Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5 yanvar 1884, Şuşa – 1 aprel 1954, Ağdaş) — Azərbaycan opera müğənnisi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1943).

Əhməd Ağdamski

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Ağdamski

Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5 yanvar 1884, Şuşa – 1 aprel 1954, Ağdaş) — Azərbaycan opera müğənnisi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1943). Üzeyir Hacıbəylinin xalası oğlu.

Əhməd Bədəlbəyli
Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski)
Ümumi məlumatlar
Doğum tarixi 5 yanvar 1884(1884-01-05)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 aprel 1954(1954-04-01) (70 yaşında)
Vəfat yeri
  • Ağdaş, Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ
Uşaqları
  • Məmməd Ağdamski,
  • Telman Ağdamski
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, opera müğənnisi, pedaqoq, musiqi pedaqoqu
Janr opera
Səs tembri tenor
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri olub.

Mündəricat

Həyatı

O, 1884-cü il, yanvar ayının 5-də Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bədəlbəylinin anası Əzizə xanım Üzeyir Hacıbəyovun anası Şirin xanımla doğma bacı idilər. Atası Bəşir bəy isə Bədəlbəylilər nəslindən olmuşdur.

Əhməd Bəşir oğlu Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi.

Gənc yaşlarında aktyor, opera müğənnisi kimi fəaliyyətə başlasa da, 1934-cü ildən başlayaraq ömrünün sonunadək Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. 1954-cü il, aprelin 1-də Ağdaş rayonunda 70 yaşında vəfat etmişdir.

Yaradıcılığı

1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynağa Hacıbababəyov və digər sənətçilərlə dostluq, əməkdaşlıq edirdi.

Leyli obrazı

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.

Qeyri millətlərdən olan qadın aktrisalar Azərbaycan dilini səlis bilmirdilər və bu səbəbdən qadın rolları kişi aktyorlar tərəfindən oynanılırdı. İlk müsəlman operası olan "Leyli və Məcnun"da da bu hal baş verdi. Leyli rolunu ilk dəfə aşpaz və ya çayçı şagirdi kimi adlandırılan Əbdürrəhman Fərəcov ifa etmişdi. Lakin elə ilk tamaşadan sonra Fərəcov bir daha qadın geyimində səhnəyə çıxmayacağını bəyan etdi. Xahiş və yalvarışlar da bir nəticə vermədi. Çayçı şagirdi nəinki səhnədə, teatr binasının həndəvərində belə görünmək istəmədi.

"Leyli və Məcnun" operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı "Leyli" rolunda "Miri" kimi qeyd olunub

Bu səbəbdən Üzeyir Hacıbəyov xalası oğluna üz tutur. Həmin vaxt Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Yeganə maneə olan həmin icazə də alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, ilkin olaraq adını "Miri" yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski soyadını götürür.

1915-ci il 116 saylı "Kaspi" qəzetində:

"Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar".

Ağdamski "Leyli" rolunu ifa edərkən

Kaspi qəzetinin digər 1916-cı il 22 dekabr tarixli buraxılışında isə "Leyli və Məcnun" operasında baş rolların ifaçılarının ifasını belə yazır:

"Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".

Sonralar Leyli rolunu daha bir kişi ifaçı – Hüseynağa Hacıbababəyov da oynamağa başladı.

Digər obrazları

Əhməd bəyin çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə Əhməd bəy inqilabdan əvvəlki Azərbaycan opera və operettalarının qadın rollarını ifa edən ilk aktyoruna çevrilir. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi və o, 12 il Azərbaycan səhnəsində qadın rollarının ifaçısı olaraq çıxış etdi. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşmüşdür.

1916 və 1919-cu illərdə səhnədə kişi rollarını da canlandırıb. Birinci dəfə "Arşın mal alan"dakı Əsgər bəy, ikinci dəfə isə "Əsli və Kərəm" operasında Kərəm rolunda çıxış etmişdi. 1920-ci illərinin əvvəllərindən orkestrdə tar çalmağa başladı.

Pedoqoji fəaliyyəti

Əhməd Ağdamski 1923-cü ildə ata yurduna, Ağdama qayıdır. Ağdamski burada teatr yaradır, bu teatrın bütün qayğılarını öz üzərinə götürür və istedadlı gəncləri bu sənət ocağının ətrafına toplamağa başlayır. Bu teatrın səhnəsində o, rejissor, aktyor, müəllim kimi fəaliyyət göstərdi. Növbəti 12 ilini bu teatrda müxtəlif əsərlərin səhnələşdirilməsinə və gəncləri sənət yoluna çıxarmasına həsr etdi.

Lakin yersiz təqiblərdən, yaxın keçmişin qəsdən tez-tez xatırlanmasından, dolanışıq qayğılarından yaxa qurtara bilmədi və uzaq olmaq üçün Göyçaya, oradan da Ağdaşa gəldi. Onun təşəbbüsü və Üzeyir Hacıbəyovun köməyilə açılan musiqi məktəbi həm Ağdaşın, həm də ətraf rayonların mədəni həyatında böyük rol oynayır. 1934-cü ildən tar pedaqoqu kimi Ağdamski bu məktəbdə öz davamçılarını yetişdirir, eyni zamanda Ağdaş teatrında tamaşaların hazırlanmasında da öz köməyini göstərir.

Rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası Habil Əliyev gilin evində kirayənişin qalmışdır. Mərhum Habil Əliyevin xatirələrində Ağdamski "Əhməd əmi" kimi qalmışdı. Habil Əliyevin musiqiyə gəlişində, yetişməsində Əhməd Ağdamskinin çox böyük rolu olmuşdur.

Əhməd Ağdamski 1943-cü ildə Azərbaycan SSR-nın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Ağdamski ailəsi ilə, 1935-ci il

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1917) — Gülçöhrə (tammetrajlı bədii film)

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bəşir bəy
Bədəlbəyli
 
 
 
Əzizə xanım
 
 
 
 
 
 
 
 
 
 
 
Şirinbəyim
xanım
(1853–1939)
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bədəl bəy
Bədəlbəyli
(1875–1932)
 
 
 
Rəhimə xanım
 
 
 
Əhməd bəy
Bədəlbəyli

(1884–1954)
 
 
 
 
 
 
 
 
Zülfüqar bəy
Hacıbəyov
(1884–1950)
 
Üzeyir bəy
Hacıbəyov

(1885–1948)
 
Ceyhun bəy
Hacıbəyli
(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfrasiyab
Bədəlbəyli

(1907–1976)
 
Davud
Bədəlbəyli
 
Turqut
Bədəlbəyli
 
Məsturə
Bədəlbəyli
 
Şəmsi
Bədəlbəyli
(1911–1987)
 
 
Məmməd
Ağdamski
(d. 1934)
 
Telman
Ağdamski
(d. 1936)
 
 
 
 
Niyazi
Hacıbəyov

(1912–1984)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fərhad
Bədəlbəyli
(d. 1947)

Həmçinin bax

  • Telman Ağdamski
  • Məmməd Ağdamski

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Ağdamski haqqında məlumat. Əhməd Ağdamski nədir? Əhməd Ağdamski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mayns kürfürstlüyü

  • Fevral 24, 2026

    Mets

  • Fevral 25, 2026

    Çikasolar

  • Fevral 23, 2026

    Tsin sülaləsi

  • Fevral 24, 2026

    Burqas

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst