Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyms Neysmit (6 noyabr 1861 – 28 noyabr 1939) — ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi, məşqçi və novator, basketbolun yar

Ceyms Neysmit

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyms Neysmit

Ceyms Neysmit (6 noyabr 1861 – 28 noyabr 1939) — ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi, məşqçi və novator, basketbolun yaradıcısı.

Ceyms Neysmit
ing. James Naismith
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Kanada
  •  ABŞ
Doğum tarixi 6 noyabr 1861(1861-11-06)
Vəfat tarixi 28 noyabr 1939(1939-11-28) (78 yaşında)
Vəfat yeri
  • Lourens[d], Kanzas, ABŞ
Təhsili
  • MakQil Universiteti
Boyu 179 sm
İdman növü basketbol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Doğulduğu Ontarioda şərəfinə qoyulan abidə

Ceyms Neysmit 1861-ci ildə Kanadada, Almonte şəhərinin tərkibinə daxil olan Ramsi (ing. Ramsay Township) qəsəbəsində anadan olmuşdur. 1883-cü ildə Almonte şəhər orta məktəbini (ing. Almonte High School) bitirib. Həmin ildə də Monrealda Makgill Universitetinə daxil olur. Təhsil illərində Neysmit Kanada futbolu, Avropa futbolu və gimnastika üzrə universitet komandasında çıxış etməyə başlayır. Kanada futbolunda o mərkəz mövqeyində oynayırdı və ilk dəfə olaraq oyunlarda qoruyucu dəbilqə tətbiq etməyi təklif etmişdir. O həm də gimnastikada möhtəşəm uğurlarına görə bir neçə Vikstid (ing. Wicksteed) medalına layiq görülüb. Neysmit 1888-ci ildə Monrealda bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi və Presviterian Kollecinin (ing. Presbyterian College) diplomunu almışdır.

1891-ci ildə o, ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi işləyərkən basketbol oyununu yaratmışdır. O basketbol oyununun qaydalarına dair kitab yazmış və ilk basketbol proqramının əsasını da qoymuşdur.

Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hal-hazırda dünyada milyonlarla insan⁵ bu oyunu oynayır. O bu oyunu yaradarkən Amerika qitəsində topla oyunların tarixi məlumatlarından istifadə etmişdir. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfild kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir.

1939-cu ildə Makgill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfild kollecində "Basketbol şərəf zalı" adlı Ceyms Neysmit muzeyi açılmışdır.

Ceyms Neysmit 1939-cu ildə noyabr ayının 28-də Kanzasda vəfat edib.

Təhsili və akademik mövqeləri

Yaşadığı illər ərzində Ceyms Neysmit aşağıdakı cədvəldə öz əksini tapan təhsilə və akademik mövqelərə yiyələnmişdir:

Məkan Mövqe İllər Qeydlər
Bennie ibtidai məktəbi (Almonte, Ontario) İbtidai məktəb 1867– 1875
Almonte Ali Məktəbi Orta məktəb 1875–1877, 1881–83 Məktəbdən çıxıb və yenidən bərpa olunub
Makgill Universiteti Universitet tələbəsi 1883–87 Bədən tərbiyəsi üzrə bakalavr təhsili
Makgill Universiteti Bədən tərbiyə üzrə instruktor 1887–1890 Qızıl Vikstid medalı (1887), Ən yaxşı hərtərəfli (bacarıqlı) atlet; Gümüş Kubok (1886), Bir km-lik yürüş üçün birincilik mükafatı; Gümüş Vikstid medalı (1885); Makgillin ilk universitet məktublarından biri ilə mükafatlandırılıb.
Presviterian Kolleci, Monreal İlahiyyat təhsili 1887–1890 İlahiyyatda müntəzəm və xüsusi şərəfli işlər üçün ikinci ən yüksək mükafata və gümüş medala layiq görülüb.
Sprinqfield Kolleci Bədən tərbiyə üzrə instruktor 1890–1895 1891-ci ilin dekabrında Basketbol topunun ixtirası.
Denverdə Gənclərin Xristian Assosiasiyası Bədən tərbiyəsi üzrə instruktor 1895–1898
Kanzas Universiteti Bədən tərbiyəsi üzrə instruktor və kilsə direktoru 1898–1909
Kanzas Universiteti Basketbol məşqçisi 1898–1907 İlk basketbol məşqçisi
Kanzas Universiteti Professor və Universitet həkimi 1909–1917 Birinci Dünya müharibəsinə görə 1914-cü ildən başlanan boşluq illəri
Birinci Kanzas Piyadaları Kapellan (dini rütbə olsa da, hərbi rütbələrdən polkovnik-leytenant rütbəsinə uyğundur)/Kapitan 1914–1917 Birinci Dünya müharibəsi ilə əlaqədar hərbi xidmət
Birinci Kanzas Piyadaları (Meksika sərhəddində) Kapellan 1916
Fransada hərbi və Gənclərin Xristian Assosiasiyası katibi Əxlaqi şərtlər və cinsi təhsil üzrə mühazirəçi 1917 −1919
Kanzas Universiteti İdman Direktoru 1919–1937 1937-ci ildə təqaüdçü

Şəxsi həyatı

Ceyms Neysmit şotland immiqrantları olan Marqaret və Con Neysmitin ikinci övladı idi. Onun anası Marqaret Yanq 1833-cü ildə anadan olub və 1852-ci ildə Kanadanın Lanark vilayətinə köçmüşdür. O, ailəsinin 11 övladından dördüncüsü idi. Ceyms Neysmitin atası Con Neysmit də 1833-cü ildə anadan olmuş və Avropanı 18 yaşı olanda tərk etmiş və Kanadanın Lanark vilayətində məskunlaşmışdır. 1894-cü ilin iyun ayının 20-də Neysmit Mod Evelin Şermanla (1870–1937) Sprinqfilddə ailə həyatı qurmuşdur. Onların 5 övladı olmuşdur:

  • Marqaret Mason (Stenli) (1895–1976),
  • Helen Karolin (Dodd) (1897–1980),
  • Con Edvin (1900–1986),
  • Mod Ann (Dauv) (1904–1972)
  • Ceyms Şerman (1913–1980).

Həmçinin bax

  • Basketbol
  • Basketbol topu
  • Basketbol meydançası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyms Neysmit haqqında məlumat. Ceyms Neysmit nədir? Ceyms Neysmit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ceyran Mahmudova

  • Fevral 26, 2026

    Minusius Feliks

  • Fevral 27, 2026

    Vyentyan

  • Fevral 27, 2026

    Yason

  • Fevral 25, 2026

    Fetişizm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst