Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956).

Sona Aslanova

  • Ana Səhifə
  • Vikipediya
  • Sona Aslanova

Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956).

Sona Aslanova
Doğum tarixi 4 oktyabr 1924
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 9 mart 2011 (86 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi xəstəlik
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan→
ABŞ ABŞ
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu, aktrisa
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"Şərəf nişanı" ordeni — 19591959
IMDb ID3383618

Mündəricat

Həyatı

Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərinin Binəqədi kəndində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır.

Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-də dəfn xərcləri çox baha olduğundan cənazəsinin yandırılmasını vəsiyyət edir. Ölümündən sonra isə cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılır.

Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" deyə tanıdıb.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959

Filmoqrafiya

  • Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Çinarənin anası
  • Arşın mal alan (film, 1965)
  • Bir az da Bahar bayramı (film, 1979)
  • Bizim Cəbiş müəllim (film, 1969)
  • Bizim küçə (film, 1961)
  • Doğma xalqıma (film, 1954)
  • Əmək və qızılgül (film, 1962)
  • Görüş (film, 1955)
  • Gün keçdi (film, 1971)
  • İstintaq (film, 1979)
  • Qəmbər Hüseynli (film, 2007)
  • O qızı tapın (film, 1970)
  • Ömrün səhifələri (film, 1974)
  • Telefonçu qız (film, 1962)
  • Üzeyir ömrü (film, 1981)

Həmçinin bax

  • Murad Rəhimov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sona Aslanova haqqında məlumat. Sona Aslanova nədir? Sona Aslanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahzadə Ələddin

  • Fevral 27, 2026

    Mədə xərçəngi

  • Fevral 27, 2026

    Ektoplazma

  • Fevral 18, 2026

    Şənbə

  • Fevral 27, 2026

    E.ə. 390

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst