Məqalə — müəyyən mövzu, problem və ya məsələ barədə elmi, publisistik və ya analitik xarakterli, məntiqi ardıcıllıqla tərtib edilmiş, strukturlaşdırılmış yazılı material.
Esse
Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımından bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur.
Elmi məqalə
Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur.
Jurnalistikada
Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir.
Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir. Bunun üçün isə yalnız fakt azlıq edir. Mövzunu hər tərəfli təhlil, hadisələri kompleks şəkildə analiz etmək vacibdir. Şəxsi təcrübə və problemin düzgün təhlili jurnalistə həmin problemin həllini tapmağa kömək edir.
Həmçinin bax
- Jurnalistika
- Nekroloq
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məqalə haqqında məlumat. Məqalə nədir? Məqalə nə deməkdir?