayı
1979 12.225
1989 14.230
İlSayı
2009 16.500

Ərazisi

Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690–730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.

Qalereya

  • Qusar Cümə məscidi
    Qusar Cümə məscidi
  • Qusar təzə körpü
    Qusar təzə körpü
  • Lermontovun ev-muzeyi (Qusar)
    Lermontovun ev-muzeyi (Qusar)

Qeydlər

  1. “Qafqaz təqvimi”nin 1848, 1849, 1853, 1857 və 1859-cu illik nəşrlərində “Qusar” və “Yeni Quba” adları birgə qeyd olunur, bu da “Yeni Quba” termininin dövrün rəsmi sənədlərində geniş işlədildiyini göstərir.
  2. Le. d.a.d.s. — Ləzgi dilini ana dili sayanlar.
  3. Le.d.s.d. — Ləzgi dilində sərbəst danışanlar.
  4. Az.d.s.d. — Azərbaycan dilində sərbəst danışanlar.
  5. Ru.d.s.d. — Rus dilində sərbəst danışanlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qusar haqqında məlumat. Qusar nədir? Qusar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Male

  • Fevral 23, 2026

    Pyotr Çaykovski

  • Fevral 23, 2026

    12 yanvar

  • Fevral 23, 2026

    Tanax

  • Fevral 24, 2026

    Ay

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst