Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh, Noragüğ) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.
| Təzəbinə | |
|---|---|
![]() Xocalı rayonunun Təzəbinə kəndi, 2025-ci ilin iyul ayı | |
| 39°56′ şm. e. 46°47′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 634 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Təzəbinə | |
Təzəbinə kəndi dağ ətəyində yerləşir.
Tarixi
Qədimdə kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ (ermənicə: Təzə kənd) adlandırılmışdı.
1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir[mənbə göstərilməlidir] .
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir.
2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
18 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təzəbinə kəndinə səfəri zamanı, kənddə fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuşdu. Həmin gün, Prezident Əliyev Xanyurdu kəndinə səfəri zamanı, Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşüb, onlarla söhbət etmişdi.
Əhalisi
İşğalçı separatçı rejim tərəfindən 2005-ci ildə Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
2025-ci il iyulun 14-də 125 nəfərdən ibarət 28 ailə yaşamaq üçün kəndə köçmüşdü.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təzəbinə haqqında məlumat. Təzəbinə nədir? Təzəbinə nə deməkdir?

