Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trabzon — Türkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları ar

Trabzon

  • Ana Səhifə
  • Vikipediya
  • Trabzon

Trabzon — Türkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşən, olduqca zəngin təbiətə, rəngarəng adət-ənənələrə, əsrarəngiz mədəniyyətə malik bir şəhərdir. Övliya Çələbi bu şəhər haqqında demişdi:

Şəhər
Trabzon
Trabzon
Trabzonun Boztəpədən görünüşü
Trabzonun Boztəpədən görünüşü

41°00′18″ şm. e. 39°43′21″ ş. u.HGYO


Ölkə Türkiyə
Tarixi və coğrafiyası
Sahəsi 4.662 km2 km²
Hündürlük
0 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi 807.903 nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu TR-61
Telefon kodu (+90) 462
Poçt indeksi 61000–61999
Avtomobil nömrəsi 61
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
" Trabzona kiçik İstanbul desək yanılmarıq. O, İrəm bağları kimi bəzəkli, rəngarəng bir şəhərdir. "

Trabzou hətta Şahzadələr şəhəri də adlandırırlar.

Mündəricat

Etimologiyası

  • Yunan mifologiyasındakı Likaonun oğlu Trapezeusun Arkadiyadakı adaşına öz adını verdiyi bilindiyi üçün Qara dəniz sahilindəki Trabzonun da adını bu mifoloji qəhrəmandan aldığı və şəhərin adının yunan toponimika ənənəsindən qaynaqlandığı düşünülür.
  • Övliya Çələbinin 2500 illik tarixi olan bu adı XVII əsrdə türk xalq etimologiyasından qaynaqlanan “Tuğra-bozan” ifadəsi ilə izah etmək cəhdi bəzi dairələr tərəfindən ciddi qarşılanıb.
  • Hamilton şəhərin görünüşünü şəhərin cənub-şərqində sıldırım yamaclarla yüksələn, lakin üstü düz olan Boztəpə ilə əlaqələndirib və qədim Trabzon sikkələri üzərində çəkilmiş “masa” rəsimlərinin dəstəyi ilə şəhərə görünüşünə görə yunanca Trapezus, “masa” mənasını verən adının verildiyini iddia edib.
  • Özhan Öztürk, lazların əcdadları olan Kolxidadan və Qafqazdan gətirilən qulların Yunan materikinə daşındığı liman şəhəri Trabzonun adının qədim yunan mətnlərində “qulların satıldığı düz platforma” (Aristo. Fr. 874) mənasını verən Trapez sözünün metaforik şəkildə işlədilməsi ilə bağlı ola biləcəyini iddia edərkən, şəhərin Bijışkyanın xatırlatdığı digər adı olan Ozinis-in də laz dilində “Düzən” mənasını verdiyini qeyd etmişdir.

Şəhər tarix boyu Osmanlıda mövcud olmuşdur: طربزون, Qədim Yunanca: Τραπεζοῦς, Latınca: Trapezus, Ermənicə: Տրապիզոնի, Genuya: Trabisonda, Pontik Yunanca: Ττεζ Trapezounta və Laz: T'rapuzani və ya T'amtra adlanır.

Tarixi

Bölgədə müxtəlif dövrlərdə aparılan arxeoloji qazıntılar və səth skanları zamanı yonma daş dövrünə (Aşağı Paleolit ​​dövrünə) aid Aşel və Mustye tip (əl baltaları, kazıyıcılar, lopa alətlər), Orta Daş dövrünə (Mezolit) aid mağaralar və Xalkolitə aid yaşayış izləri aşkar edilmişdir. Het mənbələri Tunc dövründə Qara dəniz sahillərində donuz yetişdirən və çətənə becərən Kaskalar adlı döyüşçü xalqın olduğunu bildirir.

Antik dövr

Yevseviyə görə şəhərin yaranma tarixi eramızdan əvvəl 756-dır, lakin bu iddia Trabzonu İstanbuldan, Romadan, hətta ümumi rəyə görə Trabzonun və digər Şərqi Qara dəniz bölgəsinin müstəmləkəçiliyini həyata keçirən Sinopdan da köhnə bir şəhər edir. Əgər bu doğrudursa, Sinoplular eramızdan əvvəl 630-cu ildən sonra mövcud olan bir şəhəri yenidən müstəmləkə etmiş olmalıdır.

Anabasisdəki “Pontos Euxenios sahilindəki bu şəhər lazların əcdadları olan Kolxida torpağında Sinopun koloniyasıdır” ifadəsi sonralar Arrian və Peripl tərəfindən də təsdiqlənmişdir.

Trabzon şəhərindən ilk dəfə eramızdan əvvəl 400-cü ildə şəhəri görən Afinalı Ksenofon bəhs etmişdir. Rumların mərkəzində və ətraf kəndlərdə indiki lazların (Tzanlar) əcdadları olan kolxların məskunlaşdığı Trabzon qədim dövrlərdə və sonralar Ermənistanda və Euphrates (Fərat) bölgəsində istehsal olunan ticarət mallarının Ziqana aşırımı ilə mübadilə edildiyi, xarici ölkələrə satıldığı bir ixrac limanı idi. Pont imperatoru Mitridat Roma İmperatorluğu ilə apardığı bir sıra müharibələri uduzduqdan sonra Anadolu torpaqları ilə yanaşı Trabzon da Roma hakimiyyətinə keçdi.

Roma ve Bizans

Pompeylə mübarizədə Mitridata dəstək verməyən Trabzon, Roma dövründə azad şəhər statusu ilə mükafatlandırıldı. Şəhəri şəxsən ziyarət edən Arrian, Trabzonun Roma dövründə Cənubi Qara dənizin ən əhəmiyyətli liman şəhəri olduğunu bildirdi. Roma imperatoru Adrian dövründə bərpa edilən şəhər Trayan dövründə Pont Kapadokya vilayətinin paytaxtı oldu və şəhərdə yeni liman tikildi. Qallien dövründə german tayfası olan qotlar tərəfindən talan edilmiş və I Yustinian dövründə yenidən təmir edilsə də, şəhər əvvəlki şöhrətinə qayıda bilməyib. 6-cı əsrdə Bizansın Sasanilərlə müharibələri və 7-ci əsrdə ərəb basqınları nəticəsində şəhər yenidən əhəmiyyət qazanmışdır. Daha sonra yeni qurulan Xaldiya bölgəsinin əsas şəhəri oldu. İstanbulun latınlar tərəfindən işğalı zamanı Komninlər sülaləsi tərəfindən 1204-cü ildə qurulan Trabzon imperiyasının paytaxtı oldu.

Trabzon İmparatorluğu

Komnenos sülaləsindən olan Aleksios latın işğalı səbəbiylə Trabzona gələrək bibisi gürcü kraliçası Tamarın dəstəyi ilə özünü Roma imperatoru elan etsə də, Qərb, xüsusilə Vatikan, Trabzon imperatorunu aşağılamış və onu “Laz hökmdarı” kimi qələmə vermişdi.

Trabzon imperatorları ilkin olaraq digər Bizans (Şərqi Roma) imperatorları kimi Latın işğalının sona çatması və Konstantinopolda qanuni hakimiyyətin bərpası ilə birlikdə ikibaşlı (aetos) fiqurundan simvol kimi istifadə etsələr də, onlar bu gün Traphigaato, Sophiagia sıralarında relyefinə rast gəlinən təkbaşlı qartal simvoluna üstünlük vermişlər.

Genuyalılarla venesiyalılar, monqollar və osmanlılar, hətta müxtəlif türkmənlər (Akqoyunlu tayfa federasiyasına mənsub) qəbilələri ilə balans siyasətini davam etdirərək varlığını qoruyub saxlaya bilən bu zəngin liman şəhəri 1461-ci ildə Fateh Sultan Mehmet tərəfindən, İstanbulun fəthindən səkkiz il sonra, dəniz və İtaliyanın müxtəlif koloniyaları ilə birlikdə ələ keçirildi. Krım, beləliklə İpək Yolunun strateji açarının Osmanlı hakimiyyəti altına girməsini təmin etdi.

Əhali

Şəhərin əhalisinin sayı 807.903 nəfərdir. Bu gün Trabzon Qara dəniz regionunda Samsun şəhərindən sonra ikinci ən böyük şəhər hesab olunur.

İllərə görə əhali: Trabzon
İl194019501960197019801990200020102019
Əhali390.733 420.279532.999659.120731.045795.849975.137763.714807.903

Təhsil

Osmanlı İmperiyasının hakimiyyəti dövründə təhsil ocağı kimi fəaliyyət göstərən səkkiz mədrəsə, təhsil müddəti dörd il olan beş məktəb, bir ədəd peşə məktəbi mövcud idi. Müasir dövrdə Trabzonda 815 orta məktəb, 86 kollec və 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri Qara dəniz Texniki Universitetidir. Bu universitet 2 dekabr 1963-cü ildən etibarən fəaliyyət göstərir. Digər ali təhsil müəssisəsi isə Özəl Avrasiya Universitetidir. Bu universitet isə 2011-ci ildə fəaliyyətə başlamışdır. Trabzon, Qara dəniz bölgəsində yeganə şəhərdir ki, ərazisində iki böyük ali təhsil müəssisəsi fəaliyyət göstərir.

İqlim

Trabzon üçün aylıq orta temperatur
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Max. Temperatur (°C) 10,9 11,0 12,2 15,6 19,2 23,5 26,2 26,8 24,0 20,1 16,5 13,1 Ø 18,3
Min. Temperatur (°C) 4,7 4,4 5,6 8,8 13,0 17,2 20,1 20,6 17,5 13,6 9,8 6,7 Ø 11,8
Temperatur (°C) 7,5 7,4 8,5 11,9 16,0 20,4 23,2 23,5 20,4 16,5 12,7 9,6 Ø 14,8
Yağıntı (mm) 79,0 61,0 58,5 57,2 52,7 50,7 34,4 45,5 78,1 116,4 96,1 80,6 Σ 810,2
T
e
m
p
e
r
a
t
u
r
10,9
4,7
11,0
4,4
12,2
5,6
15,6
8,8
19,2
13,0
23,5
17,2
26,2
20,1
26,8
20,6
24,0
17,5
20,1
13,6
16,5
9,8
13,1
6,7
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
79,0
61,0
58,5
57,2
52,7
50,7
34,4
45,5
78,1
116,4
96,1
80,6
  Yan Fev Mar Apr May İyn İyl Avq Sep Okt Noy Dek


Mənbə: Türkiyə Meteorologiya Nazirliyi

Muzeylər

  • Trabzon Muzeyi
    Ayasofya Muzeyi, Trabzon
  • Trabzon Ayasofya Muzeyi
  • Trabzon Atatürk Ev Muzeyi
  • Ağcaabad Ortaməhəllə Evləri Muzeyi
  • Şamil Əkinçi Muzeyi

Kütləvi informasiya vasitələri

QəzetlərRadioTv kanalları
Kuzey EkspresTRT Trabzon RadyosuTrabzon TV
KaradenizBayrak FMKaradeniz TV
Karadeniz'de İlkhaberTaka FMMavi Karadeniz TV
Karadeniz'de GünebakışKuzey FMKanal Trabzon
TakaRadyo KTUZigana TV
TürksesiZigana RadyoKanal Mavi
Karadeniz'in SesiRadyo AktifKuzey TV

Qardaş şəhərlər

  • Soçi, Rusiya (1993)
  • Rizhao, Çin (1997)
  • Çikaqo, Amerika Birləşmiş Ştatları (1998)
  • Siqetvar, Macarıstan (1998)
  • Batumi, Gürcüstan (2000)
  • Rəşt, İran (2000)
  • Zəncan, İran (2001)
  • Travnik, Bosniya və Herseqovina (2005)
  • Qəhrəmanmaraş, Türkiyə (2006)
  • Dortmund, Almaniya (2013)

Həmçinin bax

  • Trabzon Atatürk Köşkü
  • Trabzonun mühasirəsi (1205-1206)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Trabzon haqqında məlumat. Trabzon nədir? Trabzon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bukingem sarayı

  • Fevral 27, 2026

    Zingiber

  • Fevral 27, 2026

    Konflikt

  • Fevral 25, 2026

    Antuan Jüsse

  • Fevral 27, 2026

    Kazbek dağı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst