Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasın

Balakən

  • Ana Səhifə
  • Vikipediya
  • Balakən
Bu məqalə Balakən şəhəri haqqındadır. Balakən rayonu üçün Balakən rayonu səhifəsinə baxın.

Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir.

Şəhər
Balakən
Ölkə Azərbaycan Azərbaycan
Rayon Balakən
Tarixi və coğrafiyası
Şəhər statuslu 1965-ci ildən
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhali sayı
  • 14.800 nəf. (2017)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2429
Poçt indeksi AZ0800
Rəsmi veb-saytı balaken-ih.gov.az
Xəritədə yeri
41°43′06″ şm. e. 46°24′59″ ş. u.HGYO
Balakən xəritədə
Balakən
Balakən
xəritədə
Balakən
Balakən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi.

Tarixi abidələri

Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.

Coğrafiyası və iqlimi

Balakən şəhəri Qanıxçayın bir qolu olan Balakən çayının sahilində, Böyük Qafqazın dağətəyilərində yerləşir. Şəhər Yevlax dəmiryol qovşağından 178 kilometr şimal-qərbə, Yevlax-Laqodexi şosesində üzərində yerləşir.

Əhalisi

Şəhərdə əhalinin 85%-ni azərbaycanlılar , 14%-ni avarlar və 1%-ni digər xalqların nümayəndələri təşkil edir .

İlSayı
1959 1.815
1970 5.368
İlSayı
1979 6.587
1989 8.134
İlSayı
2017 14.800

İqtisadiyyatı

Dağ üstü parkdan (Heydər Əliyev adına park) görünüş

Balakən şəhərində bir neçə zavod fəaliyyətdədir. Bunlar

  • Konserv zavodu
  • Beton konstruksiyaları zavodu
  • Heyvandarlıq məhsullarının istehsalı üzrə zavod

1985-ci ildə Balakəndə Yevlax-Balakən dəmiryol xəttinin son stansiyası tikilmişdir.

Qalereya

  • Balakən şəhər uşaq incəsənət məktəbi
    Balakən şəhər uşaq incəsənət məktəbi
  • Balakən mədəniyyət mərkəzi
    Balakən mədəniyyət mərkəzi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balakən haqqında məlumat. Balakən nədir? Balakən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Urmu gölü

  • Fevral 27, 2026

    Dürranilər sülaləsi

  • Fevral 27, 2026

    Ursus minimus

  • Fevral 27, 2026

    Hamlet İsaxanlı

  • Fevral 27, 2026

    Yedigey

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst