Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Turan Cavid — C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.

Turan Cavid

  • Ana Səhifə
  • Vikipediya
  • Turan Cavid

Turan Cavid — C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.

Turan Cavid
Doğum tarixi 2 oktyabr 1923
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 sentyabr 2004 (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Hüseyn Cavid
Anası Mişkinaz Cavid
Milliyyəti azərbaycanlı

Həyatı

Turan Cavid Hüseyn Cavid qızı 2 oktyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuş, 1940-cı ildə Bakı şəhəri 189 N-li məktəbi, 1950-ci ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Müharibə illərində — 1942–1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxivarius, 1943–1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944–1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945–1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində baş laborant, 1950–1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953–1967-ci illərdə, eyni zamanda C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968–1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışmışdır. Hüseyn Cavidin ev muzeyi yarandığı gündən ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik etmişdir. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olmuşdur. Onun gərgin əməyi nəticəsində bu gün muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondlarında isə 300-dən artıq eksponat toplanmışdır. O, Hüseyn Cavidin ev muzeyinin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video yazılarla zənginləşdirmişdir.

Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H. Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkmişdir.

Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Filmoqrafiya

  1. Cavid ömrü (film, 2007)
  2. Cavidi xatırlarkən (film, 1982)
  3. Əbədiyyət elçisi (film, 2005)
  4. Qayıdış (film, 1992)
  5. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  6. Memar (film, 2006)
  7. Səma şairi (film, 2003)
  8. Tikdim ki, izim qala (film, 1997)
  9. Topal Teymur (film, 1983)

Həmçinin bax

  • Ərtoğrol Cavid

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Turan Cavid haqqında məlumat. Turan Cavid nədir? Turan Cavid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    330-cu illər

  • Fevral 12, 2026

    Azərpoçt

  • Fevral 27, 2026

    E.ə. 497

  • Fevral 23, 2026

    Bina

  • Fevral 27, 2026

    Physeteridae

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst