Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Minúsius Féliks (lat. Marcus Minucius Felix, ö. 210) — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili idi.

Minusius Feliks

  • Ana Səhifə
  • Vikipediya
  • Minusius Feliks

Minúsius Féliks (lat. Marcus Minucius Felix, ö. 210) — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili idi.

Minusius Feliks
Marcus Minucius Felix
Doğum tarixi II əsr
Vəfat tarixi 210
Vətəndaşlığı Roma imperiyası
Fəaliyyəti Xristian apologeti
Erkən xristianlıq
Xristianlığın yaranması
Patristika
Apologetika
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Latındilli apologetika:

Minusius Feliks  • Arnobius  • Laktansius  • Tertullian

Qnostiklərə qarşı olanlar:

İrineus Lionlu  • İppolit Romalı

İskəndəriyyə ilahiyyat məktəbi:

Klement  • Origen

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Rəsmi kilsə tərəfdarları:

Atanasius  • İoann Xrisostom  • Saxta Dionisius
Kappadokiyalı kilsə ataları:
Basil Qeysəriyyəli  • Qriqor Nazianzen  • Nissalı Qriqori

Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:

Nestorianlıq  • Monofizitizm  •
Monofelitlik  • İkonomaxiya

'Ekumenik Kilsə Məclisləri'
Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian mistisizmi

Xristian rahibliyi  • İsihazm

Şərq və Qərb kilsələrinin aralanması
Xristian simvolikası

Mündəricat

Apologetikası

Təqribən 180—192 illər arası dialoqlar üslubunda yazılmış "Oktavius" adlı apologetik əsərin yazarı idi. Bu kitab üslub baxımından Siseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II yüzillikdə Xristianlıqla antik dünyagörüşünün arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox böyük önəm daşıyır. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusius Feliksin iştirakı ilə gedir..

Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən, dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll etmək iddiasındadırlar. Halbuki, bunu ən savadlı adamlar belə edə bilməyiblər. Burada Sesilius skeptik mövqedən çıxış edir.

Daha sonra Sesilius deyir ki, dinin seçimi insanın özündən asılıdır. Çünki, dini kateqoriyalar son olaraq əsaslı dərk edilib sübuta yetirilə bilməz. Bu səbəbdən Xristianlığın başqa dinlərlə müqayisədə heç bir üstünlüyü yoxdur. Roma dini ən qədim zamanlardan mövcuddur. Ona romalılıların əjdadları sitayiş ediblər. Bu dinlə Roma qüdrətli bir imperiyaya çevrilib. Bu dindən çıxmaq öz millətinə, keçmişinə xəyanət etməkdir..

Sonda Sesilius Xristianlığa qarşı bir sıra dəlillərlə çıxış edir. O xristianların dini ayinlərinin icra tərzini insanlıqdan uzaq və əxlaqa zidd elan edir, onları mövhumatçılıqda ittiham edir. Sonra Sesilius qiyaməti və onunla bağlı hadisələri əsassız adlandırır, ölülərin dirilməsi ideyasını rədd edir. Xristianların əksəriyyətinin kasıblıq və zəlil vəziyyətdə yaşadıqlarını vurğulayan Sesilius, Tanrının dirilərə deyil, ölülərə (yəni onların qiyamətdə dirilməsi nəzərdə tutulur) kömək etməsinə görə təəccüb edir..

Sesiliusdan sonra, Oktavius xristianlara qarşı edilən ittihamlara cavab verir. O, ilk növbədə, hər bir insana müdrikliyin açıq olmasından danışır. Yəni, həqiqət təkcə filosoflara deyil, hər bir adama açıla bilər. İnsan tərəfindən dünyanın dərk edilməsinin vacibliyini inkar etməyən Oktavius, onun şüurunu yalnız bununla məhdudlaşdırmanın əleyhinə çıxış edir. Çünki, dünyada İlahinin rolu vardır.

Bizim ətrafımızda olan ahəng, gözəllik, yaradanın varlığına işarə edir. Nizamda olan bu dünya heç də xaotik təsadüfdən yarana bilməzdi. Bəşəriyyətin ən ağıllı insanları, məsələn, Fales, Pifaqor, Demokrit, Platon və başqaları, Tanrının varlığını təsdiq edirdilər .

Sonra Oktavius Roma tanrıları ilə bağlı rəvayətləri tənqid edərək deyir ki, onların yaşadığı həyat heç də tanrılara layiq deyil, onlar özlərini insanlar kimi aparırlar, insanlar kimi müxtəlif qüsurlara malikdirlər. Məsələn O deyir: əgər tanrılar və vaxtsa doğulurlarsa, onda nə üçün onlar indi doğulmurlar? Məgər Yupiter qocalıb, Yunona isə daha doğa bilmir? Oktaviusa görə, o tanrıların bəziləri nə vaxtsa adi insanlar olublar. Sonra, onlar öləndən sonra, onları tanrılaşdırılıblar.

Sonra Oktavius xristian əxlaqının təmizliyi və aliliyini, xristianların fağırlıq (yoxsulluq) idealını müdafiə edərək, əksinə, bütpərəstlərin əxlaqsız və mənəviyyatsız həyat sürmələri, haqqında söhbət açır.

Bütpərəstliyi tənqid edən Oktavius, eyni zamanda, Xristianlığın romalılar tərəfindən yüksək qiymətləndirilən sağlam düşüncəyə zidd olmamasından danışır, və bu mövzuda qədim filosofların irsi ilə müqayisələr aparır.

Ədəbiyyat

  • Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 57-58. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
  • Catholic Encyclopedia (1913)/ Minucius Feliks
  • Минуций Феликс  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Həm də bax

  • Apologetika
  • Tertullian
  • Arnobius
  • Laktansius

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Minusius Feliks haqqında məlumat. Minusius Feliks nədir? Minusius Feliks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Kembric

  • Fevral 24, 2026

    ABŞ Konqresi

  • Fevral 24, 2026

    Cəmiyyət

  • Fevral 23, 2026

    Xocalı

  • Fevral 24, 2026

    Oracle Solaris

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst