Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik

Ürək çatışmazlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Ürək çatışmazlığı

Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.

Ürək çatışmazlığı
XBT-10 I50
XBT-9 428.0
DiseasesDB 16209
MedlinePlus 000158
MeSH D006333
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əmələgəlmə səbəbləri

Anadangəlmə ürək qüsurları

Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar.

  • Fallo tetradası
  • Açıq arterial axacaq
  • Qulaqcıqlararası çəpərin qüsuru
  • Mədəciklərarası çəpərin qüsuru
  • Ebşteyn anomaliyası

Qazanılmış ürək qüsurları

Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur.

  • Aorta qapağının daralması
  • Aorta qapağının çatışmazlığı
  • İkitaylı qapağın daralması
  • İkitaylı qapağın çatışmazlığı
  • Perikardit
  • Taxikardiya
  • Arterial hipertenziya
  • İnfarkt
  • Kardiogen şok

Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur. Nəticə etibarilə orqan və toxumaların hipoksiyası və digər metobolizm pozğunluqları meydana çıxmış olur.

Əsas əlamətlər

  • Yorğunluq, təngnəfəslik
  • Köpüklü öskürək, qanhayxırma
  • Akrosianozlar — barmaqların uclarının və dodaqların göyərməsi
  • Ağciyər ödemi
  • Aşağı ətrafların ödemi-şişməsi
  • Perikard və plevra boşluqlarına mayenin toplanması
  • Assit — qarın boşluğuna mayenin toplanması
  • Qaraciyərin böyüməsi

Gedişatı

Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki.

  • Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya ya da bradikardiyala, travma nəticəsində meydana çıxan ürək tamponadası, qəfləti ürək qapaqçıqlarının vətər elementlərindən birinin qırılmas, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu pataloji funksional pozğunluğa orqnizm hazır olmadığına görə kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.
  • Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edərək və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə: ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Sonradan orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya: ödem, dispnoe — təngnəfəslik mərhələsinə qədəm qoyur. Təginəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərir.

Təsnifatı

NYHA — təsnifatı
NYHA IHeç bir fiziki məhdudiyyət yoxdur. Adi gündəlik fiziki məşqulluq təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətlərsiz ötüşür.
NYHA IIYüngül fiziki məhdudiyyət. Sakit vəziyyətdə heç bir şikayətin olmaması. Adi gündəlik fiziki məşqulluq təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətləri üzə çıxarmış olur.
NYHA IIICiddi fiziki məhdudiyyət. Sakit vəziyyətdə heç bir şikayətin olmaması. Cüzi fiziki məşqulluq təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətləri dərhal üzə çıxarmış olur.
NYHA IVİstər cüzi fiziki məşqulluq, istərsə də tam sakitlik zamanı təngnəfəslik, ürəkdöyünmə, döş inağı kimi əlamətlər özünü göstərməkdədir. Yataq xəstəsi.

Müalicə

Ürək çatışmazlığının təsnifat mərhələlərinə uyğun müalicə sxemi
Dərman preparatlarıNYHA INYHA IINYHA IIINYHA IV
ACE-inhibitorgöstərişgöstərişgöstərişgöstəriş
AT1-antaqonistACE-inhibitorla əks göstərişACE-inhibitorla əks göstərişACE-inhibitorla əks göstərişACE-inhibitorla əks göstəriş
BetablokMiokard infarktından sonra
Arterial hypertoniyalarda
göstərişagöstərişagöstərişa
DiuretiklərSaluretiklər–maye durğunluğu zamanıgöstərişgöstəriş
TiazidlərArterial hypertoniyalardamaye durğunluğu zamanıgöstərişgöstəriş
Aldosteron antaqonistləriMiokard infarktından sonragöstərişgöstərişgöstəriş
Ürək qlikozidləriQulaqcıqların səyrici aritmiyasıQulaqcıqların səyrici aritmiyasıgöstərişbgöstərişb
asabit xəstələr bplazmada izini təyit etməklə

Operativ müdaxilələr

  • Ürəyin nasos funksiyasının kəskin azalması və ürəyin ötürücü sisteminin pozulması belə ki, His dəstəsinin sol ayaqcığının blokadası zamanı biventrikulyar ürək elektrostimulyatorunun implantasiyası;
  • Spontan və qəflətən baş verən mədəcik taxikardiyalarında Ürəkdaxili kardioversion-defibrilyatorun (ICD) implantasiyası;
  • Ürək qapaqlarının çatışmazlığında qapaq konstruksiyaları ya süni qapaqla əvəzlənməsi əməliyyatları;
  • Qlobal çatışmazlıqda "süni ürək", yaxud sol mədəcik yardımçı sisteminə (LVAD) ya da süni qan dövranı aparatına qoşulma. Bu müdaxilə ürək köçürməsinə qədər (ing. “bridge to transplant”) yada miokarditlərdə ürək əzələsinin öz qüvvəsini bərpa edənə qədər (ing. “bridge to recovery”) müvəqqəti körpü funksiyası daşıyır.

Həmçinin bax

  • Süni ürək
  • Süni qan dövranı aparatı
  • Elektrokardiostimulyator
  • İmplantat kardioverzion-defibrilyator
  • Pompe xəstəliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ürək çatışmazlığı haqqında məlumat. Ürək çatışmazlığı nədir? Ürək çatışmazlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ron-Alp

  • Fevral 25, 2026

    İqtisadi artım

  • Fevral 25, 2026

    Edip kompleksi

  • Fevral 23, 2026

    Aryej

  • Fevral 23, 2026

    22 fevral

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst