Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Tərəqqi" qəzeti (az.-əski. ترقى‎) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909-cu illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur.

Tərəqqi (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Tərəqqi (qəzet)

"Tərəqqi" qəzeti (az.-əski. ترقى‎) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909-cu illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur. Baş redaktoru Əhməd bəy Ağaoğlu idi.

Tərəqqi
az.-əski. ترقى‎
Təsisçi Əhməd bəy Ağaoğlu
Nəşriyyat Murtuza Muxtarov
Baş redaktor
  • Əhməd bəy Ağaoğlu,
  • Üzeyir Hacıbəyov
Redaktor
  • Üzeyir Hacıbəyov
Yaranma tarixi 8 (21) iyun 1908
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 6 (19) oktyabr 1909
Baş ofis
  • Bakı
Ölkə
  •  Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Əmin Rəsulzadə "Tərəqqi"ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdır.

Mündəricat

Tarixi

Birinci nömrəsi 1908-ci il iyun ayının 8-də çıxmışdı. Qəzetin adı "Tərəqqi" sözünün altında "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Qəzetin 46-cı nömrəsinə kimi naşiri Ə. Ağaoğlu, 46-cı nömrədən Murtuza Muxtarov idi.

"Tərəqqi"nin nəşrində Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları iştirak ediblər. M. Ə. Rəsulzadə qəzetin ən fəal əməkdaşlarından və müəlliflərindən idi. Onun bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri dərc olunmuşdur.

1909 il iyunun 28-də Ə. Ağaoğlu Türkiyəyə köçüb getdikdən sonra qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov olmuşdur. "Tərəqqi"də Ü. Hacıbəyovun müxtəlif janrlarda (siyasi icmal, açıq məktub, elmi-pedaqoji məqalə) 150-dən çox yazısı "Osmanlıda inqilab qoxusu", "İran işləri", "Gələcək Avropa konfransı", "Milli məktəblərdə rus dili tədrisi", "Üsuli-təlim" və s. məqalələri, "Ordan-burdan" ümumi başlıqlı felyetonları) çıxmışdır. N. V. Qoqolun "Şinel" hekayəsi də ilk dəfə Ü. Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdur.

Bir sıra maliyyə çətinliklərinə görə "Tərəqqi" cəmi 434 nömrədən sonra — 1909-cu il oktyabrın 6-da bağlandı.

Həmçinin bax

  • Həyat
  • İrşad
  • İqbal
  • Açıq söz
  • Azərbaycan mətbuatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tərəqqi (qəzet) haqqında məlumat. Tərəqqi (qəzet) nədir? Tərəqqi (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pforshaym

  • Fevral 27, 2026

    Cəmil Əhmədli

  • Fevral 27, 2026

    Seqreqasiya

  • Fevral 27, 2026

    Homo rudolfensis

  • Mart 01, 2026

    Pauliniya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst