Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda dövlət/hökumət nəzarətində fəaliyyət göstərən hakimiyyətyönümlü media-qrupdur. Təsisçisi və rəhbəri Bəhruz Quliyevdir.

Səs (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Səs (qəzet)

"Səs" qəzeti — Azərbaycanda nəşr olunan qəzet.

"Səs" qəzeti
Baş redaktor Bəhruz Quliyev
Yaranma tarixi 11 yanvar 1991
Dil Azərbaycan dili
Ünvan Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 66.
Tiraj 5 min
Rəsmi saytı

Sonradan qəzetin əsasında Səs Media Qrup (və ya "Səs" Media Qrupu) yaradılıb.

Azərbaycanda dövlət/hökumət nəzarətində fəaliyyət göstərən hakimiyyətyönümlü media-qrupdur. Təsisçisi və rəhbəri Bəhruz Quliyevdir.

Mündəricat

Yaranma tarixi

"Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir.

Fəaliyyəti

Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5–10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.

"Səs" qəzeti YAP-ın bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də H. Əliyevin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub. Heydər Əliyev "Səs" qəzeti haqda söyləmişdir:

" "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın. "

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2011-ci ildə "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamaqlarının 20 illik yubileyi münasibətilə təbrik etmiş və "Tərəqqi" medalı ilə təltif etmişdir.

2020-ci ilə qədər qəzet gündəlik 5 min tirajla nəşr olunub, redaksiya heyəti 40 nəfərə yaxın olub. Ölkənin bir sıra bölgələrində müxbir postları var idi. Qəzetin bazası əsasında "Səs" İnformasiya Agetliyi və "Səs" internet TV-si yaradılıb.

14 noyabr 2025-ci ildə "Səs" qəzetinin 2026-cı ildən həftəlik nəşrə keçəcəyi açıqlanıb.

SİA

Səs İnformasiya Agentliyi və ya qısaca SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, ingilis, rus və türk dilində xəbər xidməti göstərir.

Agentliyin sia.az adlı saytı fəaliyyət göstərir.

SƏS TV

“Səs” Media Qrupuna daxil olan Səs İnternet Televiziyası (SƏS TV) 11 yanvar 2011-ci ildə yaradılıb.

SİA Sport

SİA Sport 2017-ci ilə qədər "siasport.az" domenində müstəqil sayt kimi fəaliyyət göstərib.

SİA Travel

SİA Travel-in rəsmi saytı olan "" veb-saytı 2023-cü ilə qədər fəaliyyət göstərib.

Həmçinin bax

  • Yeni Azərbaycan (qəzet)
  • İki sahil (qəzet)
  • Yeni Müsavat
  • Gündəlik Teleqraf
  • Yeni Çağ (media qrup)
  • Xalq Cəbhəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səs (qəzet) haqqında məlumat. Səs (qəzet) nədir? Səs (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leonti Mroveli

  • Fevral 27, 2026

    İll Bill

  • Fevral 24, 2026

    15 aprel

  • Fevral 27, 2026

    Novak Cokoviç

  • Fevral 24, 2026

    28 mart

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst