Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan qəzetləri — Azərbaycan Respublikasında və Azərbaycan dilində nəşr olunan dövri informasiya və ictimai-siyasi nəşrlərdir. Azərbaycan qəzetçiliyi XIX ə

Azərbaycan qəzetləri

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan qəzetləri

Azərbaycan qəzetləri — Azərbaycan Respublikasında və Azərbaycan dilində nəşr olunan dövri informasiya və ictimai-siyasi nəşrlərdir. Azərbaycan qəzetçiliyi XIX əsrdən etibarən formalaşmış və ölkənin ictimai, siyasi və mədəni həyatında mühüm informasiya vasitəsinə çevrilmişdir.

Tarixi inkişaf

Azərbaycan mətbuatının əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” həm Azərbaycan, həm də ümumən müsəlman Şərqində yerli dildə nəşr olunan ilk qəzet hesab olunur.

XIX əsrin sonu – XX əsrin əvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kaspi”, “İrşad”, “Tərəqqi”, “Həyat”, “Məktəb”, “İqbal” kimi qəzetlər fəaliyyət göstərmişdir. Bu dövrdə qəzetlər əsasən maarifçilik, ictimai islahatlar və milli oyanış ideyalarının yayılmasında mühüm rol oynamışdır.

Sovet dövrü

1920-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra qəzet nəşri dövlət nəzarətinə keçmişdir. Bu dövrdə qəzetlər kommunist ideologiyasının təbliği və siyasi maarifləndirmə məqsədləri ilə nəşr edilirdi.

Sovet illərində Azərbaycan SSR-də bir sıra respublika, şəhər və rayon qəzetləri nəşr olunurdu. Ən iri mətbu orqanlardan biri 1919-cu ildən müxtəlif adlarla çıxan və 1959-cu ildən “Kommunist”, 1991-ci ildən isə “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirən dövlət qəzetidir. Həmçinin “Bakinskiy raboçiy”, “Ədəbiyyat və incəsənət”, “Uçitel Qazeti”, “Gənc işçi”, “Azərbaycan pioneri” kimi qəzetlər də nəşr edilirdi.

Müstəqillik dövrü

1991-ci ildən sonra Azərbaycan qəzetləri müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Bu mərhələdə həm dövlət, həm də özəl və müstəqil nəşrlər meydana çıxmışdır. Yeni dövr qəzetləri arasında “525-ci qəzet”, “Yeni Müsavat”, “Azadlıq”, “Ədalət”, “Kaspi”, “Şərq”, “Bakı Xəbər”, “Həftə içi”, “Reytinq”, “Palitra” və digərləri yer alır.

Bu dövrdə qəzetlər siyasi plüralizmin, iqtisadi islahatların və mədəni transformasiyanın informasiya daşıyıcısına çevrilmişdir. Bəzi qəzetlər partiyaların və ictimai təşkilatların orqanı kimi fəaliyyət göstərir.

Rəqəmsal keçid

XXI əsrdə qəzet nəşri tədricən rəqəmsal formata keçmişdir. Əksər qəzetlərin onlayn versiyaları yaradılmış, bəziləri isə yalnız internet üzərindən fəaliyyətini davam etdirmişdir. Elektron qəzetlər real vaxtda xəbərlərin yayılması və interaktiv əlaqə imkanları ilə fərqlənir.

Hazırkı vəziyyət

Hazırda Azərbaycanda dövlət, özəl və ictimai qurumlara məxsus onlarla qəzet nəşr olunur. Nəşrlərin bir qismi gündəlik, bir qismi isə həftəlik və ya aylıq formatda çıxır. Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunan qəzetlər ölkə daxilində və xaricdə yayılır.

Tənəzzül

Azərbaycanda çap mediasının sayının azalması 1990-cı illərin sonlarından başlayıb. 2010-cu illərdə qəzetlərin tirajı kəskin aşağı düşüb, reklam bazarı daralıb, mətbəə və kağız xərcləri durmadan artıb. Bu dövrdə bir çox müstəqil və gündəlik qəzet fəaliyyətini dayandıraraq onlayn formata keçib.

2022-ci ildə qəbul edilmiş yeni “Media haqqında” Qanun və media reyestri çap orqanları üçün əlavə tənzimləmə mexanizmləri yaradıb. 2023–2024-cü illərdə isə reyestr tələbləri, qeydiyyat prosedurları və nəşr qaydaları çap subyektlərinin fəaliyyət sahəsini daha da məhdudlaşdırıb.

Beynəlxalq media azadlığı təşkilatlarının hesabatlarında bildirilir ki, çap mediasının zəifləməsi təkcə iqtisadi səbəblərlə bağlı deyil. Onların qiymətləndirməsinə görə, müstəqil qəzetlərin fəaliyyət imkanlarının daralması, reklam bazarına çıxışın məhdudlaşdırılması və redaksiyaların təzyiq riski ilə üzləşməsi medianın dayanıqlığını ciddi şəkildə zəiflədir. Bu qurumlar həmçinin informasiya mühitinin mərkəzləşdirilməsi və jurnalistlərin təqib hallarını medianın müstəqilliyinə ən böyük zərbə kimi qeyd edirlər.

Mündəricat

Gündəlik

Ad Format Yaranma Sahibi Dil Siyasi mövqeyi
AzərbaycanBerliner1992Milli MəclisAzərbaycancaHakimiyyətyönümlü
Xalq qəzetiBroadsheet1919Prezidentin İşlər İdarəsi (ARPİİ)
Yeni Azərbaycan2008Yeni Azərbaycan Partiyası

Həftəlik

Ad Nəşri Format Təsis tarixi Sahibi Dil Siyasi mövqeyi
Bakı XəbərCümə2003Aydın QuliyevAzərbaycancaHakimiyyətyönümlü
Bütöv AzərbaycanCümə2008Tamxil Ziyəddinoğlu
CümhuriyətCüməBroadsheet1993 (I); 2015 (II)Rəfail Becanov
ƏdalətCüməBroadsheet1990Aqil Abbas
Həftə içiCümə axşamıBroadsheet1998–Sevinc Seyidova
HürriyyətÇərşənbə axşamı1991–Sərdar Cəlaloğlu
Xalq CəbhəsiCümə axşamıBroadsheet2001Elçin Mirzəbəyli
İki sahilHəftədə 2 dəfə1965SOCAR
Paralel2003
OlaylarCümə1995Yunus Oğuz
SəsHəftədə 2 dəfəBroadsheet1990"Əlincə" Azərb. Xeyr. Cəmiyyət (1990); Səs Media Qrup
ŞərqCüməBroadsheet1996Akif Aşırlı
TəzadlarBroadsheet1993Asif Mərzili
TürküstanÇərşənbə axşamıBroadsheet2006Aqil Camal
UnikalŞənbəBroadsheet2010Asif Rzayev
Yeni MüsavatÇərşənbəBroadsheet1989Rauf Arifoğlu
525-ci qəzetBroadsheet1992Rəşad Məcid
AzerNewsCüməBerliner1997Fazil Abbasovİngiliscə
Bakinski raboçi (Бакинский рабочий)CüməBroadsheet1906ARPİİRusca
Vışka (Вышка)Cümə1928SOCARRusca
Kaspi (Каспий)BazarBroadsheet1999"İntellekt" firması (1999-2012) Sona Vəliyeva (2012-2020)
Global Media Group (2021)
Rusca və Azərbaycanca
Nedelya (Неделя)BazarBerliner1997Saimat BalamətovaRusca
Novoye Vremya (Новое Время)HəftəlikBroadsheet1999Şakir AğayevRusca

Mütəxəssis və ya mövzulu

Ad Nəşri Format Təsis tarixi Sahibi Dil Mövzu
Azərbaycan müəllimi Cümə1934Elm və Təhsil NazirliyiAzərbaycancaTəhsil
Azərbaycan Ordusu1992Müdafiə NazirliyiHərbi
Azerbaijan Post Aylıq 2009 Heydərbaba Media Group Az. Dia., Az. Məd., siy.
Bakı Universiteti1929BDUAli təhsil
Bizim söz 2012 (II) BDU K/x.ç. & inform.
Cəmiyyət və dinAylıq2009Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiCəmiyyət, din
ƏsgərHəftəlik1992Daxili QoşunlarHərbi
ElmCümə1984Azərbaycan Milli Elmlər AkademiyasıElm
ƏdəbiyyatBazarBerliner1934Azərbaycan Yazıçılar BirliyiƏdəbiyyat
ƏdliyyəAylıq2004Ədliyyə NazirliyiƏdliyyə
FHN-in qəzeti Həftəlik?-2023(?)Fövqəladə Hallar NazirliyiFövqəladə hallar
Futbol+GünaşırıBerliner1997Vüqar MəmmədovFutbol
Gənc müəllimAylıq1958ADPUPedaqogika
HəkəriAyaşırı2003Hacı Əli Xankişiyev
Hərbi and2002Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai BirliyiHərbi
İdmançı1998AİA İdman
İnşaatçı kadrlar1983ADMİUİnşaat
İqtisadçı1970UNECİqtisadiyyat
İqtisadiyyat HəftəlikBroadsheet1999Ziyad Səmədzadəİqtisadiyyat
İşin sirri Aylıq 2024 Elnur İsmayılov Peşə təm. sinif.
MədəniyyətHəftədə 2 dəfə1991Mədəniyyət NazirliyiMədəniyyət
Məktəbli Aylıq2023"Əcəmi" NPBOrta təhsil
Olimpiya dünyasıHəftəlik2001Milli Olimpiya KomitəsiOlimpiya
PolisHəftəlik1933DİNHüquq-mühafizə
SaldoAylıq2019Rəcəb Vəfalı İsmayılovİq.ic.əd.bəd.pub.
Savalan (?)Çərşənbə axşamı1938Azərbaycan LKGİ (1938-1990)
Azərbaycan Gənclər İttifaqı (2000-?)
Uşaq
TəbibHəftəaşırı1933ATUTibbi təhsil
TibbAylıq1991Səhiyyə NazirliyiSəhiyyə
ÜlfətCümə axşamı1991Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Həmkarlar ittifaqı
Zəfər Yolu Aylıq 2023 GDU / Tarix və Coğrafiya fakültəsi Tələbə

Regional

Ad Nəşri Format Təsis tarixi Sahibi Dil Siyasi mövqeyi
Abşeron1962Abşeron Rayon İcra HakimiyyətiAzərbaycancaHakimiyyətyönümlü
Ağdam1930Ağdam Rayon İcra Hakimiyyəti
AğdaşAylıq1932Ağdaş Rayon İcra Hakimiyyəti
AğstafaHəftəaşırı1991Ağstafa Rayon İcra Hakimiyyəti
Ağsu 1954 Ağsu Rayon İcra Hakimiyyəti
AranHəftəlik1932Ağcabədi Rayon İcra Hakimiyyəti
Arazın səsiAylıq1935–2020(?)Culfa Rayon İcra Hakimiyyəti
AstaraAylıq1932Astara Rayon İcra HakimiyyətiAzərbaycanca
Balakən1935Balakən Rayon İcra HakimiyyətiAzərbaycanca
Bərdə1932Bərdə Rayon İcra Hakimiyyəti
BinəqədiHəftəaşırı?–2001/ 2013Binəqədi Rayon İcra Hakimiyyəti
Bərgüşad1937Qubadlı Rayon İcra Hakimiyyəti
DaşkəsənRüblük1933Daşkəsən Rayon İcra Hakimiyyəti
DərələyəzHəftəaşırı2011Raqub Kamalov
Dönüş1954Saatlı Rayon İcra Hakimiyyəti
El həyatıAylıq1932-?Ordubad Rayon İcra Hakimiyyəti
ƏkinçiAylıq1935Zərdab Rayon İcra Hakimiyyəti
Gəncənin səsiHəftəaşırı1920Gəncə Şəhər İcra Hakimiyyəti
GöyçayAylıq1930Göyçay Rayon İcra Hakimiyyəti
GöyəzənAylıq1932Qazax Rayon İcra Hakimiyyəti
GöygölAylıq1933Göygöl Rayon İcra Hakimiyyəti
GündoğarAylıq1931Neftçala Rayon İcra Hakimiyyəti
Xalq sözü1932İmişli Rayon İcra Hakimiyyəti
Xaçmaz 1932 Xaçmaz Rayon İcra Hakimiyyəti
Xızı Ayaşırı 1990 Xızı Rayon İcra Hakimiyyəti
Xocalının səsiAylıq1991Xocalı Rayon İcra Hakimiyyəti
XocavəndAyaşırıXocavənd Rayon İcra Hakimiyyəti
Xudafərin Aylıq1932Cəbrayıl Rayon İcra Hakimiyyəti
İşıqAylıq1930Şirvan Şəhər İcra Hakimiyyəti
Kəlbəcər harayı1934Kəlbəcər Rayon İcra Hakimiyyəti
QarabağAylıq1991Çingiz Tofiqoğlu (AGF)
QayıdışAylıq1931Füzuli Rayon İcra Hakimiyyəti
QəbələAylıq1933Qəbələ Rayon İcra Hakimiyyəti
QələbəAylıq1924Salyan Rayon İcra Hakimiyyəti
Qusar1932Qusar Rayon İcra HakimiyyətiAzərbaycanca və ləzgicə
Laçın1931Laçın Rayon İcra HakimiyyətiAzərbaycanca
Lerik1937Lerik Rayon İcra Hakimiyyəti
LənkəranRüblük1931Lənkəran Şəhər İcra HakimiyyətiAzərbaycanca
MəhsulAylıq1931Biləsuvar Rayon İcra HakimiyyətiAzərbaycanca
Muğanın səsi 1930Sabirabad Rayon İcra Hakimiyyəti
Mübariz Aylıq1932Goranboy Rayon İcra Hakimiyyəti
Naftalan Aylıq 1992 Naftalan Şəhər İcra Hakimiyyəti
Novator Asif Cəfərli
Oğuz səsi1936-?Şahbuz Rayon İcra Hakimiyyəti
Oğuz xəbərləri1934Oğuz Rayon İcra Hakimiyyəti (1991-2022)
Nazim Hüseynli
Oğuz yurdu2000Sədərək Rayon İcra Hakimiyyəti
Sözün işığı2003
Sumqayıt1952Sumqayıt Şəhər İcra Hakimiyyəti
ŞəfəqAylıq1921–2022Quba Rayon İcra Hakimiyyəti
ŞəkiAylıqBerliner1921Şəki Şəhər İcra Hakimiyyəti
Şəki BələdiyyəsiAylıqBroadsheet2005Şəki Şəhər Bələdiyyəsi
Şəlalə Ayaşırı 1931 Qax Rayon İcra Hakimiyyəti
Şəmkir1932Şəmkir Rayon İcra Hakimiyyəti
Şərq qapısıGündəlikBroadsheet1921NMR Ali Məclisi və Nazirlər Kabineti
Şərqin səhəriAylıq1979–2020(?)Babək Rayon İcra Hakimiyyəti
Şərurun səsiAylıq1931–2020(?)Şərur Rayon İcra Hakimiyyəti
Şirvan1925Şamaxı Rayon İcra Hakimiyyəti
Şuşa1931Şuşa Rayon İcra Hakimiyyəti
TovuzAylıq1929Tovuz Rayon İcra Hakimiyyəti
Yeni GəncəAylıq1996Yeni Azərbaycan Partiyası
Yeni GünAylıq1932-2022Cəlilabad Rayon İcra Hakimiyyəti
Yeni Həyat1932Masallı Rayon İcra Hakimiyyəti
Yeni HəyatAylıqKəngərli Rayon İcra Hakimiyyəti
Yeni TərtərAylıq1934Tərtər Rayon İcra Hakimiyyəti
Zaqatala1923Zaqatala Rayon İcra Hakimiyyəti
Zirvə1936-2020Yardımlı Rayon İcra Hakimiyyəti
Zəngilanın səsi1932Zəngilan Rayon İcra Hakimiyyəti

Nəşrini dayandıran

Həmçinin bax

  • Azərbaycan jurnallarının siyahısı
  • Azərbaycan xəbər saytlarının siyahısı
  • Azərbaycanda televiziya

Qeydlər

  1. 1961-65-ci illərdə fəaliyyət göstərməyib
  2. 1962-65-ci illərdə fəaliyyət göstərməyib
  3. 1961-65-ci illərdə fəaliyyət göstərməyib
  4. 1962-65-ci illərdə fəaliyyət göstərməyib
  1. Qəzet özünü 1918-ci ildə təsis edilmiş Azərbaycan qəzetinin varisi hesab edir
  2. Qəzet özünü 1919-cu ildə təsis edilmiş Kommunist qəzetinin varisi hesab edir
  3. 2019-cu ilin fevral ayından gündəlik nəşri dayandırılıb. Aprel ayından həftəlik nəşr edilməyə başlanıb.
  4. Qəzet 2009-cu ildə “Heydərbaba” adı ilə farsca fəaliyyətə başlayıb. 2015-16-cı illərdə həm də “Azərbaycan Star” adı ilə fəaliyyət göstərib. 2023-cü ilin sentyabrından indiki “Azerbaijan Post” adı ilə fəaliyyət göstərir.
  5. 2016-cı ilin noyabrından 2019-cu ilin iyuluna və 2019-cu ilin oktyabrından 2023-cü ilin avqustuna qədər çap edilməyib.
  6. 1933-cü ildən nəşr olunan Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir.
  7. 1962-66-cı illərdə fəaliyyət göstərməyib.
  8. 1959-66-cı illərdə fəaliyyət göstərməyib.
  9. 1932-38-ci illərdə talışca nəşr olunub. 1990-93-cü illərdə talış dilində də səhifəsi olub
  10. 1961-66-cı illərdə fəaliyyət göstərməyib
  11. 1963-66-cı illərdə fəaliyyət göstərməyib
  12. 1964-65-ci illərdə fəaliyyət göstərməyib
  13. 1931-38-ci illərdə talışca və Azərbaycanca nəşr olunub. 1990-93-cü illərdə talış dilində də səhifəsi olub.
  14. 1959-cu ilin sentyabrından 1966-cı ilin yanvarına qədər fəaliyyət göstərməyib
  15. 1992-2005-ci illərdə fəaliyyət göstərməyib
  16. 1998-2005-ci illərdə fəaliyyət göstərməyib
  17. 1961-63 və 1994-95-ci illərdə fəaliyyət göstərməyib

Ədəbiyyat

  • Günay Səmədqızı, Nigar Ağayeva. "Qəzet adları - maraqlı, gülməli, qəliz, təkrarçı isimlər - ARAŞDIRMA". modern.az (az.). 10 aprel 2012. İstifadə tarixi: 26 yanvar 2024.
  • Aytən Əliyeva. "Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (I SORĞU)". modern.az (az.). İstifadə tarixi: 25 yanvar 2024.
  • Aytən Əliyeva. "Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (II SORĞU)". modern.az (az.). İstifadə tarixi: 25 yanvar 2024.
  • Məmmədova, Günay. Müstəqillik dövrü Azərbaycanda regional KİV-in inkişaf xüsusiyyətləri (PDF) (az.). Bakı. 2024.
  • Günay Musayeva. "Universitetlərin 50 qəpiklik qəzetləri: tələbələr onları oxuyurmu?". modern.az (az.). 8 aprel 2010. İstifadə tarixi: 26 yanvar 2024.
  • İldırım Şükürzadə. "Bölgəmizin mətbuat tarixindən". Cenub.az (az.). İstifadə tarixi: 3 yanvar 2024.
  • "Universitet mediası: Onların arasında hətta 4 min tirajı olan qəzet də var". modern.az (az.). 29 avqust 2014. İstifadə tarixi: 30 dekabr 2023.
  • Məmmədova, Günay. "Müstəqillik illərində Azərbaycanda bölgə mətbuatının fəaliyyət istiqamətləri" (PDF). "Qədim Diyar" Beynəlxalq Elmi Jurnalı (Xüsusi buraxılış): 130–133. eISSN 2709-4197. ISSN 2706-6185.
  • "Son illər hansı qəzetlər bağlanıb?". Novator.az (az.). 4 fevral 2019. İstifadə tarixi: 26 yanvar 2024.
  • Günel Azadə. "Hansı dövlət orqanlarının qəzetləri nəşr olunur?". kaspi.az (az.). İstifadə tarixi: 25 yanvar 2024.
  • "Naxçıvan mətbuatı: 90 illik tarixin canlı salnaməsi". www.anl.az. İstifadə tarixi: 16 sentyabr 2025.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan qəzetləri haqqında məlumat. Azərbaycan qəzetləri nədir? Azərbaycan qəzetləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ferrara Universiteti

  • Fevral 24, 2026

    Çelyabinsk vilayəti

  • Fevral 27, 2026

    Veneto

  • Fevral 27, 2026

    Peripatetiklər

  • Fevral 27, 2026

    1070-ci illər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst