Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skri

Rauf Adıgözəlov

  • Ana Səhifə
  • Vikipediya
  • Rauf Adıgözəlov

Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar.

Rauf Adıgözəlov
Rauf Zülfüqar oğlu Adıgözəlov
Ümumi məlumatlar
Doğum tarixi 22 noyabr 1940
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 iyun 2002 (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Zülfü Adıgözəlov
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1965–2002
Musiqi aləti skripka
Təhsili
  • Moskva Dövlət Konservatoriyası,
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

Mündəricat

Həyatı

Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olub. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf uşaqlıqdan musiqiyə həvəs göstərib. Bu həvəslə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İkinci kursda oxuyarkən gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak edərək diploma layiq görülüb. Müsabiqədə münsiflər heyətinin üzvü, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru B.Bondarenkonun məsləhəti ilə həmin təhsil ocağında ifaçılığını daha da təkmilləşdirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb.

Məlahətli səsə malik Rauf Adıgözəlov mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəməyib. O həm orkestrdə çalışır, kamera ansamblında işləyir, digər tərəfdən bəstəkar mahnıları və romanslarda skripka ilə ifa edirdi. Rauf Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə ifa edirdi. Onun radioda müğənni kimi ilk çıxışı 30 oktyabr 1970-ci ildə baş tutub. Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrlarında yetişməsində də böyük kömək göstərmişdi. Burada dosentlikdən professorluğadək yüksəlib.

Daha çox vokal və skripka ifaçısı kimi məşhurlaşan Rauf Adıgözəlov müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edib. 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət alıb. Bir neçə ildən sonra Bakıya gəlib. 2002-ci il iyunun 29-da vəfat edib.

Ailəsi

Atası muğam xanəndəsi Zülfü Adıgözəlovdur. Böyük qardaşı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Vasif Adıgözəlovdur. Dirijor, xalq artisti Yalçın Adıgözəlovun əmisidir.

İrsi

2003-cü il noyabrın 25-də Bakı Musiqi Akademiyasında Rauf Adıgözəlovun xatirə gecəsi keçirilmişdir. Tədbirdə Adıgözəlovun Azərbaycanı kənarda ölkələrdə də ləyaqətlə təmsil etdiyi vurğulanmışdır. Tədbirin sonunda Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.

Həmçinin 2005-ci ilin yanvar ayında Azərbaycan Bəstəkarlar İttifaqının 70 illiyi münasibətilə Kamera musiqisi festivalı keçirildi. Tədbirdə I hissədə Rauf Adıgözəlovun xatirəsinə həsr olunmuş 11 saylı sonatası səsləndi. Sonatanın ifaçıları Lalə Həsənova (violino) və Fəridə Əhmədbəyova (piano) idi.

Təltif və mükafatları

  • 1992 — Azərbaycan Əməkdar incəsənət xadimi

Həmçinin bax

  • Zülfü Adıgözəlov
  • Yalçın Adıgözəlov
  • Vasif Adıgözəlov
  • Azərbaycan musiqisi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Adıgözəlov haqqında məlumat. Rauf Adıgözəlov nədir? Rauf Adıgözəlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yekaterina Qabaşvili

  • Fevral 27, 2026

    Bislama dili

  • Fevral 27, 2026

    Qarayusifli

  • Fevral 27, 2026

    Windows 8

  • Fevral 27, 2026

    Tabu

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst