Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu

Qapı venası

  • Ana Səhifə
  • Vikipediya
  • Qapı venası

Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art. hepatica propria ilə bərabər qaraciyərə daxil olur; əvvəlcə qaraciyər qapısında iki (sağ və sol) şaxəyə — lat. rami dexter et sinister bölünür. Sağ şaxəsi qaraciyərin sağ payına və sol şaxəsi kvadrat və quyruqlu paya şaxəciklər verdikdən sonra sol paya daxil olur. Qaraciyər-onikibarmaq bağırsaq bağını keçərkən qaraciyər arteriyası ilə ümumi öd axacağı arasında və onların dalında yerləşir, belə ki sağdan sola doğru əvvəlcə ümumi öd axacağına, ondan bir az sola və dala qapı venasına və ən solda qaraciyər arteriyasına rast gəlinir. Qapı venasının sağ və sol şaxələri qaraciyər parenximasına daxil olaraq, onda paycıqarası venalar — lat. vv. interlobulares adlanan şaxələrə bölünürlər. bunlar paycıqların arası ilə gedərək onlara daxil olurlar və kapillyar toruna keçirlər. Bu kapillyar torda qapı venası və qaraciyər arteriyası ilə gələn qan qarışır.

Qapı venası
Qapı venası və onun qəbul etdiyi venalar.
Latınca Vena portae
Qrey subyekt 174 681
Başlanır    Mədə-bağırsaq traktı, dalaq
Mənbəyi dalaq venası - lat. v. lienalis, yuxarı çöz (müsariqə) venası - lat. v. nesenterica superior
Açılır Qaraciyər
MeSH Portal+Vein
Dorlands
/ Elsevier
    
12851372
  • bax
  • müzakirə
  • redaktə

Paycıqların mərkəzində kapillyarlar toplaşaraq mərkəzi venaları — lat. vv. centrales s. intralobulares təşkil edirlər, bunlar da bir yerdə toplaşaraq 3–4 qaraciyər venasını — lat. vv. hepaticae əmələ gətirirlər. beləliklə qapı venası vasitəsilə qarın boşluğunun tək üzvlərindən (mədədən, dalaqdan, Mədəaltı vəzidən, bağırsaqlardan və ödlükdən) gələn venoz qan qaraciyərdə kapillyar sisteminə keçdikdən sonra (şəkərin artığı qlikogen halında qaraciyər hüceyrələrində qaldıqdan sonra) qaraciyər venalarına toplanır və onların vasitəsilə aşağı boş venaya axır.

Mündəricat

Həmçinin bax

  • Yuxarı boş vena
  • Aşağı boş vena
  • Ağciyər venaları
  • Göbək venası
  • Ümumi qalça venası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qapı venası haqqında məlumat. Qapı venası nədir? Qapı venası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Lək-lək (jurnal)

  • Fevral 10, 2026

    Şimali Amerika

  • Fevral 23, 2026

    Dil

  • Fevral 23, 2026

    4 iyun

  • Fevral 24, 2026

    Albert Eynşteyn

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst