Uşaq — insan ontogenezinin doğumdan hüquqi və psixofizioloji yetkinlik mərhələsinə qədərki inkişaf fazasında olan fərd. Bu termin həmçinin prenatal dövrü əhatə edən fetusa da şamil edilə bilər. Hüquqi status baxımından uşaqlar məhdud səlahiyyət və öhdəliklərə malik olub, əhəmiyyətli qərarlar qəbul etmək qabiliyyəti olmayan subyektlər kimi qiymətləndirilir.

Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.
Uşaqlıq mərhələləri
Əsas qruplar
Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: "1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır… 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlarda böyüklər iştirak etmir"
Bir aylıq körpənin hərəkətləri:
- Ağzını açıb, anadan süd əmmək istəyər
- Əllərini yumruq şəklində düzəldərək ağzına aparar
- Oyaq olduğunda sizin üzünüzə baxaraq səsinizi dinləyər
- Arxası üstündə olarkən yana dönməyə çalışar
- Barmağınızı əmməyə çalışar
- Ac və narahat olanda ağlayaraq öz problemini söyləməyə çalışar
- Günün çox saatını yatar, 2–3 saatdan bir oyanaraq qidalanar
- Oturaq şəkildə başını ara-sıra dik tuta bilər
- Üzü üstə qoyulanda başını titrədərək qaldıra bilər[mənbə göstərilməlidir]
- Barmağınızı ovcunun içində bərk-bərk tutar
Dəyişikliklər
- Göz əzələləri inkişaf etdikcə göz hərəkətlərini daha yaxşı səmtləşdirməyə başlar
- Artıq şəxsiyyət yaranmağa başlayır, belə ki, bəzi körpələrin kür və səsli və bəzilərinin isə səssiz-səmirsiz olması buna işarədir
- Birinci ayın sonuna doğru sizin danışıqlarınıza, səslərinizə və ona toxunmalarınıza görə gülümsəməyə çalışar
- Qidalanma vaxtı getdikcə öz qaydasına düşər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uşaq haqqında məlumat. Uşaq nədir? Uşaq nə deməkdir?