Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Molodyoj Azerbaydjana (azərb-kiril. Молодјож Азербајджана, rus. Молодёжь Азербайджана; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçi və Raboçaya molody

Molodyoj Azerbaydjana

  • Ana Səhifə
  • Vikipediya
  • Molodyoj Azerbaydjana

Molodyoj Azerbaydjana (azərb-kiril. Молодјож Азербајджана, rus. Молодёжь Азербайджана; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçi və Raboçaya molodyoj — Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə fəaliyyət göstərmiş komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Azərbaycanda rus dilində çıxan ilk leqal komsomol qəzeti olmuşdur.

Molodyoj Azerbaydjana
Yaranma tarixi 1919
Dil rus dili
Baş ofis Bakı
Ölkə

Azərbaycan AXC

Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR

Tarixi

Qəzetin ilk nömrəsi "Molodoy raboçi" adı ilə 11 iyun 1919-cu ildə çıxmış, 6 oktyabrdan isə "Raboçaya molodjyoj" adı ilə çıxmışdır. Qəzet Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı MK-sının orqanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinin təqibi nəticəsində nəşri dayandırılmışdır. 7 yanvar 1923-cü il tarixindən 19 avqust 1941-ci ilə qədər "Molodoy raboçi" adı ilə nəşrə başlamış, İkinci Dünya müharibəsi illərində çapı dayandırılmışdır. 6 sentyabr 1945-ci ildən Sovet İttifaqı süquta uğrayanadək "Molodjyoj Azerbaydjana" adı ilə həftədə 3 dəfə çıxmışdır. Qəzet Azərbaycan gənclərinin həyatını işıqlandırır və kommunist təbliğatı ilə məşğul idi. 1982-ci ildə tirajı 60 min nüsxə idi. 1979-cu ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Qəzetin müxbiri Salatın Əsgərova 6 yanvar 1991-ci ildə, Qarabağ münaqişəsi zamanı Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.

Həmçinin bax

  • Azərbaycan gəncləri
  • Azərbaycan pioneri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Molodyoj Azerbaydjana haqqında məlumat. Molodyoj Azerbaydjana nədir? Molodyoj Azerbaydjana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Musa Mirzəyev

  • Fevral 27, 2026

    E.ə. 434

  • Fevral 27, 2026

    Daşlıçay ilçəsi

  • Fevral 28, 2026

    Dəniz məməliləri

  • Fevral 27, 2026

    Verdicanan Qadınəfəndi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst