Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. To

Basketbol topu

  • Ana Səhifə
  • Vikipediya
  • Basketbol topu

Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q, çevrəsi — 749—780 mm-dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü », qadın komandaları üçün — «6 ölçü ». Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün.

Ənənəvi 8-bölməli top
Dribblinq

Mündəricat

Basketbol topunun ölçüsü

Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..

Ölçü Çevrə uzunluğu, mm Çəkisi, q
7 ölçü 749–780 567–650
6 ölçü 724–737 510–567
5 ölçü 690–710 470–500
3 ölçü 560–580 300–330

Basketbol topu üzərində təxminən 35 min nöqtə (qabarcıq) olur.

Dünyanın əsas top istehsalçıları

Spalding

Spalding basketbol topu

Spalding — Sprinqfild (Massaçusets) şəhərində xüsusi idman vəsaitləri istehsal edən şirkətdir. Şirkətin əsasını Albert Spaldinq qoymuş. O ilk topu Neysmit Ceymsin şərəfinə istehsal etmiş. Xaricdə basketbol topu istehsal edən şirkət 1983-cü ildən NBA üçün top istehsalına başladı. Spalding — dünyada ilk rəsmi basketbol oyunu üçün top hazırlamış şirkətdir.

2006-cı ilin iyununda NBA 2006–2007-ci mövsüm üçün yeni rəsmi top təqdim etdi. Bu yeni Spalding (Cross Traxxion) topu idi. Yeni dizayn və fərqli örtüyə malik olan topu oyun zamanı daha rahat tutmaq və hiss etmək mümkün idi. Süni materialdan hazırlanan bu top dəri topla müqayisədə daha dözümlü idi. Bu qərarı NBA son 35 il ərzində verdi. Ancaq oyunçuların etirazları əsasında assosiyasiyanın komissarı Devid Stern 11 dekabr 2006-cı ildə yenidən dəri topla oynamağa qərar verdi. 2007-ci ildə Spalding Dünya küçə basketbol turu Ball4Real (stritbol) yarşlarının rəsmi top təminatçısı oldu.

Molten

Molten basketbol topu

Molten Corporation — Yaponniyanın idman malları istehsal edən şirkəti. Molten dünya üzrə əsas basketbol, valeybol və futbol topları istehsal edən beş şirkətdən biridir. Molten topları artıq 20 ildir ki, Olimpiya oyunlarının rəsmi və eksklyüziv basketbol topudur. Şirkətin aşağıdakı qüvvədə olan rəsmi müqavilələri var:

  • FİBA-nın keçirdiyi bütün dünya çempionatları və seçmə oyunlarında;
  • FİBA Asiyanın keçirdiyi bütün yarış və tədbirlərdə;
  • Argentina, Avstraliya, Almaniya,Yunanıstan, İtaliya, Litva, Filippin və Portuqaliyanın milli çempionatlarında.

Rusiya Basketbol Federasiyasının — BGL7-RFB bölməsi üzrə keçirilən bütün rəsmi oyunlarda.

Wilson

Wilson basketbol topu

Çikaqo şəhərində idman malları istehsal edən şirkət. Şirkət yüksək keyfiyyətli Solution topları istehsal edir. Bu toplar oyun boyu rütubəti toplamaq və nizamı pozmamaq xüsusiyyətinə malikdir. Solution Milli Tələbə İdman Assosiasiyasının rəsmi topudur.(НАСС, ing. NCAA)

Nike

Nike — dünyaca məşhur idman malları istehsalçısı. Nike şirkəti rəsmi olaraq ULEB-in keçirdiyi oyunlar üçün top istehsalı müqavilsinə malikdir. Filippində Milli Tələbə Oyunları Assosiyasının oyunlarında Nike toplarından istifadə olunur (ing. University Athletic Association of the Philippines, UAAP). Yarışlarda 4005 Official Tournament Balls top modelindən istifadə olunur.

Həmçinin bax

  • Basketbol
  • NBA

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Basketbol topu haqqında məlumat. Basketbol topu nədir? Basketbol topu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Göydələn

  • Fevral 27, 2026

    Filippin plitəsi

  • Fevral 27, 2026

    Taekvondo

  • Fevral 27, 2026

    Pələng

  • Fevral 27, 2026

    Enlil

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst