Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Milli Məclisinin III

Aqil Abbas

  • Ana Səhifə
  • Vikipediya
  • Aqil Abbas

Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V,VI və VII çağırış üzvü.

Aqil Abbas
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
Vəzifədədir
30 noyabr 2005-ci ildən
    Seçki dairəsi2005, 2010, 2015, 2020 — 83 saylı Ağcabədi-Füzuli
    Şəxsi məlumatlar
    Doğum tarixi 1 aprel 1953(1953-04-01) (72 yaş)
    Doğum yeri
    • Boyat, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti jurnalist, yazıçı, siyasətçi
    Elmi fəaliyyəti
    Elm sahəsi yazıçı, redaktor

    Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20052005
    "Şöhrət" ordeni1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20232023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

    Mündəricat

    Həyatı

    Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).

    Siyasi fəaliyyəti

    2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azad Vətən Partiyası qurulduqdan sonra sədr Akif Nağı deputat Aqil Abbası partiyaya üzv olmağa dəvət etsə də, Aqil Abbas heç bir partiyada təmsil olunmaq istəmədiyini bildirmişdir.

    Mükafatları

    • Azərbaycan komsomolu (1987) ("Ən yaxşı adam" kitabına görə)
    • Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı (1993)
    • "Məmməd Araz" adına ədəbi mükafat (1994)
    • "Dan ulduzu" (1993)
    • "Yaddaş"
    • "Zeynalabdin Tağıyev"
    • 21 iyul 2005-ci il "Əməkdar jurnalist"
    • 01.04.2013 — Azərbaycan "Şöhrət" ordeni.
    • 2022-ci ildə Qarabağ mövzusunda povestlərinə görə İlyas Əfəndiyev mükafatına layiq görülüb.
    • 11 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

    Kitabları

    1. Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh.
    2. Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh.
    3. Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh.
    4. Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh.
    5. Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh.
    6. Çay qırağında bitib, susuz qalan ağacların sağlığına. 2023

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aqil Abbas haqqında məlumat. Aqil Abbas nədir? Aqil Abbas nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Mərmər

    • Fevral 27, 2026

      Rial

    • Fevral 27, 2026

      Qalaqayın

    • Fevral 27, 2026

      Böcək

    • Fevral 27, 2026

      Kvame Nkruma

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst