Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Abdullahın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi o

Şirin Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Şirin Xatun

Şirin Xatun (1450 – bilinmir, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.

Şirin Xatun
Dəfn edildiyi Şirin Xatun türbəsi - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Şirin Xatun türbəsi - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 1450(1450)
Vəfat tarixi bilinmir
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Həyat yoldaşı II Bəyazid
Uşaqları Şahzadə Abdullah
Eynişah Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Abdullahın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1464-cü ildə Şahzadə Abdullahı, 1475-ci ildə isə Eynişah Sultanı dünyaya gətirdi.

1480-ci ildə oğlu Şahzadə Abdullah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edilən oğlu və qızı Eynişah Sultanla birlikdə Trabzona yola düşdü. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

Atasının taxta çıxmasından bir müddət sonra oğlunun vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı. Oğlunun ölümünədək əyalətin mərkəzi hesab edilən Konyada qalan Şirin Xatun oğlunun vəzifə yerlərində müxtəlif xeyriyyə işləriylə məşğul olmuşdur. Bursada, Trabzonda məktəb və məscid inşa etdirmiş, bunlara yüksək gəlirli mülklər vəqf etmişdir.

Oğlu Şahzadə Abdullahın gənc yaşda vəfatının ardından qalan ömrünü qızı Eynişah Sultanla birlikdə Bursada keçirən Şirin Xatun qızının 1489-cu ildə evlənməsinin ardından tək qaldı. Bursa Muradiyə külliyəsində dəfn olunan oğlunun məzarı üzərində türbə inşa etdirən Şirin Xatun da məhz burada dəfn edilmişdir. Ölüm tarixi məlum olmasa da, 1500-cü illərin əvvəllərində vəfat etdiyi ehtimal olunur.

Övladları

  • Şahzadə Abdullah
  • Eynişah Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şirin Xatun haqqında məlumat. Şirin Xatun nədir? Şirin Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Vikipediya cəmiyyəti

  • Fevral 24, 2026

    Qapı venası

  • Fevral 27, 2026

    Arı ofrisi

  • Fevral 27, 2026

    Gimnaziya

  • Fevral 27, 2026

    Karbohidrogenlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst