Azərbaycan qəzetləri — Azərbaycan Respublikasında və Azərbaycan dilində nəşr olunan dövri informasiya və ictimai-siyasi nəşrlərdir. Azərbaycan qəzetçiliyi XIX əsrdən etibarən formalaşmış və ölkənin ictimai, siyasi və mədəni həyatında mühüm informasiya vasitəsinə çevrilmişdir.
- Tarixi inkişaf
Azərbaycan mətbuatının əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” həm Azərbaycan, həm də ümumən müsəlman Şərqində yerli dildə nəşr olunan ilk qəzet hesab olunur.
XIX əsrin sonu – XX əsrin əvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kaspi”, “İrşad”, “Tərəqqi”, “Həyat”, “Məktəb”, “İqbal” kimi qəzetlər fəaliyyət göstərmişdir. Bu dövrdə qəzetlər əsasən maarifçilik, ictimai islahatlar və milli oyanış ideyalarının yayılmasında mühüm rol oynamışdır.
- Sovet dövrü
1920-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra qəzet nəşri dövlət nəzarətinə keçmişdir. Bu dövrdə qəzetlər kommunist ideologiyasının təbliği və siyasi maarifləndirmə məqsədləri ilə nəşr edilirdi.
Sovet illərində Azərbaycan SSR-də bir sıra respublika, şəhər və rayon qəzetləri nəşr olunurdu. Ən iri mətbu orqanlardan biri 1919-cu ildən müxtəlif adlarla çıxan və 1959-cu ildən “Kommunist”, 1991-ci ildən isə “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirən dövlət qəzetidir. Həmçinin “Bakinskiy raboçiy”, “Ədəbiyyat və incəsənət”, “Uçitel Qazeti”, “Gənc işçi”, “Azərbaycan pioneri” kimi qəzetlər də nəşr edilirdi.
- Müstəqillik dövrü
1991-ci ildən sonra Azərbaycan qəzetləri müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Bu mərhələdə həm dövlət, həm də özəl və müstəqil nəşrlər meydana çıxmışdır. Yeni dövr qəzetləri arasında “525-ci qəzet”, “Yeni Müsavat”, “Azadlıq”, “Ədalət”, “Kaspi”, “Şərq”, “Bakı Xəbər”, “Həftə içi”, “Reytinq”, “Palitra” və digərləri yer alır.
Bu dövrdə qəzetlər siyasi plüralizmin, iqtisadi islahatların və mədəni transformasiyanın informasiya daşıyıcısına çevrilmişdir. Bəzi qəzetlər partiyaların və ictimai təşkilatların orqanı kimi fəaliyyət göstərir.
- Rəqəmsal keçid
XXI əsrdə qəzet nəşri tədricən rəqəmsal formata keçmişdir. Əksər qəzetlərin onlayn versiyaları yaradılmış, bəziləri isə yalnız internet üzərindən fəaliyyətini davam etdirmişdir. Elektron qəzetlər real vaxtda xəbərlərin yayılması və interaktiv əlaqə imkanları ilə fərqlənir.
- Hazırkı vəziyyət
Hazırda Azərbaycanda dövlət, özəl və ictimai qurumlara məxsus onlarla qəzet nəşr olunur. Nəşrlərin bir qismi gündəlik, bir qismi isə həftəlik və ya aylıq formatda çıxır. Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunan qəzetlər ölkə daxilində və xaricdə yayılır.
- Tənəzzül
Azərbaycanda çap mediasının sayının azalması 1990-cı illərin sonlarından başlayıb. 2010-cu illərdə qəzetlərin tirajı kəskin aşağı düşüb, reklam bazarı daralıb, mətbəə və kağız xərcləri durmadan artıb. Bu dövrdə bir çox müstəqil və gündəlik qəzet fəaliyyətini dayandıraraq onlayn formata keçib.
2022-ci ildə qəbul edilmiş yeni “Media haqqında” Qanun və media reyestri çap orqanları üçün əlavə tənzimləmə mexanizmləri yaradıb. 2023–2024-cü illərdə isə reyestr tələbləri, qeydiyyat prosedurları və nəşr qaydaları çap subyektlərinin fəaliyyət sahəsini daha da məhdudlaşdırıb.
Beynəlxalq media azadlığı təşkilatlarının hesabatlarında bildirilir ki, çap mediasının zəifləməsi təkcə iqtisadi səbəblərlə bağlı deyil. Onların qiymətləndirməsinə görə, müstəqil qəzetlərin fəaliyyət imkanlarının daralması, reklam bazarına çıxışın məhdudlaşdırılması və redaksiyaların təzyiq riski ilə üzləşməsi medianın dayanıqlığını ciddi şəkildə zəiflədir. Bu qurumlar həmçinin informasiya mühitinin mərkəzləşdirilməsi və jurnalistlərin təqib hallarını medianın müstəqilliyinə ən böyük zərbə kimi qeyd edirlər.
Gündəlik
Ad Format Yaranma Sahibi Dil Siyasi mövqeyi Azərbaycan Berliner 1992 Milli Məclis Azərbaycanca Hakimiyyətyönümlü Xalq qəzeti Broadsheet 1919 Prezidentin İşlər İdarəsi (ARPİİ) Yeni Azərbaycan 2008 Yeni Azərbaycan Partiyası
Həftəlik
Ad Nəşri Format Təsis tarixi Sahibi Dil Siyasi mövqeyi Bakı Xəbər Cümə 2003 Aydın Quliyev Azərbaycanca Hakimiyyətyönümlü Bütöv Azərbaycan Cümə 2008 Tamxil Ziyəddinoğlu Cümhuriyət Cümə Broadsheet 1993 (I); 2015 (II) Rəfail Becanov Ədalət Cümə Broadsheet 1990 Aqil Abbas Həftə içi Cümə axşamı Broadsheet 1998– Sevinc Seyidova Hürriyyət Çərşənbə axşamı 1991– Sərdar Cəlaloğlu Xalq Cəbhəsi Cümə axşamı Broadsheet 2001 Elçin Mirzəbəyli İki sahil Həftədə 2 dəfə 1965 SOCAR Paralel 2003 Olaylar Cümə 1995 Yunus Oğuz Səs Həftədə 2 dəfə Broadsheet 1990 "Əlincə" Azərb. Xeyr. Cəmiyyət (1990); Səs Media Qrup Şərq Cümə Broadsheet 1996 Akif Aşırlı Təzadlar Broadsheet 1993 Asif Mərzili Türküstan Çərşənbə axşamı Broadsheet 2006 Aqil Camal Unikal Şənbə Broadsheet 2010 Asif Rzayev Yeni Müsavat Çərşənbə Broadsheet 1989 Rauf Arifoğlu 525-ci qəzet Broadsheet 1992 Rəşad Məcid AzerNews Cümə Berliner 1997 Fazil Abbasov İngiliscə Bakinski raboçi (Бакинский рабочий) Cümə Broadsheet 1906 ARPİİ Rusca Vışka (Вышка) Cümə 1928 SOCAR Rusca Kaspi (Каспий) Bazar Broadsheet 1999 "İntellekt" firması (1999-2012) Sona Vəliyeva (2012-2020)
Global Media Group (2021)Rusca və Azərbaycanca Nedelya (Неделя) Bazar Berliner 1997 Saimat Balamətova Rusca Novoye Vremya (Новое Время) Həftəlik Broadsheet 1999 Şakir Ağayev Rusca
Mütəxəssis və ya mövzulu
Ad Nəşri Format Təsis tarixi Sahibi Dil Mövzu Azərbaycan müəllimi Cümə 1934 Elm və Təhsil Nazirliyi Azərbaycanca Təhsil Azərbaycan Ordusu 1992 Müdafiə Nazirliyi Hərbi Azerbaijan Post Aylıq 2009 Heydərbaba Media Group Az. Dia., Az. Məd., siy. Bakı Universiteti 1929 BDU Ali təhsil Bizim söz 2012 (II) BDU K/x.ç. & inform. Cəmiyyət və din Aylıq 2009 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cəmiyyət, din Əsgər Həftəlik 1992 Daxili Qoşunlar Hərbi Elm Cümə 1984 Azərbaycan Milli Elmlər Akademiyası Elm Ədəbiyyat Bazar Berliner 1934 Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Ədliyyə Aylıq 2004 Ədliyyə Nazirliyi Ədliyyə FHN-in qəzeti Həftəlik ?-2023(?) Fövqəladə Hallar Nazirliyi Fövqəladə hallar Futbol+ Günaşırı Berliner 1997 Vüqar Məmmədov Futbol Gənc müəllim Aylıq 1958 ADPU Pedaqogika Həkəri Ayaşırı 2003 Hacı Əli Xankişiyev Hərbi and 2002 Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Hərbi İdmançı 1998 AİA İdman İnşaatçı kadrlar 1983 ADMİU İnşaat İqtisadçı 1970 UNEC İqtisadiyyat İqtisadiyyat Həftəlik Broadsheet 1999 Ziyad Səmədzadə İqtisadiyyat İşin sirri Aylıq 2024 Elnur İsmayılov Peşə təm. sinif. Mədəniyyət Həftədə 2 dəfə 1991 Mədəniyyət Nazirliyi Mədəniyyət Məktəbli Aylıq 2023 "Əcəmi" NPB Orta təhsil Olimpiya dünyası Həftəlik 2001 Milli Olimpiya Komitəsi Olimpiya Polis Həftəlik 1933 DİN Hüquq-mühafizə Saldo Aylıq 2019 Rəcəb Vəfalı İsmayılov İq.ic.əd.bəd.pub. Savalan (?) Çərşənbə axşamı 1938 Azərbaycan LKGİ (1938-1990)
Azərbaycan Gənclər İttifaqı (2000-?)Uşaq Təbib Həftəaşırı 1933 ATU Tibbi təhsil Tibb Aylıq 1991 Səhiyyə Nazirliyi Səhiyyə Ülfət Cümə axşamı 1991 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Həmkarlar ittifaqı Zəfər Yolu Aylıq 2023 GDU / Tarix və Coğrafiya fakültəsi Tələbə
Regional
Ad Nəşri Format Təsis tarixi Sahibi Dil Siyasi mövqeyi Abşeron 1962 Abşeron Rayon İcra Hakimiyyəti Azərbaycanca Hakimiyyətyönümlü Ağdam 1930 Ağdam Rayon İcra Hakimiyyəti Ağdaş Aylıq 1932 Ağdaş Rayon İcra Hakimiyyəti Ağstafa Həftəaşırı 1991 Ağstafa Rayon İcra Hakimiyyəti Ağsu 1954 Ağsu Rayon İcra Hakimiyyəti Aran Həftəlik 1932 Ağcabədi Rayon İcra Hakimiyyəti Arazın səsi Aylıq 1935–2020(?) Culfa Rayon İcra Hakimiyyəti Astara Aylıq 1932 Astara Rayon İcra Hakimiyyəti Azərbaycanca Balakən 1935 Balakən Rayon İcra Hakimiyyəti Azərbaycanca Bərdə 1932 Bərdə Rayon İcra Hakimiyyəti Binəqədi Həftəaşırı ?–2001/ 2013 Binəqədi Rayon İcra Hakimiyyəti Bərgüşad 1937 Qubadlı Rayon İcra Hakimiyyəti Daşkəsən Rüblük 1933 Daşkəsən Rayon İcra Hakimiyyəti Dərələyəz Həftəaşırı 2011 Raqub Kamalov Dönüş 1954 Saatlı Rayon İcra Hakimiyyəti El həyatı Aylıq 1932-? Ordubad Rayon İcra Hakimiyyəti Əkinçi Aylıq 1935 Zərdab Rayon İcra Hakimiyyəti Gəncənin səsi Həftəaşırı 1920 Gəncə Şəhər İcra Hakimiyyəti Göyçay Aylıq 1930 Göyçay Rayon İcra Hakimiyyəti Göyəzən Aylıq 1932 Qazax Rayon İcra Hakimiyyəti Göygöl Aylıq 1933 Göygöl Rayon İcra Hakimiyyəti Gündoğar Aylıq 1931 Neftçala Rayon İcra Hakimiyyəti Xalq sözü 1932 İmişli Rayon İcra Hakimiyyəti Xaçmaz 1932 Xaçmaz Rayon İcra Hakimiyyəti Xızı Ayaşırı 1990 Xızı Rayon İcra Hakimiyyəti Xocalının səsi Aylıq 1991 Xocalı Rayon İcra Hakimiyyəti Xocavənd Ayaşırı Xocavənd Rayon İcra Hakimiyyəti Xudafərin Aylıq 1932 Cəbrayıl Rayon İcra Hakimiyyəti İşıq Aylıq 1930 Şirvan Şəhər İcra Hakimiyyəti Kəlbəcər harayı 1934 Kəlbəcər Rayon İcra Hakimiyyəti Qarabağ Aylıq 1991 Çingiz Tofiqoğlu (AGF) Qayıdış Aylıq 1931 Füzuli Rayon İcra Hakimiyyəti Qəbələ Aylıq 1933 Qəbələ Rayon İcra Hakimiyyəti Qələbə Aylıq 1924 Salyan Rayon İcra Hakimiyyəti Qusar 1932 Qusar Rayon İcra Hakimiyyəti Azərbaycanca və ləzgicə Laçın 1931 Laçın Rayon İcra Hakimiyyəti Azərbaycanca Lerik 1937 Lerik Rayon İcra Hakimiyyəti Lənkəran Rüblük 1931 Lənkəran Şəhər İcra Hakimiyyəti Azərbaycanca Məhsul Aylıq 1931 Biləsuvar Rayon İcra Hakimiyyəti Azərbaycanca Muğanın səsi 1930 Sabirabad Rayon İcra Hakimiyyəti Mübariz Aylıq 1932 Goranboy Rayon İcra Hakimiyyəti Naftalan Aylıq 1992 Naftalan Şəhər İcra Hakimiyyəti Novator Asif Cəfərli Oğuz səsi 1936-? Şahbuz Rayon İcra Hakimiyyəti Oğuz xəbərləri 1934 Oğuz Rayon İcra Hakimiyyəti (1991-2022)
Nazim HüseynliOğuz yurdu 2000 Sədərək Rayon İcra Hakimiyyəti Sözün işığı 2003 Sumqayıt 1952 Sumqayıt Şəhər İcra Hakimiyyəti Şəfəq Aylıq 1921–2022 Quba Rayon İcra Hakimiyyəti Şəki Aylıq Berliner 1921 Şəki Şəhər İcra Hakimiyyəti Şəki Bələdiyyəsi Aylıq Broadsheet 2005 Şəki Şəhər Bələdiyyəsi Şəlalə Ayaşırı 1931 Qax Rayon İcra Hakimiyyəti Şəmkir 1932 Şəmkir Rayon İcra Hakimiyyəti Şərq qapısı Gündəlik Broadsheet 1921 NMR Ali Məclisi və Nazirlər Kabineti Şərqin səhəri Aylıq 1979–2020(?) Babək Rayon İcra Hakimiyyəti Şərurun səsi Aylıq 1931–2020(?) Şərur Rayon İcra Hakimiyyəti Şirvan 1925 Şamaxı Rayon İcra Hakimiyyəti Şuşa 1931 Şuşa Rayon İcra Hakimiyyəti Tovuz Aylıq 1929 Tovuz Rayon İcra Hakimiyyəti Yeni Gəncə Aylıq 1996 Yeni Azərbaycan Partiyası Yeni Gün Aylıq 1932-2022 Cəlilabad Rayon İcra Hakimiyyəti Yeni Həyat 1932 Masallı Rayon İcra Hakimiyyəti Yeni Həyat Aylıq Kəngərli Rayon İcra Hakimiyyəti Yeni Tərtər Aylıq 1934 Tərtər Rayon İcra Hakimiyyəti Zaqatala 1923 Zaqatala Rayon İcra Hakimiyyəti Zirvə 1936-2020 Yardımlı Rayon İcra Hakimiyyəti Zəngilanın səsi 1932 Zəngilan Rayon İcra Hakimiyyəti
Nəşrini dayandıran
Həmçinin bax
- Azərbaycan jurnallarının siyahısı
- Azərbaycan xəbər saytlarının siyahısı
- Azərbaycanda televiziya
Qeydlər
- 1961-65-ci illərdə fəaliyyət göstərməyib
- 1962-65-ci illərdə fəaliyyət göstərməyib
- 1961-65-ci illərdə fəaliyyət göstərməyib
- 1962-65-ci illərdə fəaliyyət göstərməyib
- Qəzet özünü 1918-ci ildə təsis edilmiş Azərbaycan qəzetinin varisi hesab edir
- Qəzet özünü 1919-cu ildə təsis edilmiş Kommunist qəzetinin varisi hesab edir
- 2019-cu ilin fevral ayından gündəlik nəşri dayandırılıb. Aprel ayından həftəlik nəşr edilməyə başlanıb.
- Qəzet 2009-cu ildə “Heydərbaba” adı ilə farsca fəaliyyətə başlayıb. 2015-16-cı illərdə həm də “Azərbaycan Star” adı ilə fəaliyyət göstərib. 2023-cü ilin sentyabrından indiki “Azerbaijan Post” adı ilə fəaliyyət göstərir.
- 2016-cı ilin noyabrından 2019-cu ilin iyuluna və 2019-cu ilin oktyabrından 2023-cü ilin avqustuna qədər çap edilməyib.
- 1933-cü ildən nəşr olunan Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir.
- 1962-66-cı illərdə fəaliyyət göstərməyib.
- 1959-66-cı illərdə fəaliyyət göstərməyib.
- 1932-38-ci illərdə talışca nəşr olunub. 1990-93-cü illərdə talış dilində də səhifəsi olub
- 1961-66-cı illərdə fəaliyyət göstərməyib
- 1963-66-cı illərdə fəaliyyət göstərməyib
- 1964-65-ci illərdə fəaliyyət göstərməyib
- 1931-38-ci illərdə talışca və Azərbaycanca nəşr olunub. 1990-93-cü illərdə talış dilində də səhifəsi olub.
- 1959-cu ilin sentyabrından 1966-cı ilin yanvarına qədər fəaliyyət göstərməyib
- 1992-2005-ci illərdə fəaliyyət göstərməyib
- 1998-2005-ci illərdə fəaliyyət göstərməyib
- 1961-63 və 1994-95-ci illərdə fəaliyyət göstərməyib
Ədəbiyyat
- Günay Səmədqızı, Nigar Ağayeva. "Qəzet adları - maraqlı, gülməli, qəliz, təkrarçı isimlər - ARAŞDIRMA". modern.az (az.). 10 aprel 2012. İstifadə tarixi: 26 yanvar 2024.
- Aytən Əliyeva. "Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (I SORĞU)". modern.az (az.). İstifadə tarixi: 25 yanvar 2024.
- Aytən Əliyeva. "Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (II SORĞU)". modern.az (az.). İstifadə tarixi: 25 yanvar 2024.
- Məmmədova, Günay. Müstəqillik dövrü Azərbaycanda regional KİV-in inkişaf xüsusiyyətləri (PDF) (az.). Bakı. 2024.
- Günay Musayeva. "Universitetlərin 50 qəpiklik qəzetləri: tələbələr onları oxuyurmu?". modern.az (az.). 8 aprel 2010. İstifadə tarixi: 26 yanvar 2024.
- İldırım Şükürzadə. "Bölgəmizin mətbuat tarixindən". Cenub.az (az.). İstifadə tarixi: 3 yanvar 2024.
- "Universitet mediası: Onların arasında hətta 4 min tirajı olan qəzet də var". modern.az (az.). 29 avqust 2014. İstifadə tarixi: 30 dekabr 2023.
- Məmmədova, Günay. "Müstəqillik illərində Azərbaycanda bölgə mətbuatının fəaliyyət istiqamətləri" (PDF). "Qədim Diyar" Beynəlxalq Elmi Jurnalı (Xüsusi buraxılış): 130–133. eISSN 2709-4197. ISSN 2706-6185.
- "Son illər hansı qəzetlər bağlanıb?". Novator.az (az.). 4 fevral 2019. İstifadə tarixi: 26 yanvar 2024.
- Günel Azadə. "Hansı dövlət orqanlarının qəzetləri nəşr olunur?". kaspi.az (az.). İstifadə tarixi: 25 yanvar 2024.
- "Naxçıvan mətbuatı: 90 illik tarixin canlı salnaməsi". www.anl.az. İstifadə tarixi: 16 sentyabr 2025.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan qəzetləri haqqında məlumat. Azərbaycan qəzetləri nədir? Azərbaycan qəzetləri nə deməkdir?