Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adil Teymur oğlu Şükürov (16 avqust 1977, Laçın) — azərbaycanlı futbol məşqçisi və sabiq futbolçu, "Səbail" futbol klubunun baş məşqçisi.

Adil Şükürov

  • Ana Səhifə
  • Vikipediya
  • Adil Şükürov

Adil Teymur oğlu Şükürov (16 avqust 1977, Laçın) — azərbaycanlı futbol məşqçisi və sabiq futbolçu, "Səbail" futbol klubunun baş məşqçisi.

Adil Şükürov
Ümumi məlumatlar
Tam adı Adil Teymur oğlu Şükürov
Doğum tarixi 16 avqust 1977(1977-08-16) (48 yaş)
Doğum yeri
  • Laçın, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
  •  SSRİ
Boyu 1.82 m
Mövqeyi müdafiəçi, hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Səbail
Vəzifəsi baş məşqçi
Karyerası
Klub karyerası
1992—1993 Azərbaycan AZAL Bakı
1994—1995 Azərbaycan Zabrat Bakı
1995—1997 Azərbaycan Fərid Bakı
1997—1998 Azərbaycan Şəfa Bakı
1997—1998 Azərbaycan Şəfa Bakı
1998—1999 Azərbaycan Bakılı Bakı
1999—2001 Azərbaycan Kəpəz Gəncə
2001—2002 Azərbaycan Şəfa Bakı
2002—2003 Azərbaycan Bakılı Bakı
2003—2005 Azərbaycan Şəfa Bakı
2005—2006 İran Traktor Sazi
2006—2007 Azərbaycan Karvan
2007—2008 Azərbaycan Gənclərbirliyi Sumqayıt
Milli yığma
1990 Azərbaycan U-21
1998 Azərbaycan 1 (0)
Məşqçisi olduğu klublar
2008—2009 Azərbaycan U-15 (köməkçi məşqçi)
2010—2011 Azərbaycan U-17 (köməkçi məşqçi)
2011—2012 Azərbaycan Bakı (14 yaşlılar) (baş məşqçi)
2012—2013 Azərbaycan Bakı (15 yaşlılar) (baş məşqçi)
2013—2014 Azərbaycan Bakı (17 yaşlılar) (baş məşqçi)
2015—2016 Azərbaycan Zirə (baş məşqçi)
2019—2020 Azərbaycan Şüvəlan (baş məşqçi)
2023—2024 Azərbaycan Kəpəz (baş məşqçi)
2025 Azərbaycan Kəpəz (baş məşqçi)
2025— Azərbaycan Səbail (baş məşqçi)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

Həyatı

Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib.

Ailəsi

Evlidir, 3 qızı var.

Karyerası

Futbolçu

1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur. 1989-cu ildə məşqçisi Valeri Pavloviç Moskva şəhərinin Penza rayonunun futbol akademiyasına idman direktoru təyin olduğuna görə, Adili həmkarlar ittifaqı komandasının 1977-ci il təvəllüdlülərindən ibarət komandasına keçməyini məsləhət görür. Bu komandada Xlucin Vitali Stepanovıç və Zalatarov İvan Sirqeyeviçin rəhbərliyi altında bir dəfə Azərbaycan birinciliyinin ikincisi və bir dəfə də Azərbaycan kubokunun qalibi olmuşdur. 1992-ci ildən Azərbaycanın birinci heyətinin "Azal" komandasına və bir il sonra 1993-cü ildə "Neftçi"nin əsas komandasının təlim məşq toplanışlarına Vaqif Sadıqovun rəhbərliyi altında dəvət olunur. "Neftçi"də təlim məşq toplanışlarında hazırlıq keçdikdən sonra həmin komanda ilə müqavilə bağlasa da, yaşının az olması səbəbindən onu "Neftçi"nin ikinci komandası olan "Zabrat" komandasına icarəyə verirlər. Elə həmin il də bu komanda ilə Azərbaycan cempionu olaraq, ölkənin yüksək liqasında oynamaq imkanı qazanır.

1995-ci ilə qədər "Zabrat" komandasında yüksək liqada oynayır. 1995–1997-ci illərdə ölkənin yüksək liqasında oynayan "Fərid" FK-da, 1997–1998-ci il mövsümündə "Şəfa" komandasında, 1998–1999-cu illərdə isə "Bakılı" komandasında oynayır. "Bakılı" komandasında oynayan zaman ölkənin 21 yaşlılardan ibarət milli komandasına dəvət alır.

1999–2001-ci illərdə "Kəpəz" FK ilə Azərbaycan cempionatının gümüş medalını qazanır və ölkə kubokunun qalibi olur. 2001–2002-ci il mövsümündə "Xəzər Universiteti" komandasında, 2002–2003-cü il cempionatında yenidən "Bakılı" komandasinda ölkə kubokunun yarımfinalına qədər irəliləyir. 2003–2005-ci il cempionatında "Şəfa" klubu ilə ölkə çempionatının bürünc medalını qazanır. 2005–2006-cı il mövsümündə Cənubi Azərbaycanın "Traktor Sazi" komandasında oynayaraq İran çempionatında iştirak edən komandalar arasında 4-cü yeri qazanırlar. 2006–2007-ci il çempionatında "Karvan" komandası ilə Azərbaycanda ilk dəfə olaraq UEFA kubokunda mərhələ adlayır. 2007–2008-ci ci il mövsümündə Sumqayıt şəhərinin "Gənclərbirliyi" klubunda futbolçu kimi çıxış etdiyi son komanda oldu.

Peşəkar futbolçu karyerası
MövsümKlubLiqaÖlkə
2007 – 2008MOİK Bakı FKPremyer LiqaAzərbaycan Azərbaycan
2006 – 2007Karvan İK (Yevlax)Premyer LiqaAzərbaycan Azərbaycan
2005 – 2006Traktor FK (Təbriz)Premyer Liqaİran İran
2003 – 2005Şəfa FKPremyer LiqaAzərbaycan Azərbaycan
2002 – 2003Bakılı PFKPremyer LiqaAzərbaycan Azərbaycan
2001 – 2002Xəzər Üniversiteti FK (Bakı)Premyer LiqaAzərbaycan Azərbaycan
1999 – 2001Kəpəz PFK (Gəncə)Premyer LiqaAzərbaycan Azərbaycan
1995 – 2006187 Matç – 18 QolPremyer LiqaAzərbaycan Azərbaycan
1994 – 1998U17/19/21Milli KomandaAzərbaycan Azərbaycan

Məşqçi

2008-ci ildən isə məşqçılık karyerasına başlayır. Elə həmin il AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılır və bu kursu fərqlənmə ilə bitirir. Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasında Alman mütəxəssis Oliver Pelserin yanında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirir. 2009–2010-cu illərdə Oliver Pelserlə birlikdə Azərbaycanın 17 yaşlılardan ibarət komandasında yenidən köməkçi məşqçi kimi işləyir. 2010–2011-ci illərdə isə Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasında baş məşqçi kimi işini davam etdirir. 2011–2012-ci ildən "Bakı" FK-nun 14 yaşlılardan ibarət komandası ilə bürünc, 2012–2013-cü il çempionatında isə baş məşqçi kimi "Bakı" FK-nun 15 yaşlılardan ibarət komandası ilə ölkə çempionatinin gümüş medalını qazanır. 2013–2014-cü il mövsümündə isə "BAKI" FK-nun 17 yaşlılardan ibarət komandasında baş məşqçi kimi ölkə çempionu və ölkə kubokunun qalibi adlarını qazanır.

Bundan sonra əldə etdiyi bütün bu nailiyyətləri nəzərə alaraq, klub rəhbərliyi Adil Şükürovu ən yüksək məşqçilik kateqoryası olan "UEFA PRO" kursuna qatılmağını məsləhət gördü. Bu kurs çərçivəsində Adil ŞükürovunTürkiyənin ən böyük klublarından olan "Fənərbaxça" komandasının uşaq futbolunun strukturunu öyrənir. "BJK"-nın "A" komandasında Slaven Biliçin yanında bir həftə təcrübə keçir.

"Zirə" futbol klubunun baş məşqçisi kimi fəaliyyət göstərmişdir.

Adil Şükürov hal-hazırda "Turan Tovuz" futbol akademiyasının direktoru kimi fəaliyyətini davam etdirir.

Adil Şükürov 13 noyabr 2023-cü ildə "Kəpəz" futbol klubunun baş məşqçisi seçilib və onunla iki illik müqavilə bağlanılıb. 29 avqust 2024-cü ildə o, bu vəzifədən öz qərarı ilə istefa edib və klubdan ayrılıb.

10 iyun 2025-ci ildə Adil Şükürov yenidən "Kəpəz"in baş məşqçisi təyin edilib və onunla 2 illik müqavilə imzalanıb. Onun komandaya rəhbərlik etdiyi dönəmdə oynanmış 5 matçın hamısı "Kəpəz"in məğlubiyyəti ilə nəticələnib. Bu uğursuzluq səbəbi ilə azarkeşlərdə yaranmış etirazlar fonunda 20 sentyabr 2025-ci ildə oynanılmış "Qəbələ" – "Kəpəz" qaşırlaşmasında Adil Şükürov ilə azarkeşlər arasında insident yaşanıb və o, azarkeşlərdən birini təhqir edib. Bu insidentdən sonra 22 sentyabr 2025-ci ildə "Kəpəz" Şükürovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

29 noyabr 2025-ci ildə o, "Səbail" klubunun baş məşqçisi təyin olunub.

Peşəkar məşqçi karyerası
MövsümKlubLiqaÖlkə
2025 "Kəpəz PFK"-da baş məşqçi Azərbaycan Premyer Liqası - 2023 – 2024"Kəpəz PFK"-da baş məşqçiAzərbaycan Premyer LiqasıAzərbaycan Azərbaycan
2021 – 2022Turan Tovuz Futbol Akademiyasında direktorFutbol AkademiyasıAzərbaycan Azərbaycan
2019 – 2020"Şüvəlan FK"-da baş məşqçiAzərbaycan I DivizionuAzərbaycan Azərbaycan
2017 – 2019"Zirə FK" Futbol Akademiyasında direktorFutbol AkademiyasıAzərbaycan Azərbaycan
2015 – 2017"Zirə FK"-da baş məşqçiAzərbaycan Premyer LiqasıAzərbaycan Azərbaycan
2013 – 2015U17 Bakı FK-da baş məşqçiBakcell U17 LiqaAzərbaycan Azərbaycan
2012 – 2013U15 Bakı FK-da baş məşqçiKapital Bank U15 LiqaAzərbaycan Azərbaycan
2011 – 2012U14 Bakı FK-da baş məşqçiU14 LiqaAzərbaycan Azərbaycan
2010 – 2011U17-də baş məşqçiMilli komandaAzərbaycan Azərbaycan
2009 – 2010U17-də köməkçi məşqçiMilli komanda (Məşqçi Oliver Pelzer)Azərbaycan Azərbaycan
2008 – 2010U15 Bakı FK-da köməkçi məşqçiKapital Bank U15 League (Məşqçi Valeri Şakarov)Azərbaycan Azərbaycan
2008U15-də köməkçi məşqçiMilli Komanda (Məşqçi Oliver Pelzer)Azərbaycan Azərbaycan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adil Şükürov haqqında məlumat. Adil Şükürov nədir? Adil Şükürov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Eri Kanalı

  • Fevral 27, 2026

    Sapanca gölü

  • Mart 01, 2026

    HEC Paris

  • Fevral 25, 2026

    Seaborgium

  • Fevral 27, 2026

    Yer Günü

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst