Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı lau

Mirzəağa Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Mirzəağa Əliyev

Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948).

Mirzəağa Əliyev
Digər adları Mirzə Ağa Əliyev
Mirzağa Əliyev
Doğum tarixi 1883
Doğum yeri Hövsan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 24 oktyabr 1954 (70–71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Həyat yoldaşı Gövhər Qazıyeva
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1901–1954
Teatr
  • Azərbaycan Dövlət Dram Teatrı (1919–1954),
  • Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı (1921–1922)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 19461946 "Qırmızı əmək bayrağı" ordeni — 19491949 "Qafqazın müdafiəsinə görə" medalı — 19441944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 19461946
"SSRİ xalq artisti" fəxri adı — 19491949 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19331933 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1926 2-ci dərəcəli "Stalin" mükafatı — 19431943 2-ci dərəcəli "Stalin" mükafatı — 19481948
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.

1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.

Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.

M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilmişdir.

Mirzəağa Əliyev 24 oktyabr 1954-cü ildə vəfat etmişdir.

Xatirəsi

  • Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir.
  • Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.
Mirzəağa Əliyevin Hövsandakı büstü

Mükafatları

  • "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949[⇨]
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 aprel 1933[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 yanvar 1926[⇨]
  • 2 dəfə "Stalin" mükafatı (2-ci dərəcə):
    • 19 mart 1943 (Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Məhəbbət" dramının tamaşasında Məşədi Qulamhüseyn rolunun ifasına görə)
    • 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Nəcəf bəy rolunun ifasına görə)
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 22 iyul 1949
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1944
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946

Filmoqrafiya

  • Arşın mal alan (film, 1917) — Süleyman bəy
  • Bismillah (film, 1925) — Molla Mirzə Əbdürrəhim
  • Müxtəlif sahillərdə (film, 1926) — Amerikan fəhləsi
  • Hacı Qara (film, 1929) — Hacı Qara
  • Məhəbbət oyunu (film, 1935) — VVAQ müdiri
  • Almaz (film, 1936) — məktəb direktoru Səməndər
  • Arşın mal alan (film, 1945) — Məşədi İbad
  • Bakının işıqları (film, 1950) — Əlibala

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirzəağa Əliyev haqqında məlumat. Mirzəağa Əliyev nədir? Mirzəağa Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bütpərəstlik

  • Fevral 27, 2026

    Çəmbərək rayonu

  • Fevral 26, 2026

    Babək rayonu

  • Fevral 27, 2026

    Qarışqa

  • Fevral 26, 2026

    İnsan ürəyi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst