Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "la

Azərbaycan laylaları

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan laylaları

Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:

Layla beşiyim, layla,
evim eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.

Mündəricat

Qarabağdan toplanmış laylalar

Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371)

Laylay qolum, qanadım, Laylay gələcək adım. Oğul toyu görməkdi, Bu dünyada muradım (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 373)

Ayın ziyası gülsün, Elin duası gülsün. Balama qurban kəsən İgid atası gülsün (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 373)

Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.

Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.

Bəstəkar laylaları

  • Fikrət Əmirov — Layla (sözləri Nəbi Xəzrinindir)
  • Fikrət Əmirov — "Sevil" operasında Atakişinin laylası
  • Qara Qarayev — "İldırımlı yollarla" baletindən "Layla"
  • Qara Qarayev — xor üçün "Layla"
  • Asəf Zeynallı — Laylay
  • Şəfiqə Axundova — Almaz Orucovanın ifasında Laylay
  • Tofiq Quliyev — Aybəniz Haşımovanın ifasında "Sürəyya" filmindən laylay
  • Tofiq Quliyev — Şövkət Ələkbərovanın ifasında laylay ("Ögey ana" filmindən)
  • Emin Sabitoğlu — Şövkət Ələkbərovanın ifasında laylay
  • Ramiz Mustafayev — Layla (Söz: Sərdar Əsəd)
  • Musa Mirzəyev — Filin laylası
  • Xəyyam Mirzəzadə — Kuklanın laylası
  • Vasif Adıgözəlov — Layla
  • Aqşin Əlizadə — "Qədim laylay" (a capella xoru üçün)
  • Oqtay Zülfüqarov — Ana laylası
  • Ramiz Zöhrabov — xalq çalğı alətləri orkestri üçün "Laylay" (1998)
  • Sərdar Fərəcov — simli orkestr, arfa və fortepiano üçün "Oxunmamış layla" (Məleykə Hacıbəyovanın xatirəsinə)

Həmçinin bax

  • Laylalar (film, 2009)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan laylaları haqqında məlumat. Azərbaycan laylaları nədir? Azərbaycan laylaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kibermüharibə

  • Fevral 25, 2026

    Fantastika

  • Fevral 23, 2026

    Materializm

  • Fevral 24, 2026

    Fatihə surəsi

  • Fevral 27, 2026

    Bağırsaq keçməzliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst