Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Anaplı" təxəllüsü ilə tanınan Əbülhəsən Məmmədov, 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçib, səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədə

Əbülhəsən Anaplı

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülhəsən Anaplı

Əbülhəsən Anaplı — Azərbaycan teatrının komiklərindən biri, aktyor.

Əbülhəsən Anaplı
Əbülhəsən Məmmədov
Doğum tarixi 22 may 1894(1894-05-22)
Doğum yeri Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 14 fevral 1921(1921-02-14) (26 yaşında)
Vəfat yeri Şuşa, Qarabağ, Azərbaycan SSR
Vəfat səbəbi sui-qəsd
Dəfn yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
Fəaliyyəti aktyor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

"Anaplı" təxəllüsü ilə tanınan Əbülhəsən Məmmədov, 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçib, səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib.

Yaradıcılığı

Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib.

Çıxış etdiyi tamaşalar və oynadığı rollar

Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olmuşdur. Komik aktyor olan Anaplı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrində — Mirzə Fətəli Axundzadənin "Hacı Qara" tamaşasında Kərəməli, Zülfüqar Hacıbəylinin "Evliykən subay" tamaşasında Qaraçı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "Məşədi İbad" tamaşalarında Vəli, Hambal, Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" tamaşasında Pirverdi, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" tamaşasında Niyaz və Əmrah, "Dağılan tifaq" tamaşasında Gənc, Əbdül, İmamverdi, "Ac həriflər" tamaşasında Həsən, Nəriman Nərimanovun "Nadir şah" tamaşasında Cavad, Cəfər Cabbarlının "Ədirnə fəthi" tamaşasında Molla Hacı, Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" tamaşasında Abdulla bəy, Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə" və ya "Nuru paşanın igidliyi" tamaşasında Samson, İsa bəy Aşurbəylinin "Azərbay və Can" tamaşasında İvan, Fridrix Şillerin "Qaçaqlar" tamaşasında Papas, Vilyam Şekspirin "Kral Lir" tamaşasında Təlxək, İvan Turgenevin "Pulsuzluq" tamaşasında Kərbəlayı Vəli, İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər" tamaşasında isə Abdulla rollarını ifa etmişdir.

Cəfər Cabbarlının onun haqqında yazdıqları

" Bakıda, Azərbaycanın paytaxtında Rza Darablı ilə Əbülhəsən Anaplını tanımayan yoxdur. Hər kəs bizim bu iki gənc sənətkarımızı tanıyor. Hər kəs, bu iki komik oynarkən bir daha sənətkarını görmək məqsədilə əlini və ovcunun içini ağrıtmışdır. Yarın, şübatın 24-də (1920-ci il) Dövlət teatr heyəti tərəfindən bu iki aktyorun şərəfinə olaraq "Arşın mal alan" operettası oynanılacaqdır. Möhtərəm oxuculara Darablı və Anaplını bir qədər tanıtmaq istərdim.

Rza Darablı ilə Əbülhəsən Anaplı 1911-ci sənədən başlayaraq, bərabər olaraq səhnəyə çıxmışlardır. Ilk çıxışlarında kəndi iqtidarlanı göstərmiş, hər kəsin nəzərdiqqətini kəndilərinə cəlb etmişlərdi. Bizdə, bizim səhnəmizdə pək az adam Darablı ilə Anaplı kimi az zaman içərisində məruf olmuşdur. Bu iki aktyor o qədər məruf olmuşlar ki, bunlarsız, demək olar ki, bir müsamirə keçməmişdir. Əvvəllərdə bu iki aktyor səhnəyə bərabər çıxır, hər ikisi bir məslək, komiklik məsləkini təqib edirdilərsə də, lakin son zamanlar bunların hərəsi başqa-başqa şəxsiyyətlər olmuşlardır.

Əbülhəsən Anaplı əski məsləkində qalmış, ondan bir an ayrılmaq istəməmiş, həp o yolda tərəqqi edərək hər kəsin məhbubül-qəlbi olmuşdur. Əbülhəsənin yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir. Nə qədər böyük və ali bir məclis olursa-olsun, nə qədər məşhur və müqtədir sənətkarlar o məclisdə icrai-məharət edirlərsə etsinlər, Əbdülhəsən onların həpsini ikinci dərəcəyə buraxacaqdır. Bütün məclis əhlini, avam olsun, xas olsun kəndisinə məşğul edəcəkdir.

"

Ölümü

1921-ci ildə Əbülhəsən Anaplı sənət yoldaşı Mirpaşa Sadıqovla birlikdə kiçik təbliğat dəstəsinin tərkibində Qarabağın Keşiş kəndində (indiki Xocalı rayonunun Təzəbinə kəndi) çıxış edib. Lakin fevralın 13-dən 14-nə keçən gecə hər iki aktyor erməni daşnakları tərəfindən amansızcasına qətlə yetirilib. Onların nəşi Bakıya gətirilərək dəfn olunub.

Xatirəsi

Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Əbülhəsən Anaplının adını daşıyan küçə mövcuddur.

Həmçinin bax

  • Rza Darablı
  • Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülhəsən Anaplı haqqında məlumat. Əbülhəsən Anaplı nədir? Əbülhəsən Anaplı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Çeçenistan

  • Fevral 27, 2026

    Cracker Island

  • Fevral 27, 2026

    Eniqma maşını

  • Fevral 27, 2026

    Biruni

  • Fevral 27, 2026

    Molotov-Ribbentrop paktı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst