Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909, Tiflis – 1989, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi.

Hüseyn Şərif

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Şərif

Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909, Tiflis – 1989, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi.

Hüseyn Şərif
Hüseyn Qasım oğlu Şərifov
Doğum tarixi 9 fevral 1909
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 25 mart 1989 (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti tərcüməçi
Mükafatları "Əmək veteranı" medalı — 19721972

Həyatı

O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924–1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu.

30-cu illərin əvvəllərində yazıçı bədii yaradıcılığını davam etdirə-etdirə pedaqoji fəaliyyət də göstərirdi. O, bir müddət Xaçmaz, Balakən rayonlarında müəllim işləmiş, 1932-ci ildə isə yenidən Gürcüstana qayıtmış, orada Borçalı rayon maarif şöbəsinə müdir təyin olunmuşdur. 1934-cü ilin sonundan başlayaraq Hüseyn Şərifin ömür yolu Bakıyla bağlıdır. Bakıya köçən yazıçı burada müxtəlif məsul vəzifələrdə çalışır. Bu vəzifələr isə onu ədəbiyyata, xüsusən də tərcüməçilik sənətinə daha möhkəm bağlayır. 1936–1937-ci illər onun Moskvada "Pravda" adına ikiillik Jurnalistlər İnstitutunda təhsili istisna olunarsa o, ömrünün sonuna – 1989-cu il martın 25-ə kimi daim sənət adamları içərisində, xüsusən də ədəbi aləmlə ünsiyyətdə olmuşdur. O, Azərbaycan SSR Baş mətbuat İdarəsində siyasi redaktor (1934–1935), "Azərnəşr"də tərcüməçi, redaktor, bədii ədəbiyyat şöbəsinin müdiri (1938–1940) işləyəndə də, Azərbaycan Baş mətbuat idarəsinin rəisi olanda da, Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri, Respublika Radio Komitəsinin sədri (1942–1944) kimi məsul vəzifələri aparanda da işi ədəbi mühitlə sıx bağlı idi. Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Rəsul Rzayla dostluqları sonralar onun "Xatirələr" kitabında öz əksini tapmışdır. Yazıçının ömrünün son ilində, 1989-cu ildə nəşr olunan bu kitabda yuxarıda adları çəkilən sənətkarların həyatlarının gələcək nəsillərə örnək ola biləcək məqamları açıqlanır.

Atasının irsinə böyük ehtiramla, həssaslıqla yanaşan, onun haqıqnda yazılanların dəqiq saf-çürük edən Turan Cavidin sağlığında dərc olunan bu "Xatirələr"dən görünür ki, böyük dramaturqun ülfət bağladığı, mehrini saldığı, yaş fərqinə baxmayaraq dostluq etdiyi gənclərdən biri də Hüseyn Şərif olmuşdur.

Yaradıcılığı

A. N. Radişevin "Peterburqdan Moskvaya səyahət", V. T. Korolenkonun "Yurdsuz uşaqlar", İ. A. Qonçarovun "Oblomov", K. Markovun "Ata və oğul", V. A. Aksyonovun "Həmkarlar", L. Qrosmanın "Dostoyevski", İ. Buninin "Povest və hekayələri"ni, İ. Yefremovun "Dumanlı Andromeda", A. Rıbakovun "Sürücülər", F. Dostoyevskinin "İdiot" və s. dilimizə tərcümə etmişdir. H. Şərif eyni zamanda tərcüməçilik sənəti ilə bağlı bir sıra nəzəri məqalələrin də müəllifidir. Bu qəbildən onun "M. Arifin tərcümə etdiyi L. Tolstoyun "Hərb və sülh" əsərinin tərcüməsi haqqında" ("Kommunist", 1948, 17 iyul), "Moskvadan uzaqlarda" romanının tərcüməsi haqqında" ("Ədəbiyyat qəzeti", 1952, 25 iyun), "Bədii tərcümə" ("Ədəbiyyat və incəsənət", 1954, 3 aprel), "Bədii tərcümə ancaq yaradıcı olmalıdır" ("Ədəbiyyat və incəsənət", 1967, 18 mart), "Bədii nəsr və tərcümə" ("Azərbaycan", 1967, № 7), M. Şoloxovun tərcümə təcrübəsindən" ("Ədəbiyyat və incəsənət", 1975, 24 may) və s. məqalələrini nümunə göstərmək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Şərif haqqında məlumat. Hüseyn Şərif nədir? Hüseyn Şərif nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bərdə rayonu

  • Fevral 26, 2026

    Udin dili

  • Fevral 27, 2026

    Romantizm epoxası

  • Fevral 27, 2026

    H.O.S.T.

  • Fevral 27, 2026

    Tofiq Ağahüseynov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst