Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xuraman Əkrəm qızı Qasımova (6 iyun 1951, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükaf

Xuraman Qasımova

  • Ana Səhifə
  • Vikipediya
  • Xuraman Qasımova

Xuraman Əkrəm qızı Qasımova (6 iyun 1951, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükafatı, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenləri laureatı.

Xuraman Qasımova
Ümumi məlumatlar
Doğum tarixi 6 iyun 1951(1951-06-06) (74 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, pedaqoq
Fəaliyyət illəri 1976-cı ildən
Janrlar opera, romans
Səs tembri soprano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "İstiqlal" ordeni — 2021 "Şərəf" ordeni — 2011 "Şöhrət" ordeni — 2001 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Azərbaycan SSR xalq artisti — 1986 Azərbaycan SSR əməkdar artisti — 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1984 Azərbaycan Lenin komsomolu mükafatı — 1976
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyil göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur.

Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s.

İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 may 1986
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 13 iyul 1982
  • Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1984
  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976
  • "İstiqlal" ordeni — 5 iyun 2021
  • "Şərəf" ordeni — 27 may 2011
  • "Şöhrət" ordeni — 5 iyun 2001
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Filmoqrafiya

  • Gələcəyin qurucuları (film, 1982)
  • Həyat bizi sınayır (film, 1972)
  • Kədərimiz... Vüqarımız...
  • Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
  • Maestro Niyazi (film, 2007)
  • Mən ki gözəl deyildim (film, 1968)
  • Nəğməkar torpaq (film, 1981)
  • Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  • Silinməyən izlər... (film, 2011)
  • Ürəkdən ürəyə (film, 2007)
  • Üzeyir ömrü (film, 1981)

Xatirəsi

1995-ci ildə Xuraman Qasımovanın həyatının dramatik anlarını əks etdirən Zəng adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xuraman Qasımova haqqında məlumat. Xuraman Qasımova nədir? Xuraman Qasımova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Cəlal Bayar

  • Fevral 27, 2026

    İfrat axıcılıq

  • Fevral 27, 2026

    Doqmatizm

  • Fevral 27, 2026

    Şüştər (musiqi)

  • Fevral 27, 2026

    İp Man

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst