Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu qrup yemlərə paxlalı kulturalar, jmıx aiddir. Paxlalıların toxumları proteinlə zəngindir. Təxminən 21,2–34,0%-ə qədərdir. Bu da bioloji dəyərinə görə taxılla

Zülali yemlər

  • Ana Səhifə
  • Vikipediya
  • Zülali yemlər

Zülali yemlər – bitki və heyvani mənşəli olub, tərkibcə yüksək proteinə malikdirlər.

Mündəricat

Bitki mənşəli zülali yemlər

Bu qrup yemlərə paxlalı kulturalar, jmıx aiddir. Paxlalıların toxumları proteinlə zəngindir. Təxminən 21,2–34,0%-ə qədərdir. Bu da bioloji dəyərinə görə taxıllar fəsiləsindən daha yüksəkdir. O cümlədən tərkibinə B1, B2, B5, E, C vitaminlər də daxildir. Paxlalı bitkilərin çiy meyvələrində, əsasən də soyada, antitriksin maddəsi var. Bu maddə fermentlərin aktivliyini və züllaların həzmini azaldır. Paxlalıların toxumları fosfor və kükürdlə, soya isə bunlardan əlavə yağ turşuları ilə zəngindir.

Noxud

Noxud — əsas paxlameyvəli yemdir. Tərkibində 21,5% protein və çox miqdarda lizin var.

Soya

Soya – tərkibindəki proteinin səviyyəsinə görə (37–45%) noxudu keçir. O cümlədən yüksək bioloji dəyərinə və zəngin aminturşu tərkibinə görə heyvani zülala çox yaxındır. 18–21% yağ, vitamin və minerallarla zəngindir.

Paxlalı yemlər

Paxlalı yemlərə – 25% protein daxildir. Karbohidratlar və vitaminlərlə zəngindir.

Acıpaxla yemi

Acıpaxla yemi– tərkibinə 42,1%-ə yaxın protein daxildir.

Çölnoxudu

Çölnoxudu — tərkibinə 24,1%-ə yaxın protein daxildir.

Mərci

Mərci – kimyəvi tərkibinə görə noxud və çölnoxuda yaxındır.

Nut

Nut– tərkibində 20% protein, 5% yağ və sellüloza.

Jmıx və şrotlar

Jmıx və şrotlar– ayrı-ayrı kulturların texniki emalından alınır. Götürülən xammaldan asılı olaraq jmıx və şrotlar – günəbaxandan, kətandan, soyadan, pambıqdan, çəltik və yer fındığından alınır. Quşçuluq təsərrüfatı üçün əsasən soya, günəbaxan, yerfındığı, pambıq və düyüdən istifadə olunur. Jmıx əsasən pressləmə vasitəsilə yağın çəkilməsi zamanı alınır. Jmıxda 5–7% yağ olur. Həmçinin tərkibində 50%-ə yaxın zülal var ki, bu da yüksək keyfiyyətə malikdir. O cümlədən asan həzm olunur. Əksər halda tərkibcə heyvani zülala daha yaxın olur. Amma aminturşusu sarıdan kasaddır.

Heyvan mənşəli zülali yemlər

Heyvan mənşəli zülali yemlər daha qiymətlidirlər. Belə ki, zülallarla yanaşı, B qrup vitaminləri, mineral maddələrlə zəngindir. Heyvan mənşəli yemlərə balıq və ət məhsullarının tullantıları və süd məhsulları aiddir.

Balıq unu

Balıq unu – yüksək keyfiyyətli yemdir. Tərkibində 79% zülal, lizin və metionin var.

Ət unu

Ət unu – 60%-dən çox yüksək keyfiyyətli protein var.

Ət-sümük unu

Ət-sümük unu – zülali-mineral yem. Tərkibində 50% protein olur.

Qan unu

Qan unu – 80%-dən çox protein olur.

Lələk unu

Lələk unu — əsasən metionin və sistin aminturşularının mənbəyi kimi quşların yeminə qatılır. Proteinin ümumi miqdarı 80%-dir.

Çürümüş süd, zərdab və digər süd məhsulları yüksək bioloji əhəmiyyətə malikdirlər. Tərkibinə B vitamin qrupu və asan məninsənilən mineral maddələr daxildir. Quşlar üçün qiymətli yem sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülali yemlər haqqında məlumat. Zülali yemlər nədir? Zülali yemlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Vladimir Fekete

  • Fevral 23, 2026

    Nuklein turşuları

  • Fevral 24, 2026

    Microsoft Paint

  • Fevral 23, 2026

    Tartu

  • Fevral 23, 2026

    13 iyul

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst