Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevim

Ölkəm

  • Ana Səhifə
  • Vikipediya
  • Ölkəm

Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans.

"Ölkəm"
Mahnı
Yayımlanıb 1931
Janr romans
Dil Azərbaycan dili
Bəstəkar Asəf Zeynallı
Sözlərin müəllifi Cəfər Cabbarlı

Mündəricat

Yazılma tarixi

Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.

Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur. Deyilənə görə, əvvəlcə Bülbülü Asəf Zeynallı özü royalda müşayiət edirmiş. 1956-cı ildə Vladimir Kozlovun müşayiəti ilə Bülbülənin ifası lentə yazılır. Təəssüflər olsun ki, Bülübüln simfonik orkestrin müşayiəti ilə etdiyi bu ifa sonradan tapılmayıb.

1956-cı ilə qədər "Ölkəm" romansının bir neçə ifası yazılıb. Qızıl fondda romansın 1955-ci ildə yazılmış nümunəsi var. İfaçılar Rauf Atakişiyev və romansın ilk qadın ifaçısı Sona Aslanova olub. Rauf Atakişiyev Bülbüldən fərqli olaraq, romansı Avropa ahənginə uyğun ifa etmişdir. Bu ifada bir dənə də olsun milli not yox idi. Ancaq Rauf Atakişiyevin səs imkanlarının sayəsində, ifa çox maraqlı alındı. Sona Aslanova isə bu romansı ifa etmiş ilk qadın oldu.

Romansı 1957-ci ildə opera müğənnisi Firəngiz Əhmədova, 1958-ci ildə Mobil Əhmədov, 1963-cü ildə Lütfiyar İmanov, 1972-ci ildə Rauf Adıgözəlov və Fidan Qasımova, 1975-ci ildə Yaşar Səfərov, 1980-ci ildə Xuraman Qasımova, 1987-ci ildə isə Gülağa Məmmədov ifa edib.

Sözləri

" Şiş ucları buludlarla döyüşən,

Dağlarında buzları var ölkəmin.

Göy otlardan ipək paltar geyinən

Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,

Çalışqan ərləri, igid elləri,

Böyük dənizlər, dəmir yolları,

Keçidləri, rizləri var ölkəmin.

Göllərində ördəkləri üzərlər,

Çöllərində maralları gəzərlər,

Güllərindən gəlinlər tac bəzərlər,

Ceyran gözlü qızları var ölkəmin.

Coşğun Xəzər oynar ayaqlarında,

İşıq saçan nefti torpaqlarında,

Tarixlərin qızıl yarpaqlarında

Dadlı-dadlı sözləri var ölkəmin.

"

Həmçinin bax

  • Sənsiz
  • Sevgili canan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ölkəm haqqında məlumat. Ölkəm nədir? Ölkəm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mars

  • Fevral 27, 2026

    Toxumçıxarıcı kanal

  • Fevral 27, 2026

    Əşareyi-Mübəşşirə

  • Mart 01, 2026

    Uilyam Qladston

  • Fevral 27, 2026

    Şiz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst